шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

İbtidai təhsil fakültəsində Ağsaqqallar Şurasının üzvləri ilə görüş

Dekabrın 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İbtidai təhsil fakültəsində Ağsaqqallar Şurasının üzvləri-professor Malik Cəbrayılov, professor Nailə Verdizadə, professor Zahid Xəlil ilə I tədris ili  tələbələrinin görüşü keçirilib. Tədbirdə dekan müavini, dosent Afət Həsənova, fakültə tyutorları, müəllimlər iştirak ediblər.

Görüşü giriş sözü ilə açan İbtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmov son illər universitetdə aparılan yenidənqurma, kadr və məzmun islahatları haqqında ətraflı danışıb, I tədris ilinə qəbul olunmuş tələbələrin nailiyyətlərindən bəhs edib. Qeyd edib ki, I tədris ilinə qəbul olunmuş 300 nəfər tələbənin 129 nəfəri 500-dən çox bal toplayıb. Tələbələrin yaxşı təhsil almaları, semestr imtahanlarında uğur qazanmaları üçün fakültədə hər cür şərait yaradılıb. Tələbələrlə universitetin rektoru, professor Cəfər Cəfərovun görüşü keçirilib. Yüksək nailiyyətləri ilə seçilən tələbələrlə bağlı “Arzuların qanadında” adlı kitab nəşrə hazırlanıb.

Sonra Ağsaqqallar Şurasının üzvləri-professor Malik Cəbrayılov, professor Nailə Verdizadə, professor Zahid Xəlil rektor, professor Cəfər Cəfərovun rəhbərliyi ilə universitetdə tələbələrin daha yaxşı təhsil almaları üçün yaradılan şəraitdən, tələbələrin hüquq və vəzifələrindən danışıb, tələbəlik həyatı ilə bağlı maraqlı məqamları dilə gətiriblər. Şair Zahid Xəlilin gəncliyə və tələbə həyatına həsr etdiyi şeirlər tələbələrdə xoş ovqat yaradıb.

Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb, xatirə şəkli çəkdirilib.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi