шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

KİTABXANA

Azərbaycan Dövlət Pedaqoji Universiteti mürəkkəb və şərəfli bir yol keçmiş, respublikamızda maarifin, elmin, milli mədəniyyətin təşəkkülü, təkamülü və hərtərəfli inkişafı sahəsində xüsusi xidmətlər göstərmiş, qədim, zəngin tarixə malik xalqımızın çoxəsrlik elmi fikrini, mədəni, mənəvi irsini ləyaqətlə davam etdirmiş, 97 illik fəaliyyəti ərzində təhsil sistemi və elmi-tədqiqat müəssisələri üçün, 85 mindən çox yüksək ixtisaslı pedaqoji və elmi-pedaqoji kadr hazırlanmışdır.

Azərbaycan Dövlət Pedaqoji Universiteti 1921-ci il 26 avqust tarixli-Azərbaycan XKS-nın sədri N.Nərimanovun imzaladığı dekret əsasında 6 nəfər tələbə ilə milli dildə fəaliyyətə başlamışdır. Həmin ildən də kitabxananın yaranmasının əsası qoyulmuşdur. İlk dövrdə dərs deməyə müəllimlər çatmadığı kimi dərsliklər də çatışmırdı(xüsusən ana dilində) İlk illər institut əməkdaşları və müəllimləri kitabxananın təşkil olunmasına çalışırdılar-onlar özlərində olan ədəbiyyatı və hətta öz mühazirə mətnlərinin surətini tələbələrin istifadəsi üçün kitabxanaya verirdilər. İnstitutda dərs deyən müəlimlərdən Fətulla Rzabəyli, Həbib Mahmudbəyov, Rəhim Cəfərov, Abdulla Şaiq və onlarla başqalarının səyi nəticəsində bu çətinliklər tədricən aradan qaldırlırdı.

Artıq 30-cu illərdə institut müəllimləri dərsliklər yazmağa başlamışdı. 1936- 1946-cı illərdə müəllimlər tərəfindən müxtəlif bilik sahələrinə dair dərslik və dərs vəsaiti hazırlanıb kitabxanaya təhvil verilmişdir.

1949-50-ci illərdə kitabxananın fondu 64.698 nüsxə, oxucuların sayı isə 2300 nəfər idi.

Daim inkişaf etməkdə olan kitabxananın fondu 1970-ci illərdə müqayisə edilməz dərəcədə genişlənmişdir. Bu illərdə kitabxana digər respublikalarla və Sovet ölkəsinin 10 ən böyük şəhərlərinin pedaqoji institutlarının kitabxanaları ilə əlaqə saxlayır, həm də institutun nəşrlərini daha geniş yaymaq məqsədilə kitabxana mübadiləsi aparırdı. Moskva, Leninqrad, Kiyev və onlarla böyük şəhərlərdən poçt vasitəsilə ədəbiyyat alırdı. Hətta kitabxanamız Bolqarıstanın Safiya şəhərinin universitet kitabxanası ilə də kitab mübadiləsi aparırdı.

Ümummilli lider kitabxanaları “xalq, millət üçün müqəddəs bir yer, mənəviyyat, zəka mənbəyi” adlandırmışdır. Kitaba və kitabxanaya böyük qiymət verən ümummilli lider özü də bir çox dünya başçısına müyəssər olmayan qiymətli, çoxcildli kitabların müəllifi kimi tanınmışdır.

H.Əliyevin təşəbbüsü ilə respublikamızda mədəniyyətin ayrı-ayrı sahələri haqqında qanunlar qəbul edilmişdir.

1999-cu ildə “Kitabxana işi haqqında”Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Əsası ümummilli lider tərəfindən qoyulmuş kitabxana siyasətini son illərdə respublikamızın Prezidenti İlham Əliyev böyük məhəraətlə həyata keçirir.

20 aprel 2007-ci ildə Prezidentin imzaladığı “Azərbaycanda Kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” sərəncamı bir daha sübut edir ki, İlham Əliyev ulu öndər Heydər Əliyevin bütün sahələrdə olduğu kimi kitabxana işi sahəsində də apardığı siyasətin layiqli davamçısıdır.

Hal-hazırda kitabxananın fondu 684772 nüsxə ədəbiyyat təşkil edir. Bunlardan 656381 nüsxə kitab və kitabçalar, 2894 jurnal, 1160 dissertasiyalar, 17377 avtoreferatlar, 3674 magistr dissertasiyaları, 1016 referativ jurnallar, 2270 nüsxə universitet müəllimlərinin elmi tədqiqat işləridir.

Kitabxananın fondunda hal-hazırda kiril əlifbası ilə 640 adda 47360 nüsxə dərs və dərs vəsaiti, latın əlifbası ilə isə 1423 adda 17927 nüsxə dərslik və dərs vəsaiti mövcüddur.

Fondun həcminə görə universitetin kitabxanası respublika universitet kitabxanaları arasında ikinci yerdədir.

Kitabxana hazırda 4 şöbəsi, 27 əməkdaşı ilə oxuculara xidmət edir. Kitabxananın oxucularının sayı 11299 nəfərdir. 2 ixtisaslaşmış xidmət şöbəsi vardır: dəqiq və humanitar elmləri. Eyni zamanda 3 tədris binasında kitabxana və oxu zalı fəaliyyət göstərir.

Təxminən bütün kitabxana üzrə 230 yerlik oxu zalları oxucuların istifadəsindədir.