шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU-nun Şəki Filialında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tələbə elmi konfransı

Mayın 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki Filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş XIII Tələbə Elmi Konfransı keçirilib.

Konfransı giriş sözü ilə açan filialın Tədris işləri üzrə direktor müavini, dosent Gülarə Abdullayeva Ulu Öndərin yubileyinə həsr olunmuş konfransın əhəmiyyətindən, Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin  qurulmasında və inkişafında misilsiz tarixi xidmətlərindən bəhs edib.

Konfransda Heydər Əliyevin şərəfli və gənc nəsillərə örnək olan ömür yolundan bəhs edən videoçarx nümayiş etdirilib.

Sonra filialın Elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyev “Tələbələrdə tədqiqatçılıq bacarıqlarının formalaşmasının elmi-nəzəri və praktik məsələləri” mövzusunda məruzə ilə çıxış edib.

Konfransın plenar iclasında filialın “Riyaziyyat və informatika müəllimliyi” ixtisasının III tədris ilinin tələbəsi Sevin  Xəlilovanın təqdimatında “Heydər Əliyevin Azərbaycançılıq fəlsəfəsi və gənclərin vətənpərvərlik tərbiyəsində onun rolu”,  “İbtidai sinif müəllimliyi” ixtisasının I tədris ilinin tələbəsi Aişənur İsmayılovanın təqdimatında “XX əsrin sonlarında Azərbaycanda gedən milli azadlıq hərəkatında Heydər Əliyevin rolu”, “Tarix və coğrafiya müəllimliyi” ixtisasının V tədris ilinin tələbəsi Cavid Qasımovun təqdimatında “Dağlıq Qarabağ münaqişəsinin həlli beynəlxalq hüququn və Azərbaycan qanunvericiliyinin obyekti kimi” mövzularda təqdimatlari dinlənilib, müzakirə olunub.

“Təbiət və dəqiq elmlər”, “Humanitar və sosial elmlər”, “Filologiya  elmləri”, “Pedaqogika və psixologiya elmləri” və  “Xarici dillər” olmaqla 5 bölmədə öz işini davam etdirən konfransın bölmə iclaslarında 102 nəfər tələbənin elmi-tədqiqat işi dinlənilib müzakirə edilib.

Qeyd edək ki, ən yaxşı tələbə elmi-tədqiqat işləri bölmə rəhbərlərinin təqdimatı əsasında diplomlarla mükafatlandırılacaq və ADPU-da keçiriləcək  76-cı tələbə elmi konfransına təqdim ediləcək.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi