шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU-nun Şəki Filialında şahmat və stolüstü tennis yarışlarına yekun vurulub

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki Filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə şahmat və stolüstü tennis yarışları keçirilib. Yarışlar 23 aprel 2019-cu il tarixdən 10 may 2019-cu il tarixədək davam edib. Yarışa yekun vurularaq qaliblər müəyyənləşib.

Şahmat idman növü üzrə I yerə  Təbiət fənləri və onların tədrisi metodikası kafedrasının  müəllimi Daşqın Yunusov, II yerə “Riyaziyyat və informatika müəllimliyi” ixtisasının V tədris ilinin tələbəsi Təbriz Yusifov, III yerə filialın texniki işçisi İsmayıl Əhmədov, stolüstü tennis növü üzrə I yerə kompüter mütəxəssisi Müşfiq İlyaszadə, II yerə texniki işçi İsmayıl Ramazanov, III yerə “Xarici dil (fransız dili) müəllimliyi” ixtisasının II tədris ilinin tələbəsi Ülvi Məmmədli layiq görülüblər.

Qaliblər diplom və pul mükafatları ilə təltif olunublar.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi