шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Filologiya fakültəsində yaradıcılıq günü keçirilib

Filologiya fakültəsində istedadlı gənclərlə yaradıcılıq günü keçirilib. Tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova istedadlı gəncləri təbrik edib, onlara bu layihənin nəzərdə tutulan fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. Bundan əlavə, professor Mahirə Hüseynova yaradıcılıq günündə səsləndirilən şeir və nəsr nümunələrinin ayrıca bülleten şəklində çap olunacağını bildirib.

Tədbirdə dosent Pəri Paşayeva, dosent Razim Məmmədov, dosent Fəxrəddin Yusifov, TEC-in sədri, dosent Ülviyyə Hacıyeva, baş müəllim Məlahət Babayeva tələbələrə maraqlı tövsiyələr verib, yaradıcılıq uğurları diləyib.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi