шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

İbtidai təhsilin pedaqogikası və metodikası kafedrası

Abdinova Nigar Cavad qızı

Pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllim

ADPU-nun İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının baş müəllimi

İş telefonu: +(994)12 408 05 38

E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Qısa bioqrafik məlumat       

!976-ci il fevralın 24-də Bakı şəhərində anadan olmuşdur.

1993-cü ildə Bakı şəhər 53 №-li orta məktəbi bitirmişdir.

Ailəlidir, bir qızı var.

1997-ci ildə Bakı Ali Pedaqoji Qızlar Seminariyasını pedaqogika və psixologiya ixtisası üzrə bakalavr dərəcəsini  bitirmişdir.

2000-ci ildə ADPU-nun İbtidai təhsilin pedaqogikası və metodikası ixtisaslaşması  üzrə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirmişdir.

2010-cu ildə “Təlimin optimallaşdırılması şəraitində şagird şəxsiyyətinin inkişafı (I-IV siniflər)”  mövzusunda pedaqogika üzrə fəlsəfə doktoru  dissertasiyası  müdafiə etmişdir.

Əmək fəaliyyəti:    

1997-2001-ci illər Bakı ş. 286 №-li məktəbdə “Gənclər təşkilatı”nın sədri.

2001-2013 cü illər Azərbaycan Müəllim İnstitutunda müəllim, baş müəllim.

2013-2014-cü illər “Evrika liseyi” ndə direktor müavini.

2014-2015-ci illər MEA Fizika İnstitutunda böyük elmi işçı.

2015-ci idən indiyədək ADPU-nun “İbtidai təhsilin pedaqogikası və metodikası” kafedrasında baş müəllim.

Tədris etdiyi fənlər:      

Pedaqogika ;

İbtidai təhsilin pedaqogikası;

Sosial pedaqogika;

Ailə pedaqogikası;

Həyar bilgisi;

Tədqiqat sahəsi:

İbtidai siniflərdə təlim prosesinin təkmilləşdirilməsi

Elmi fəaliyyəti:

N.C.Abdinova göstərmişdir ki, kiçik yaşlı məktəbli şəxsiyyətinin inkişafında təlim prosesi özünəməxsus rola malikdir. Təlimin optimallaşdırılması bu işin uğurla həyata kecməsinə imkan və şərait yaradır. Mənəvi biliklərin mənimsənilməsinə, mənəvi şüurun, mənəvi hisslərin və adətlərin, müsbət davranış təcrübəsinin və rəftar tərzinin, düzgün qarşılıqlı münasibətlərin təşəkkülünə, son nəticədə kiçik yaşlı məktəbli şəxsiyyətinin inkişafına kömək göstərəcək tədbirlərdən geniş istifadə edilməlidir.

N.C.Abdinova 27 məqalə, 2 tezis, 2 proqram, 2 metodik göstəriş və 1 metodik vəsaitin müəllifidir.

Elmi işləri:

  1. “Təlimin optimallaşdırılmasının meyarları”        məqalə Azərbaycan Dövlət Pedaqoji Universitetinin xəbərləri. 2009, № 2, s. 388-392.       
  2. “Постановка проблемы оптимизации учебного процесса в существующей научно-педагогической литературе” məqalə, Высшая школа Казахстана, 3(1) 2010,        с. 140-145     
  3. “Основные этапы педагогической деятельности в области оптимизации обучения”          məqalə Инновация, качество образования и развитие материалы международной научной конференции,  Баку-2010         с.33-34
  4. “Məktəbəqədər müəssisə, məktəb və ailə əməkdaşlığı” proqram "Müəllim", Bakı 2013         s.20
  5. “Практика социального воспитания в Азербайджане в начале ХХ века”    tezis «Психолого-социальная работа в современном обществе: проблемы и решения» Материалы международных научно-практических конференций, Санкт-Петербург-2016 222-223, Абдинова Н.Д., Мамедова И.М       
  6. Методические указания по курсовым работам по « Педагогике начального образования» методические указания Баку-2016, müştərək
  7. “Для образовательных специальностей бакалаврской ступени высшего образования”  программа, Баку-2016, müştərək
  8. “İbtidai təhsilin pedaqogikası” fənni üzrə kurs islərinə dair metodik göstəriş, Bakı-2016,   müştərək
  9. “İbtidai təhsilin pedaqogikası (İbtidai siniflərdə təlimin optimallaşdırılması şəraitində şagird şəxsiyyətinin inkişafı)” metodik vəsait, Bakı-2017