шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Qəbul qaydaları

Hörmətli ADPU-da təhsil almaq istəyən əcnəbi vətəndaşlar!

Azərbaycan Dövlət Pedaqoji Universitetinə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu aşağıdakı əsaslarla həyata keçirilir:

* Azərbaycan Respublikası ilə xarici ölkələr arasında təhsil sahəsində bağlanılmış müqavilələr əsasında;

* Azərbaycan Dövlət Pedaqoji Universitetinin iştirak etdiyi beynəlxalq proqramlar əsasında;

* Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə xarici ölkələrin təhsil müəssisələri arasında bağlanılmış müqavilələr əsasında;

* Türkiyənin Ali Təhsil Şurasının (YÖK), Tələbə Seçmə və Yerləşdirmə Mərkəzinin (ÖSYM) imtahanlarının nəticələrinə əsasən;

* Azərbaycan Dövlət Pedaqoji Universitetinin əcnəbi vətəndaşlarla birbaşa bağladığı müqavilələr əsasında;

* Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin keçirdiyi mərkəzləşdirilmiş qaydada keçirilən tələbə qəbulu müsabiqəsi əsasında.

Qeyd: Əcnəbilər Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin keçirdiyi mərkəzləşdirilmiş qəbul imtahanlarında iştirak etdikləri halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi sənədləri təqdim etməlidirlər.

Qeydiyyat müddəti: 01-15 sentyabr