шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

Kimya və biologiya fakültəsinin Elmi Şurasının iclası keçirilib

Oktyabrın 31-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya və biologiya fakültəsinin  Elmi  Şurasının iclası keçirilib. Fakültənin dekanı, Elmi Şuranın sədri, dosent Elnarə Mehbalıyeva 2018-2019-cu tədris ilinin payız semestrində kafedralar üzrə keçiriləcək açıq dərslərin qrafiki ilə Şura üzvlərini tanış edib. Müxtəlif kafedralar üzrə təqdim olunan açıq dərslərin qrafiki müzakirə olunaraq təsdiq olunub.

Elmi Şurada kurs işləri, sərbəst işlərin tələbələrə verilməsinin vəziyyəti, habelə 2018-ci ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin müzakirəsi ilə bağlı  kafedra müdirlərinin məlumatları dinlənilib. 2018-ci ildə magistraturaya qəbul olunmuş magistrantların elmi rəhbərləri və dissertasiya mövzuları  müzakirə olunaraq təsdiq edilib.

Elmi katib, kimya üzrə fəlsəfə doktoru Gülnarə Babayeva cari məsələlərlə Elmi Şura üzvlərini tanış edib. 1 proqramın, 2 dərs vəsaitinin və 1 metodik vəsaitin  müzakirə olunaraq nəşr olunması məqsədəmüvafiq hesab edilib.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi