шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

Xarici ekspert, professor Jill Sperandio pedaqoji təcrübənin təşkili ilə tanış olub

Tədqiqat və inkişaf şöbəsi

Təhsil üzrə ekspert, professor Jill Sperandio pedaqoji təcrübənin təşkili ilə tanış olmaq məqsədilə martın 13-də Bakı şəhəri 129 nömrəli tam orta məktəbdə təcrübə rəhbəri Səmayə Həsənovanın dəstəyi ilə təşkil edilmiş “Coğrafiya müəllimliyi” ixtisasının tələbəsi Xanım Əliyevanın açıq dərsində iştirak edib. “Torpağın mühafizəsi” mövzusunda keçirilən açıq dərs təcrübəçi tələbənin istifadə etdiyi əyani vəsaitlər, tətbiq edilən yeni yanaşma metodologiyası, dərsin tərtibatı və təcrübəçi tələbənin keyfiyyətləri ilə yadda qalıb.

Dərs bitdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) və adıçəkilən məktəbin müəllimləri və dərsdə iştirak etmiş tələbələr birlikdə keçrilmiş açıq dərsi müzakirə ediblər. Açıq dərs iştirakçılar, xüsusən professor Jill Sperandio tərəfindən yüksək qiymətləndirilib. Pedaqoji təcrübənin təşkili haqqında xarici ekspertə ətraflı məlumat verən pedaqoji təcrübə rəhbəri Solmaz Məmmədova bildirib ki, fevralın 16-dan əyani təhsilalma forması üzrə 1900 nəfər tələbənin bütün fakültələr və ixtisaslar üzrə 85 müəssisədə, o cümlədən 75 ümumtəhsil məktəbində pedaqoji təcrübəsi başlanmışdır. Qeyd edək ki, professor Jill Sperandio ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi Fulbright proqramı çərçivəsində ADPU-da aparılan islahatları dəstəkləmək və planlaşdırmaq, tədris prosesinin modernləşdirilməsinə kömək məqsədilə tədqiqatçı kimi çalışır.