шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Kimya və biologiya fakültəsinin müəllimləri Bio-Riyaziyyat Yaz Məktəbində iştirak ediblər

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya və biologiya fakültəsinin müəllimləri Bakıda  avropalı nüfuzlu alimlərin iştirakı ilə keçirilən Bio-Riyaziyyat Yaz Məktəbinin iştirakçıları olublar. Bio-Riyaziyyat  Yaz Məktəbinin davam etdiyi 4 gün ərzində mühazirələrdə “Biologiya və əczaçılıq sənayesində riyazi modelləşdirmə: Qanın laxtalanmasının mərhələsi”, “Biologiya və əczaçılıq sənayesində riyazi modelləşdirmə: Aktiv İnsulin istehsal edən Beta-hüceyrələr”, “Selikli canlıların həyatının modelləşdirilmiş və təhlil edilmiş formulu”,“Həyat elmlərində süni intellektin perspektivləri”mövzularında əhəmiyyətli yeniliklər nəzərdən keçirilib.

Qeyd edək ki, Forum zamanı əldə olunan yeniliklərin əhəmiyyəti barədə ADPU-nun müəllimi Səadət Qəmbərova AzTV-nin  “Xəbərlər” proqramına müsahibə verib.

Yekunda  Forumda iştirak edən ADPU-nun dosenti İradə Qafarova, müəllimləri Vüsalə Həsənova, Səadət Qəmbərova, Aysel Fərəcova  sertifikatla təltif olunublar.

 İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi