шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Fizika və texnologiya fakültəsində növbəti elmi seminar

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika və texnologiya fakültəsində “Elm günü” ilə əlaqədar silsilə tədbirlər davam edir. Belə ki, martın 13-də fakültənin Fizikanın tədrisi metodikası kafedrasının dosenti Dilbər Əliyevanın "VI-VII siniflərdə fizika dərslərində şagirdlərin fəallaşdırılmasının təşkili" mövzusunda elmi seminarı keçirildi. Dosent D.Əliyeva elmi seminarda VI-VII siniflərdə fizika dərslərində şagirdlərin fəallaşdırılma yollarınından bəhs etdi. O, göstərdi ki, VI siniflərdə bir sıra təbiət hadisələrinin fizika ilə əlaqəsini şagirdlərin təfəkküründə daha ətraflı canlandırmağa ehtiyac var. Bununla yanaşı, vurğulayıb ki, VII siniflərdə mexaniki hərəkət mövzusunun qrafiklə ifadə olunmasında baş verən nöqsanların dərsin fəallaşdırılmasına böyük təsiri var.Fizikanın tədrisi metodikası kafedrasının müdiri, dosent Sevinc Cəlilova çıxış edərək bu mövzunun çox aktual olduğunu bildirdi. Qeyd etdi ki, VI-VII siniflərdə fizika dərslərində aparılan təcrübələrin düzgün seçilməsi də dərsdə şagird fəallığını artırır.

Daha sonra fakültənin dekanı, dosent Arzu Daşdəmirov VI-VII sinif şagirdlərinin yaş psixologiyasının da nəzərə alınmasının zərurətindən danışdı və  bu mövzunun dünya təhsil sistemində çox aktual olduğunu qeyd etdi.

Mövzu ilə bağlı dosent D.Əliyevaya ünvanlanan maraqlı suallar da tədbirin mövzusunun çox əhəmiyyətli olduğunu göstərdi.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi