шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU TGT-nin "Gələcəyin Qurucuları II" - Yay Liderlik Məktəbi Yekunlaşdı

Bir göz qırpımında 6 təlim gününü arxada qoyan "Gələcəyin Qurucuları" 7 avqustda - son təlim günündə də öz aktivliklərini və pozitivliklərini qoruyub, əzmlə mübarizəyə davam dedilər.

Gün ərzində isə komandalar arasında spartakiada yarışları, Kod Da Vinçi intellektual oyunu, "Dinc Dünya" Araşdırmalar Mərkəzinin rəhbəri, BDU-nun dosenti Əlisəfa Mehdiyevin "Mediada manipulyasiyalar və informasiya savaşları" mövzusunda öyrədici təlimi baş tutub.

Raquf Orucov  komandasının təşəbbüsü ilə şeir müsabiqəsi ilə başlayan sosial gecədə  son gün olduğu üçün komandalar  məxsusi əyləncəli və həmrəylik ifadə edən təqdimatlarla çıxış ediblər.

7 günlük sosial proqramların sonunda ümumi nəticələrin nisbətinə görə Fərid Əhmədov komandası "Gələcəyin Qurucuları II" Yay Liderlik Məktəbinin qalibi olub.

Gecənin sonunda tələbələr öz arzularını yazaraq dilək şarları yandırıblar.

Avqustun 8-i isə  Liderlik Məktəbinin bağlanış mərasimi keçirilib. Mərasimdə ADPU-nun Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Sahil Qələndərov, TGT sədri Nurlan Hüseynov, ADPU-nun Quba filialının direktor müavini Aysel Şeydayeva, YURD Gənclərin intellektual İnkişafına dəstək İB-nin sədri Ramin Mahmudov və LEAD EDUCATİON Tədris Mərkəzinin nümayəndəsi Eltac Cəbiyev iştirak ediblər. Rəsmi şəxslər çıxış edərək yay liderlik məktəbinin öz hədəflərinə çatmasından məmnunluq ifadə edərək artıq proqram xarakteri alan layihənin davamlı olacağına inam ifadə ediblər. Həmçinin iştirakçı tələbələr öz təəssüratlarını bölüşüblər.

Sonra bütün komandaların üzvləri yay məktəbinin məzun diplomu və LEAD EDUCATİON Tədris Mərkəzinin endirim  kuponları ilə, o cümlədən intellektual turnirlərin qalibi kimi  Mübariz İbrahimov komandası YURD İB tərəfindən  serfikatlarla təltif edilib və maarifləndirici vəsaitlərlə mükafatlandırılıb.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi