шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Türksoy kafedrası

Türksoy kafedrası 2017-ci il dekabr ayının 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetində yaradılmışdır. Bu münasibətlə 2017-ci il dekabr ayının 7-də Türksoy kafedrasının açılışı olmuşdur. Açılışla bağlı tədbirdə ADPU-nun rəhbərliyi, Beynəlxalq Türk Mədəniyyəti  Təşkilatının (Türksoy) baş katibi professor Düsen Kaseinov, Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan A-zoral, Türksoyun Azərbaycan nümayəndəliyinin rəhbəri Elçin Qafarlı, Qazaxıstanın Azərbaycandakı səfirliyinin əməkdaşları, Qırğızıstanın və Şimali Kipr Türk Respublikasının təmsilçiləri, Universitetin fakültə dekanları və kafedra müdirləri, şair və yazıçılar, media nümayəndələri iştirak ediblər. ADPU ilə Türksoy arasında təhsil və mədəniyyət sahəsində əməkdaşlıq protokolu imzalanıb. Protokolda ADPU və Türksoy, eləcə də Türksoya üzv olan ölkələr arasında mədəni əlaqələri və elmi-mədəni mübadiləni təmin etmək, türk mədəniyyəti ilə bağlı elmi araşdırmalar aparmaq, təhsil sahəsində ortaq layihələr hazırlamaq, inkişaf etdirmək və qarşılıqlı əməkdaşlıq öz əksini tapıb. Türksoyun və ADPU-nun rektorunun birgə qərarı əsasında TÜRKSOY kafedrasına Elm və innovasiyalar üzrə prorektor, professor Asəf  Zamanov müdir, professor Buludxan Xəlilov və professor Elman Quliyev isə müavin təyin edilmişdir.