шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Korreksiyaedici təlim kafedrası

ADPU-nun Korreksiyaedici təlim kafedrasının müəllimi.

İş telefonu – (994) 12 4657590

e-mail  Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

  Qısa bioqrafik məlumat

1968-ci il iyulun  9- Beyləqan rayonu Dünyamalılar kəndində anadan olub.

1985-ci  ildə Beyləqan rayonu Dünyamalılar kənd  orta məktəbini bitirib. Evlidir. İki övladı  var.

  Təhsili

Tam ali təhsillidir.

1994-ci ildə Bakı Dövlət Universitetini fizik, fizika müəllimi ixtisası üzrə tam ali təhsil kursunu bitirib.

1998-ci ildə  PKİAYHİ-nun  “Praktik psixoloq” ixtisası qzrə tam yenidənhazırlanma  kursunu bitirmişdir.

  Əmək fəaliyyəti

1995-ci ildə Beyləqan Ali Kollecində pedaqoji fəaliyyətə başlamışdır. 1998-ci ildə Beyləqan rayon Təhsil şöbəsində metodist, 2000-ci ildə Beyləqan rayon Təhsil Şöbəsində kadr işləri üzrə inspektor vəzifəsində çalışmış, 2003-cü ildə AR təhsil problemləri İnstitutunda kiçik elmi işçi, 2005-ci ildə “Kurikulum  Mərkəzi”ndə elmi işçi, 2014-cü ildə böyük elmi işçi, 2017-ci ildə baş mütəxəssis vəzifəsinə təyin edilmişdir.

2014-2015-ci tədris ilində  “Məktəbəqədər təhsil, Psixoloji xidmət və Korreksiyaedici təlim” fakultəsinin  “Yaş və  pedaqoji psixologiya” kafedrasında sathesabı yolla müəllim kimi fəaliyyət göstərmişdir.

2016-cı ilin sentyabr ayından etibarən  “Korreksiyaedici təlim” kafedrasında saathesabı yolla müəllim kimi fəaliyyətini davam etdirmişdir. 2018-ci ildə keçirilmiş müsabiqə əsasında həmin kafedraya 5 illik ştat müəllimi vəzifəsinə seçilmişdir.

  Apardığı dərslər

  • İnkluziv təhsil_
  • Xüssusi qayğıya ehtiyacı olan uşaqlar üçün defektoloji xidmətin təşkili
  • İnkişafdan geri qalan uşaqların psixologiyası
  • Əqli gerilik və onun psixokorreksiyası
  • Eşitmə pozğunluqlarının psixokorreksiyası

  Seçilmiş əsərlər

  1. “Şagirdlərdə vətəndaşlıq hissinin tərbiyə olunması”. “Şagirdlərdə vətəndaşlıq hissinin tərbiyə olunması”. “Sənətkar” jurnalı №2, aprel-iyun 2005-ci il.
  2. “Ümumtəhsilin inkişaf etdirilməsində psixodiaqnostikanın rolu” ADPU “Xəbərlər” jurnalı № 5, dekabr 2005-ci il.
  3. Fizika fənni üzrə nümunəvi məktəb kurikulumu Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu. “Məktəb kurikulumları”. Bakı 2015.
  4. “Şagirdlərdə praktik bacarıqların formalaşdırılmasında tədqiqat xarakterli tapşırıqların rolu” “Şagirdlərdə praktik bacarıqların formalaşdırılmasında tədqiqat xarakterli tapşırıqların rolu” Kurikulum jurnalı. Cild 9,№1, 2016.
  5. Ümumtəhsil məktəbləri üçün yeni təhsil proqramları (kurikulumları) üzrə təlim materiallarının təxmini planlaşdırılması Təhsil Problemləri İnstitutu, Bakı-2015
  6. “Təlim prosesində məktəbdaxili qiymətləndirmənin formalasrı”. “Şagird nailiyyətlərinin qiymətləndirilməsi: məzmun və vasitələrin yaradılması problemləri” mövzusunda Beynəlxalq konfrans. Bakı - 2016-cı il.
  7. “Tədqiqatçılıq həyati bacarıqlara yiyələnməyin əsas şərtləndirən biri kimi”. Azərbaycan Məktəbi jurnalı №6, 2016.
  8. “Təhsildə tələbyönümlülük və təklifyönümlülük”. Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu. Standart və kurikulumlar: nəzəri və praktik məsələlər. Bakı 2016.
  9. “Kurikulum anlayışı” . AR Təhsil Problemləri İnstitutu. Standart və kurikulumlar: nəzəri və praktik məsələlər. Bakı 2016.
  10. “Milli kurikulumların xüsusiyyətləri”. AR Təhsil Problemləri İnstitutu. Standart və kurikulumlar: nəzəri və praktik məsələlər. Bakı 2016.
  11. “Təlimin təşkilinin müasir prinsipləri”. Azərbaycanda Təhsil Siyasətinin Prioritetləri: Müasir Yanaşmalar. Beynəlxalq Elmi Konfrans. Naxçıvan şəhəri, 2016-cı il.
  12. “Məzmununun səmərəli reallaşdırılması düzgün planlaşdırmadan asılıdır. Elmi əsərlər. № 6, Bakı 2017
  13. Məntiq və kurikulum (nəzəri məlumat və qarışıq test nümunələri) I hissə. Ərgünəş-FM. Bakı 2018.