шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Kimya və biologiya fakültəsində Bilik Olimpiadası

Mayın 10-da Kimya və biologiya fakültəsinin akademik Yusif Məmmədəliyev auditoriyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş Bilik Olimpiadası təşkil edilib.

Bilik Olimpiadasını fakültənin dekanı, dosent Elnarə Mehbalıyeva giriş sözü ilə açaraq ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyi uğrunda xidmətləri, gənclərin yüksəkixtisaslı mütəxəssis kimi hazırlanmaları üçün fəaliyyət və tövsiyələri haqqında ətraflı məlumat verib, bilik yarışında iştirak edən tələbələrə uğurlar arzulayıb.

Tədbirdə iştirak edən dekan müavini, biologiya üzrə fəlsəfə doktoru Elnarə Muradova, universitet Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri, Analitik və üzvi kimya kafedrasının müdiri, kimya üzrə elmlər doktoru Əli Zalov, Biologiya və onun tədrisi metodikası kafedrasının müdiri, dosent Anaxanım Yusifova, Ümumi kimya və kimyanın tədrisi metodikası kafedrasının müdiri, kimya üzrə fəlsəfə doktoru Reyhan Ağayeva, dosentlər Vaqif Həsənov, Qaçay İsmayılov, Aysəba Məmmədova, fakültə TEC-nin sədri, dosent Rəhimə Məmmədova, dosent Kərim Quliyev, baş müəllimlər Kəmalə Əfəndiyeva, İsa Cəfərov, Şəfa Məmmədova tələbələri bilik yarışında həm dəstəkləyib, həm də onların nəticələrinin ədalətlə dəyərləndirilməsi üçün həssaslıqla fəaliyyət göstəriblər.

Ümumilikdə kimya üzrə 17 nəfər tələbə, biologiya üzrə 23 nəfər tələbə ilk yerlər uğrunda mübarizə aparıblar. Kimya üzrə I yeri Şölə Cəfərova, II yeri Şəhram Əbdülhəsənzadə, III yeri İlahə Ağamalıyeva qazanıblar. Biologiya üzrə I yeri Əzizağa Məlikov, II yeri Leyla İsayeva,  III yeri Gülşən Aslanova tutublar.

Bilik Olimpiadasının qaliblərini təbrik edir, yeni qələbələr arzulayırıq.

 

Rəhimə Məmmədova,

 Kimya və biologiya fakültəsinin TEC-nin sədri, dosent