шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Kimya və Biologiya fakültəsi

 Kimya və Biologiya fakültəsi

 

 

 elnr  Elnare Muzeffer Muradova  hmədova Könül ty  Hüseynova Şəbnəm ty Mustafayeva Leyli Tyutor  liyeva Samirəty 
Mehbalıyeva Elnarə
Dekan
Dosent
 Muradova Elnarə
Dekan müavini
Əhmədova Könül
Tyutor 
 Hüseynova Şəbnəm
Tyutor
Mustafayeva Leyli
Tyutor
 Əliyeva Samirə
Tyutor
 Quliyeva Tamara ty Soltanzadə Nigar ty   Rzabəyli Firuzə oper  aysel  Tinayeva Aynurə oper  gunay
  Quliyeva Tamara
Tyutor
 Soltanzadə Nigar
Tyutor 
Rzabəyli Firuzə
Tyutor
Allahverdiyeva Aysel
Tyutor
Tinayeva Aynurə
Operator
Mikayılova Günay
Operator

 

 

Ali Pedaqoji İnstitut yaradılarkən burada təşkil edilən üç şöbədən biri təbiyyat–coğrafiya, müstəqil ali təhsil ocağı kimi Dövlət Pedaqoji İnstitutu yenidən qurulanda isə  (1930) onun əsas fakültələrindən biri  təbiyyat –kimya olmuşdur. Təbiyyat-kimya fakültəsi 1968-ci ilin ikinci yarısında iki müstəqil fakültəyə bölündü: kimya və biologiya. Kimya fakültəsinə professor R.Y.Əliyev(1968-1971), professor R.Ə.Əbdürrəhimova(1971-1976), professor T.Ə.Ağdamski(1976-1981) rəhbərlik etmişdir. Biologiyafakültəsinə isə professorR.Z.Qafarova rəhbərlik etmişdir .1981-82-cidərsilindəbuikifakültəəsasındayenidən kimya-biologiya fakültəsi yaradıldı və fakültəyə 1997-ci ilədək Əməkdar elm xadimi, professor R.Z.Qafarova   və 1997-2002-ci illərdə professorƏ.N.Qurbanov rəhbərlik  etmişdir.  2002-ci  ildən isə  onun bazasında yenidən iki müstəqil fakültə: kimya və biologiya fakültələri yaradıldı.Kimya fakültəsinə professorƏ.N.Qurbanov (2002-2005) dosent V.S.Həsənov(2006-2016), biologiyafakültəsinə isə dosent V.S.Həsənov(2002),dosent Ə.M.Məhərrəmov(2002-2011), professor Y.K.Əhmədov(2011-2016)rəhbərlik   etmişlər.

Ötən dövrlərdə fakültədə kimya, biologiya- əlavə kimya, kimya və biologiya, kimya və pedaqogika   ixtisasları üzrə kadr hazırlanmışdır.

 Azərbaycan respublikasının prezidenti İlham Əliyev Azərbaycan təhsili üçün ölkənin davamlı inkişaf strategiyasını ən öncül istiqamətlərindən biri hesab edərək demişdir: “Azərbaycanın gələcək inkişafı məhz təhsillə bağlıdır. Bilikli, savadlı uşaqlar, gənclər gələcəkdə Azərbaycanı idarə edəcəklər.” Möhtərəm prezidentimiz İlham Əliyev bu fikirləri ölkəmizdə pedaqoji kadrların hazırlığını, strategiyasını və konsepsiyasını müəyyən etmişdir.

İlk tədqiqat işlərini hələ tələbəlik illərində kafedralarda aparmış bir çox məzunlar ali məktəbi  bitirdikdən sonra öz elmi fəaliyyətlərini davam etdirərək, elmdə böyük cığırlar açmış, dünya şöhrəti qazanmış və özlərinin elmi məktəblərini yaratmışlar. Onlardan Azərbaysan Respublikası EA-nın akademikləri Yusif Məmmədəliyevin, Bahadur Zeynalovun, müxbir üzvləri Heydər Əfəndiyevin, Şamxal Məmmədovun, Məmməd Mövsümzadənin, Cümşüd Zülfüqarlının,  kimya elmləri doktorları və professorlardan Yusif Musabəyovun, İsgəndər Bağbanlının, Şıxbala Əliyevin, Püstəxanım Rzazadənin Ağarəfi Ağayevin, Zəlimxan Qarayevin, Allahverdi Verdizadənin  və onlarla başqalarının adlarını iftixarla  çəkmək olar.

Fakültənin məzunları mərhum professorlar Ş.Ə.Məmmədov, A.İ.Qarayev, Z.M.Şahtaxtinskaya, M.M.Mövsümzadə Ə.Ə.Əbdürrəhimov, A.Ə.Verdizadə, R.Z.Qafarova,R.Ə.Əbdürrəhimova, İ.O.Nəsibov, R.Y.Əliyev və onlarla başqaları uzun müddət bu ali məktəbdə səmərəli fəaliyyət göstərmiş, gənc nəslin təlim -tərbiyəsində ömürlərini şam kimi əritmişlər.           

 Bütünlükdə fakültənin kafedralarında aparılan elmi-tədqiqat işlərinin nəticələri Bakıda, Moskvada, Sankt-Peterburqda, Novosibirskdə, Ufada,Kiyevdə, Tbilisidə və digər şəhərlərdə dərc olunmuş elmi və metodik jurnallarda 1000-dən artıq məqalə, 100-ə qədər müəlliflik şəhadətnaməsində öz əksini tapmışdır. Kafedraların professor-müəllim  heyyəti 150-ə yaxın dərslik, dərs vəsaiti, metodik göstərişlər, tövsiyyələrin nəşrinə ali və orta məktəblər üçün dərsliklərin və proqramların tərcüməsinə, həmçinin orijinal proqramların tərtibinə nail olmuşlar.  Fakültənin təşəbbüsü ilə 2009-cu ildə 2 Respublika Elmi konfransı təşkil edilib keçirilmişdir.

1. Ulu öndər Heydər Əliyevin anadan olmasının 86-cı ildörümünə həsr olunmuş «Kimya və ekologiyanın aktual problemləri» mövzusunda Respublika Elmi konfransı Bakı-08 may 2009-cu il.  Konfransın təşkilat komitəsinə AMEA-nın müxbir üzvü, ADPU-nun rektoru Y.Ə.Məmmədovun sədrliyi ilə 10 nəfər AMEA-nın akademiki və müxbir üzvləri daxil edilmişdir. Bir gün keçirilən konfransda respudikanın müxtəlif elmi-tədqiqat və universitetlərdən və xarici ölkələrdən göndərilmiş 130 adda elmi məruzələr dinlənilmişdir.

2. Professor A.Ə.Verdizadənin 95 illik yubileyinə həsr olunmuş«Uzvi reagentlər analitik kimyada» Respublika Elmi konfransı  Bakı-24-25 noyabr 2009-cu il   Konfransın təşkilat komitəsinə AMEA-nın müxbir üzvü, ADPU-nun rektoru Y.Ə.Məmmədovun sədrliyi ilə 14 nəfər AMEA-nın akademiki və müxbir üzvləri daxil edilmişdir. İki gün keçirilən konfransda respudikanın müxtəlif elmi-tədqiqat və universitetlərdən və xarici ölkələrdən göndərilmiş 186 adda elmi məruzələr dinlənilmişdir.

2011-ci il YUNESKO tərəfindən Beynəlxalq Kimya ili elah olunması ilə əlaqədar fakütədə silsilə tədbirlər  keçirilmişdir. AMEA-nın akademikləri M.M.Məmmədyarov,  N.Seyidov müxbir üzvü professor V.M.Abbasovla fakültənin professor-müəllim və tələbə heyyətinin görüşü keçirilmişdir

Fakültə haqqında ümumi məlumat

Fakültənin nəzdində  4 kafedra, 2 elmi tədqiqat laboratoriyası fəaliyyət göstərir: İnsan və heyvan fiziologiyası, Biologiya və onun tədrisi metodikası, Analitik və üzvi kimya, Ümumi kimya və kimyanın tədrisi metodikası   kafedraları, “Koordinasion birləşmələr” və “Yeni bioloji aktiv birləşmələr”  elmi- tədqiqat laboratoriyaları.

Fakültənin professor-müəllimheyətinin tərkibində 11 nəfər elmlər doktoru, professor, 43 nəfər elmlər namizədi, dosent, 18 nəfər baş müəllim, 9 elm­lər namizədi,  37 nəfər müəllim çalışır.Hal-hazırda fakültədə 3 ixtisas üzrə ( kimya müəllimliyi , kimya və  biologiya müəllimliyi və biologiya müəllimliyi  ixtisasları) yüksək ixtisaslı müəllim kadrları hazırlanır.Fakültədə bugün 1223 tələbə təhsil alır: 1177 tələbə əyani şöbədə, 46 tələbə qiyabi şöbədə. Kimya və biologiya fakültəsinin magistraturasında 87 magistr təhsil alır. Fakültədə hal – hazırda 9 aspirant, 10 dissertant vardır.Bakalavr pilləsində tələbələr üç ixtisasa: biologiya  müəllimliyi (əyani və qiyabi), kimya müəllimliyi (əyani), kimya və biologiya müəllimliyi (əyani), magistraturada isə 2 ixtisasa: Kimyanın  tədrisi metodikası və Biologiyanın tədrisi metodikası.Bakalavr və magistrların yüksək ixti­sas­lara yiyələnmələri üçün yüksək ixtisaslı pro­fessor-müəllim heyəti var gücü ilə çalışır. Aparılan işlər, keçirilən çox saylı tədbirlər onların elmlərə yiyələnməsinə, gənc bir müəllim kimi formalaşmasına xidmət edir. Hər bir gəncin elmi yaradıcılıqla məşğul olması üçün lazımi şərait yaradılmışdır.

Fakültədə «Kimyagər» və «Gəncbiloloq» adlı divar qəzeti müntəzəm olaraq çap olunur. Fakültədə tələbə elmi cəmiyyəti olaraq tələbələrin elmə olanmarağını artırmaq isti­qamətində işlər görür. Hər il tələbələrin elmi fəaliyyəti yekunlaşır və seçilən tə­ləbələr müvafiq yerlər üzrə mükafatlandırılır. Tələbələrimiz Respublika olimpiadalarında fəal iştirak edir, ayrı-ayrı universitetlərdə təşkil olunmuş konfranslarda məruzələrlə çıxış edirlər.

İndiyə qədər fakültəmizin 12.000-dən çox məzunu olmuşdur.

Fakültənin nəzdində fəa­liyyət göstərən kafedraların apardığı elmi-tədqiqat işlərinin istiqaməti respublika miqyasında elmi nailiyyət kimi qiymətləndirilməlidir. Konkret olaraq kafedralar üzrə elmi araşdırmaların əsas istiqamətini belə göstərmək olar. Ümumi kimya və kimyanın tədrisi kafedrasında 3 problem- yarımkeçirici materiallar, kompleks birləşmələr və tədris təbiyə işlərinin təkmilləşdirilməsi üzrə elmi-tədqiqat işləri aparılır.Analitik və üzvi  kimya kafedrasında iki istiqamət üzrə elmi-tədqiqat işi aparılır: analitik kimya və kataliz,

son illərdə bir mühüm problem – «Təbabətdə, kənd təsərrüfatında və texnikada tətbiq edilə biləcək yeni bioloji aktiv birləşmələrin sintezi  və tədqiqi» üzrə fundamental elmi tədqiqat işləri aparılır.  Kafedranın nəzdində 1989-cu ildən «Yeni bioloji aktiv birləşmələr» problem laboratoriyası   fəaliyyət göstərir. Tərkibində azot və kükürd saxlayan yeni bioloji aktiv birləşmələrin sintezi və tədqiqi sahəsində aparılan tədqiqatların nəticələrielmi məqalələrdə, monoqrafiya, dərslik və dərs vəsaitlərində çap etdirilmişdir.

Kimya və bilologiya fakültəsinin nəzdində olan kafedraların hər birinin Azərbaycan elminin inkişafında xüsusi xidmətlər ivar. Onların fədakar əməyi ən yüksək qiymətə layiqdir. Təsadüfi deyildir ki, Universitetimizin 85 illik yubileyində fakültəmizin 9 əməkdaşı Prezidentimiz İlham Əliyevin sərəncamı ilə mükafatlandırıldı. 3 nəfər əməkdaşımız “əməkdar müəllim”, 5 nəfər əməkdaşımız “Tərəqqi” medalı, 1 nəfər isə “Əməkdar Elm Xadimi” fəxri adına layiq görüldü.

Universitetimizin 90 illik yubileyində fakültəmizin 6 əməkdaşı Prezidentimiz İlham əliyevin sərəncamı ilə “Əməkdar müəllim” adına, 1 nəfər əməkdaş“Tərəqqi” medalına layiq görülmüşdür.

Son illərdə fakültənin təşəbbüsü ilə bir sıra Respublika Elmi konfransları təşkil edilib keçirilmişdir:  «Kimya və ekologiyanın aktual problemləri» mövzusunda Respublika Elmi konfransı,Professor A.Ə.Verdizadənin 95 illik yubileyinə həsr olunmuş«Uzvi reagentlər analitik kimyada» Respublika Elmi konfransı və s.

Fakültədə müntəzəm olaraq görkəmli kimyacı alimlərlə, ziyalılarla görüşlər keçirilir. Son illərdə bu qəbildən olan YUNESKO tərəfindən Beynəlxalq Kimya ili elah olunması ilə əlaqədar AMEA-nın akademikləri M.M.Məmmədyarov, N.Seyidov,AMEA-nın müxbir üzvü professor V.M.Abbasovla fakültənin professor-müəllim və tələbə heyyətinin görüşü keçirilmişdir.

Müstəqillik əldə etdikdən sonra respublikamızda elmə xüsusi diqqət yetirilir. Mərhum Prezidentimiz Heydər Əliyevin Azərbaycan Milli ElmlərAkademiyasının statusu haqqında 4 yanvar 2003-cü il tarixli fərmanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Milli Elmlər Aka­demiyasının 60 illik yubileyi haqqında 14 fevral 2005-ci il tarixdə imzala­dığı sərəncamı buna ən bariz nümunə kimi göstərilə bilər.

Azərbaycan da gənclərin müasir biliklərə və texnologiyalara yiyələnməsi üçün hər cür şərait yaradılır. Müasir dövrdə yaxşı təhsil almağın vacib olduğu dövlət başçımız tərəfindən diqqət mərkəzində saxlanılır. Dövlət başçısı İlham Əliyev təhsili inkişaf etdirmək məqsədilə söyləyibdir: «İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq, görərik ki, ölkələr inkişaf edib ki, orada təhsil yüksək səviyyədədir. Dünyada gedən tərəqqinin əsas əlaməti dəbilik, savaddır. Ona görə Azərbaycanda yeni gənc nəslin yetişdirilməsi və tərbiyə olunmasında təhsilin çox böyük əhəmiyyəti var». Bu mənada qloballaşan təhsil sahəsi üzrə Boloniya prosesinə üstünlük verilir. Bu proseslə bağlı olaraq Boloniya Deklarasiyası qəbul olunmuşdur. Boloniya Deklarasiyası 19 iyun 1999-cu il də 29 Avropa dövlətlər itərəfindən keçirilən görüşdə baş tutmuşdur. Boloniya prosesinə qoşulmaqda məqsəd ondan ibarətdir ki, təhsilin keyfiyyəti artsın, Avropa Universitetləri bir-biriilə inteqrasiya olunsun, vahid kreditlər sistemi yaransın, ali təhsil sənədləri və ixtisasları Avropa məkanında qarşılıqlı tanınsın, tələbələrin mobilliyi təmin olunsun və s.

 Hal-hazırda fakültənin tələbələri kredit sistemi ilə təhsil alır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20.04.2006-cı il tarixli 264 saylı əmrini əsas tutaraq kimya fakültəsinin I kurslarının 2006/2007-ci tədris ilindən kredit sisteminə keçmələri barədə Universitetimizdə əmr olmuşdur. Universitetimizdə ilk dəfə kredit sistemi Kimya fakültəsində tətbiq olunmuşdur. Universitetimizdə ilk kredit sisteminin məzunları (2009-2010-cu tədris ilində) kimya ixtisasının tələbələri olmuşdur.

Fakültədə təhsil pillələri  üzrə aşağıdakı ixtisaslar və ixtisaslaşmalar üzrə mütəxəssis hazırlığı aparılır.

Bakalavr pilləsində

1.    Kimya  müəllimliyi

2.    Kimya və biologiya müəllimliyi

3.    Biologiya müəllimliyi

Magistr pilləsində

1.    Biologiyanın tədrisi metodikası

2.    Kimyanın  tədrisi metodikası

Doktorantura

1.    Fəlsəfə doktoru

2.    Elmlər doktoru

Məqsədimiz

Məsələlərin həllində birlik, fəaliyyət prosesində sərbəstlik, şəffaflıq, bütün işlərdə ədalət, inam, etibar prinsipinəəsaslanan, davamlı inkişaf hədəfi olan təcrübəli professor-müəllim heyəti və yenilikçi fakültə rəhbərliyi ilə sağlam, xeyirxah, rəqabətə hazır olan, öz sahələrində mövcud olan elmi yenilikləri mənimsəyib tətbiq etməyi bacara bilən, milli dəyərlərə söykənən , bəşəri dəyərlərəüstünlük verən, bilik, bacarıq və qabiliyyəti ilə milli təhsilimlzln təəsubkeşləri ola biləcək, təhsildə olan  problemləri həll etmək iqtidarına malik və Respublikamızda, regionda ixtisasını yüksək səviyyədə bilən kimya, kimya və biologiya, biologiya müəllimləri yetişdirən fakültə olmaqdır.

Missiyamız

ADPU  Kimya və biologiyafakultəsi olaraq  missiyamız tələbələrimizə kimya, kimya və biologiya, biologiya müəllimliyi ixtisasları üzrə  pedaqoji sahədə ən yaxşı təhsili və ən müasir bilikləri verərək məzunlarımızın həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə olan kariyera imkanlarından faydalanmaları üçün lazımi bilik və qabiliyyətlər əldə etmələrini təmin etmək və rəqabətə davamlı təhsil bazası yaratmaqdır.

ADPU  Kimya və biologiya fakultəsinin  vizionu ölkə və regional səviyyədə təhsil sahəsində tanınan, kimya, kimya və biologiya, biologiya müəllimliyi ixtisasını hazırlayan ali təhsil müəssisələri arasında etibarlı, nüfuzluvə yüksək təhsil standartına sahib olan fakultə olmaqdır.

Fakültə ixtisasları və tədris planları

Kimya və bilologiya fakültəsində kimya müəllimliyi, kimya və biologiya müəllimliyi ixtisasları üzrə əyani; biologiya  müəllimliyi  ixtisası üzrə isə əyani və qiyabi şöbələrdə tədris aparılır. Kimya müəllimliyi , kimya və biologiya  müəllimliyi ixtisasları üzrə I, II, III,IV,V tədris ilində 2014-cü ildə hazırlanmış tədris planından, Biologiya  müəllimliyi  ixtisasının əyani  şöbəsində I, II və III tədris ilinin tələbələri 2015-ci ildə hazırlanmış tədris planı ilə, IV tədris ilinin tələbələri 2014-cü ildə hazırlanmış tədris planından istifadə edilir.Biologiya  müəllimliyi  ixtisasının qiyabi  şöbəsinin IV

 2014-cü  ildə hazırlanmış tədris planı ilə, V tədris ilinin tələbələri isə 2010 –cu ildə hazırlanmış tədris planından istifadə edilir Tədris planları müxtəlif elmlər arasındakıəlaqələri nəzərə alaraq, həm də elmlərin sintezini, elmi və praktik tərəflərini əsas götürərək müxtəlif fənn qruplarınıəhatə edir. Tədris planları tələbələrimizin hərtərəfli düşünməsinəelmi-nəzəri və təcrübəli bilikləri əlaqələndirmələrinə imkan yaradır.

Tədris planlarında fənlərin (humanitar fənlərin, seçmə fənlərin, ixtisaslaşmanın peşə hazırlığı fənlərinin) əlaqələri, bağlılığı elə qurulmuşdur ki, məzunlarımız ixtisas fənləri ilə yanaşı, beynəlxalq metodlarını və s.-ni öyrənirlər. Bu da tələbələrimizin hərtərəfli formalaşmasında mühüm rol oynayır.

Test bankı