шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

ADPU-nun Quba Filialında payız semestrinin imtahan sessiyası

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba  Filialında imtahan sessiyasına hazırlıq payız  semestrinin  əvvəlindən başlanılmışdır. Belə ki, semestrin əvvəlindən elektron formada təqdim olunan mühazirələr, sillabuslar,  obyektiv və ciddi keçirilən seminarlar, sərbəst işlərin yazılması prosesi, tədris işçilərinin məsuliyyəti imtahanların şəffaf və obyektiv keçirilməsi üçün zəmin hazırlayır. Bütün bunlar tələbələrin imtahanaqədərki bilik səviyyəsinin yüksəldilməsində xüsusi rol oynayır.  

ADPU-nun Quba  Filialında 6 ixtisas üzrə 784 nəfər tələbə payız imtahan sessiyasına buraxılmışdır. Filialda  hər zaman olduğu kimi imtahan sessiyasının başlanması ilə əlaqədar “Payız imtahan sessiyasının mütəşəkkil keçirilməsi haqqında”, “Apelyasiya Komissiyasının yaradılması haqqında”, “Payız  imtahan sessiyasına görə İmtahan Komissiyasının yaradılması haqqında”, “İmtahan Qərargahının yaradılması haqqında” və “Nəzarətçi-koordinatorların təyin olunması haqqında” daxili əmrlər verilmiş və imtahan sessiyasının keçirilməsində Təhsil  Nazirliyinin qüvvədə olan Əsasnamələri, təlimatları , əmr və göstərişləri nəzərə alınır.

Filialın  kollektivi  ali təhsil müəssisəsi kimi tələbələrin ixtisaslara mükəmməl yiyələnmələrini və  onların gələcəkdə cəmiyyətdə  layiqli yer tutmalarını daim diqqət mərkəzində saxlayır. Bu səbəbdən də tədris məşğələlərində, imtahan sessiyalarında onların biliklərinin şəffaf və obyektiv qiymətləndirilməsi başlıca meyar hesab edilir.  

İmtahanlar tədris planlarına  uyğun olaraq filialın direktorunun əmri ilə təsdiq olunmuş cədvəl əsasında keçirilir. Hər imtahandan qabaq  cədvələ əsasən məsləhət saatı aparılır , tələbələrin məsləhət saatlarında iştirakları təmin edilir və  dərs  jurnalında qeyd olunur.

İmtahan müddətində valideynlər üçün “Açıq qapı” elan edilir, bu da valideynlərdə  imtahanların gedişi barədə dolğun təsəvvür yaradılmasına xidmət edir.  Arzu edən valideynlər imtahanın gedişində imtahan otaqlarında  iştirak edirlər. Sonradan isə imtahan haqqında  öz fikirlərini filialın “Rəy və təkliflər ” kitabına qeyd edirlər.

2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasında şəffaflığın təmin edilməsi üçün bütün kollektiv əlindən gələni əsirgəmir. Bu məqsədlə hər gün saat 8:30-da bütün kollektivin  və qeyri-ixtisas müəllimlərindən, habelə texniki işçilərdən təşkil edilmiş koordinatorların da iştirakı ilə iclas keçirilir. Koordinatorlar həmin iclasda  təyin olunur, koordinatorlar vasitəsilə imtahanlara nəzarət həyata keçirilir. Bu çevik təcrübə hər gün tətbiq olunur.

İclasda koordinatorlara məsləhətlər verilir, tələbələrlə davranarkən etik  qaydalara xüsusi əməl etməyin vacibliyi vurğulanır, imtahan zamanı davranış qaydalarına əməl etməyən və üzərində mobil telefon və ya digər köməkçi vasitələr aşkar olunan tələbələrin  imtahandan protokollaşdırılaraq  kənarlaşdırılması,  onların imtahan cavablarının  ləğv edilməsi ilə bağlı qərar bir daha diqqətə çatdırılır,  kafedralara imtahan nəticələrinin həmin gün yoxlanılmasının təmin edilməsi üçün ciddi tapşırıq verilir. Ümumiyyətlə, filialda imtahan sessiyasının şəffaf və obyektiv keçirilməsi üçün lazımi tədbirlər həyata keçirilir.

İmtahan başa çatdıqdan sonra cavab vərəqləri koordinatorlar tərəfindən xüsusi ayrılmış otaqda yığılır, şifrələnir, nəticələr ixtisas müəllimləri tərəfindən kamera ilə nəzarət olunan  otaqda  obyektiv və çarpaz  yoxlanılıb qiymətləndirilir. Təlimata əsasən tələbələrə həmin gün imtahan nəticələri haqqında müvafiq məlumatlar verilir, nəticələr elanlar lövhəsindən asılır.

Sessiya müddətində daxil olan şikayətlərin çevik şəkildə araşdırılmasını təmin etmək məqsədilə İmtahan Qərargahı yaradılıb. Bundan əlavə, imtahan prosesində yarana biləcək şikayətlərin çevik və obyektiv həll edilməsini təmin etmək məqsədilə Apelyasiya Komissiyası fəaliyyət göstərir. İmtahan Qərargahının və Apelyasiya Komissiyasının əlaqə nömrələri elanlar lövhəsindən asılıb. “Şikayət  və təkliflər qutusu”  hazırlanaraq filialın əsas tədris binasının  I I mərtəbəsinin akt zalında yerləşdirilib.

İmtahan sessiyasının mütəşəkkil, şəffaf və obyektiv keçirilməsində  filial rəhbərliyinin göstərişlərinə tam  əməl olunur.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi