шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Əcnəbi tələbələrlə iş şöbəsi

Əcnəbi tələbələrlə iş şöbəsinin müdiri

İş telefonu: +(994) 12 465 89 41

E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Qısa bioqrafik məlumat

* 17 oktyabr 1979-cu ildə Ağdam şəhərində ziyalı ailəsində anadan olub.

Təhsili, elmi dərəcəsi və elmi adı

* 1996-cı ildə Bakı şəhəri Nərimanov rayonu, Arif Vəliyev adına 258 №li tam orta məktəbi bitirib.

* 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kulturologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib, bakalavr dərəcəsi alıb.

* 2006-cı ildə ADMİU-nun magistraturasını fərqlənmə diplomu ilə bitirib, magistr dərəcəsi alıb.

* Hazırda ADMİU-nun dissertantıdır.

Əmək fəaliyyəti

* 1996-cı ildən əmək fəaliyyətinə başlayıb. Müxtəlif illərdə, müxtəlif təşkilatlarda birinci dərəcəli iqtisadçı, dəftərxana müdiri, muzey müdiri vəzifələrində çalışıb. Özəl universitetlərdə “Pedaqogika”, “Mədəniyyətşünaslıq”, “Sosiologiya”, “Politologiya”, “Kargüzarlıq” və “Fəlsəfə” fənlərini tədris edib.

* 2011-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində əmək fəaliyyətinə başlayıb.

* 14 noyabr 2017-ci il tarixindən Əcnəbi tələbələrlə iş şöbəsinin müdiridir.

Mükafatlar, təltiflər və aldığı digər sertifikatlar

* 2008-ci il - "Mədəniyyət: Problemlər və perspektivlər" mövzusunda aspirant və gənc tədqiqatçıların II Respublika elmi konfransında fəal iştirak etdiyi üçün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Fəxri Fərmanı.

* 21 dekabr 2009-cu il - “Doktorantların və gənc tədqiqatçıların XIV Respublika elmi konfransında fəal iştirakına görə” Azərbaycan Respublikası Təhsil Nazirliyinin Sertifikatı.

* 13 aprel 2013-cü il - Yeni fənn kurikulumlarının tətbiqi ilə əlaqədar təşkil olunmuş ”Öyrədənlərin öyrədəni” təlim kursundan müvəffəqiyyətlə keçərək Həyat bilgisi fənni üzrə “Təlimçi” statusu üzrə Təhsilin İnnovativ İnkişaf Mərkəzinin Sertifikatı.

* 30 aprel 2015 - 02 may 2015-ci il - “Müəllim hazırlama siyasəti və problemləri V Beynəlxalq Konfransında” iştirakına görə Azərbaycan Dövlət Pedaqoji Universitetinin İştirakçı Sertifikatı.

* 11-12 dekabr 2015-ci il - "Müvəffəqiyyətli layihənin inkişafı" TEMPUS layihəsinin təlim kursunda iştirak etdiyi üçün Xəzər Universitetinin İştirakçı Sertifikatı.

* 12-14 sentyabr 2017-ci il - “Osmanlı tədqiqatlarında yeni tendensiyalar” adlı II Beynəlxalq Konqresində iştirakına görə Türkiyənin Səlcuq Universitetinin İştirakçı Sertifikatı.

* 23-25 mart 2018-ci il - “Ailə insan mədəniyyətinin beşiyidir” mövzusunda Humanist Pedaqogika üzrə XVII Beynəlxalq Oxularda fəal iştirakına görə “Beynəlxalq Assosiasiya” İctimai Birliyinin Humanist Pedaqogika Beynəlxalq Mərkəzinin Təşəkkürnaməsi.

* 16-18 aprel 2018-ci il - “Qafqaz universitetləri Elm və Mədəniyyət Festivalı”nda iştirakına görə Türkiyənin Kafkas Universitetinin İştirakçı Sertifikatı.

Seçilmiş elmi əsərlərinin siyahısı

* Milli mədəni irsimizin dünəni və bu günü. Mədəni-maarif jurnalı, VII.2004-cü il, səh.44-46;

* Azərbaycanda informasiya məkanının formalaşmasında mətbuatın rolu (1875-1932-ci illər). Mədəniyyət dünyası, XIV buraxılış. Bakı, ADMİU, 2007, səh.159-164;

* İnformasiya məkanının formalaşmasında mətbuatın rolu (1946-2003-cü illər). Bakı, ADMİU, Elmi əsərlər №1-2, 2007, səh.97-102;

* Muzeylər elmi tədqiqat işinin əsas mənbələrindən biri kimi. Bakı, Xəbərlər (Pedaqoji-psixoloji elmlər seriyası), №1, 2007, səh.68-71;

* Heydər Əliyev və Müstəqil Azərbaycanda mədəniyyət siyasəti. Bakı, Xəbərlər (Pedaqoji-psixoloji elmlər seriyası), №1, 2008, səh.154-155;

* Ağdam rayonunun tarixi memarlıq və maddi-mədəniyyət abidələri. Bakı, 2008, Dövlət və Hüquq elmi məqalələr toplusu №4-6, səh.264-266;

* Azərbaycanda radionun yaranması tarixi və inkişafı. Mədəniyyət dünyası, XVI buraxılış, Bakı, ADMİU, 2008, səh.93-98;

* Azərbaycan muzeyləri varisliyin təbliğatçısı kimi. Bakı, Xəbərlər (Pedaqoji-psixoloji elmlər seriyası), №3, 2008, səh.51-52;

* Qloballaşma dövründə Azərbaycanda informasiya məkanının formalaşması. Mədəniyyət dünyası, XVII buraxılış, Bakı, ADMİU, 2009, səh.52-57;

* Naxçıvanın tarixi-memarlıq və maddi-mədəniyyət abidələri. Bakı, Xəbərlər (Pedaqoji-psixoloji elmlər seriyası), №4, 2009, səh.92-95;

* Некоторые особенности формирования информационного общества. Журнал научных публикации аспирантов и докторантов. 2009, №12, стр.62-64;

* Azərbaycanda informasiya cəmiyyətinin və məkanının formalaşmasının konseptual əsasları. AMEA-nın İqtisadiyyat İnstitutu, 2010;

* Azərbaycan-İran elmi-pedaqoji və ictimai əlaqələr tarixinə yeni baxış. Azərbaycan məktəbi jurnalı №5, 2012-ci il, səh.57-62;

* Azərbaycan mədəniyyəti qloballaşma şəraitində. Mədəniyyət dünyası, XXXI buraxılış, Bakı, ADMİU, 2016, səh.33-37;

Elmi konfraslarda iştirak

* Muzeylərin yaranması tarixi və inkişaf mərhələləri. 2004-cü ildə professor-müəllim heyətinin apardığı elmi-tədqiqat işlərinin yekununa həsr edilmiş konfransın materialları (28-29 aprel 2005-ci il). Bakı, 2005-ci il, səh.173-174;

* Azərbaycan muzeylərinin elmi-tərbiyəvi əhəmiyyəti. 2005-ci ildə professor-müəllim heyətinin apardığı elmi-tədqiqat işlərinin yekununa həsr edilmiş konfransın materialları. Bakı, 2006, səh.102-103;

* Mədəni irsimizin tərkib hissəsi olan maddi-mədəniyyət nümunələrimizin dünya muzeylərində mövqeyi və rolu. 2005-ci ildə professor-müəllim heyətinin

apardığı elmi-tədqiqat işlərinin yekununa həsr edilmiş konfransın materialları (10-11 may 2006-cı il). Bakı, 2006, səh.129-132;

* Müasir dövrdə kütləvi informasiya vasitələrinə dövlət qayğısı. Mədəniyyət: problemlər və perspektivlər mövzusunda elmi konfransı. Bakı, 2007, səh.20;

* Azərbaycanda informasiya məkanının formalaşmasında mətbuatın rolu (1875-1932-ci illər). 2006-cı ildə professor-müəllim heyətinin apardığı elmi-tədqiqat işlərinin yekununa həsr edilmiş konfransın materialları. Bakı, 2007;

* Qloballaşma dövründə Azərbaycanda kütləvi informasiya vasitələri. 2006-cı ildə professor-müəllim heyətinin apardığı elmi-tədqiqat işlərinin yekununa həsr edilmiş konfransın materialları. Bakı, 2007;

* Qloballaşma dövründə Azərbaycanda informasiya məkanının formalaşması. Azərbaycan Respublikası Təhsil Nazirliyi Aspirantların və gənc tədqiqatçıların XII Respublika elmi konfransın materialları. Bakı, 2008, səh.348;

* Azərbaycanda radionun yaranma və inkişaf tarixi. Mədəniyyət: problemlər və perspektivlər mövzusunda elmi konfransı, Bakı, 2008, səh.19;

* Qlobal informasiya cəmiyyətinin formalaşması. Azərbaycan Respublikası Təhsil Nazirliyi Aspirantların və gənc tədqiqatçıların XIV Respublika elmi konfransı. Bakı, 2009 (4-5) dekabr;

* Azərbaycanda televiziya yayımının inkişafı. Azərbaycan Respublikası Təhsil Nazirliyi Aspirantların və gənc tədqiqatçıların XIII Respublika elmi konfransın materialları. Bakı, 2009, səh.329-330;

* Qloballaşma dövründə Azərbaycan mədəni irsinin təhlükəsizlik məsələləri. 17-18 oktyabr gənc alimlərin Beynəlxalq Konfransı, II hissə. Gəncə, 2016, səh.52-53