шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

İsmayıl Şıxlının 100 illik yubileyi ilə bağlı elmi seminar keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialında İsmayıl Şıxlının 100 illik yubileyi ilə bağlı elmi seminar keçirilib. Elmi seminarda Filologiya fakültəsinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının professoru Təyyar Cavadov, professoru Yaqub Babayev, dosenti Bilal Həsənli, dosenti Qüdrət Umudov və baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Məlahət Babayeva çıxış ediblər. Elmi seminarda İsmayıl Şıxlının zəngin bədii yaradıcılığı ilə yanaşı, pedaqoji fəaliyyəti haqqında da məruzə edilib.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi