шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU-nun tələbələrinin Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının "Şöhrət" muzeyinə ekskursiyası

Mayın 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Gənclər Təşkilatının (ADPU TGT) təşkilatçılığı ilə ADPU-nun tələbələrinin Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının "Şöhrət" muzeyinə ekskursiyası baş tutub.

Ekskursiyada universitetin Tarix və coğrafiya fakültəsinin, Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin  tələbələri iştirak ediblər. Muzeydə tələbələrə ümummilli lider Heydər Əliyevin həyatının müxtəlif dönəmləri ilə bağlı ətraflı məlumat verilib, tələbələr zəngin və nadir eksponatlarla tanış olublar. Gənclərin sağlam gələcək naminə  Azərbaycançılıq ideyaları ətrafında sıx birləşmələrinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılışı olan muzey dünyada analoqu olmayan unikal muzeylərdəndir.

Ekskursiya həftə ərzində davam edəcək və digər fakültələrin də tələbələri ekskursiyada iştirak edəcəklər.

İctimaiyyətə əlaqələr və marketinq şöbəsi