шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

Məktəbəqədər təhsilin pedaqogikası və metodikası kafedrası

ADPU-nun Məktəbəqədər təhsilin Pedaqogika  və metodikası kafedrasının dosenti

İş telefonu: (994) 465-75-92

e-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 Qısa bioqrafik məlumat:

Vəliyeva Zenfira İsmayıl qızı  1940-cı ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1948-ci ildə orta məktəbə daxil olub,1958-ci ildə əla qiymətlərlə bitirib.

Ailəlidir,iki övladı var.

Təhsili:

1958-ci ildə V.İ. Lenin  adına ADPU-nun  pedaqogika və psixologiya fakültəsinə daxil olub,1962- ci ildə Fərqlənmə diplomu ilə bitirib.

 Əmək fəaliyyəti:

İnstitutu əla qiymətlərlə bitirdiyi üçün  təyinatı ADPU-nun  pedaqogika kafedrasına müəllim vəzifəsinə verilmişdir. Həmin ildən  hal-hazıra kimi Məktəbəqədər təhsilin pedaqogika və metodikası kafedrasında  müəllim kimi çalışır.

1974-cü ildə  Məktəbəqədər ixtisası üzrə  namizədlik dissertasiyasını müdafiə edib həmin ildə də “Məktəbəqədər pedaqogika” ixtisası üzrə elmlər namizədi adını alıb.1975-ci ildən hal-hazıra kimi həmin kafedrada dosent vəzifəsində çalışıb.

1998-ci ildən Yap-ın üzvüdür.

2011-ci ildən əmək veteranıdır.  100-dən artıq elmi  əsərləri,kitabı, metodik vəsaiti,bakalavr və magistr səviyyəsi üçün proqramlar, tezis və  məqalələrin  müəllifidir.

Hal-Hazırda Azərbaycan Dövlət Pedaqoji Unversiteti üzrə  Elmi Şuranın nəzdində fəaliyyət göstərən”Metodik Şuranın” və Ağsaqqallar Şurasının”üzvüdür. İşlədiyi müddət ərzində  Təhsil Nazirliyi və İnstitutun rəhbərliyi  tərəfindən  bir çox “Təşəkkür”, ”Fəxri Fərman” və “Diplomlar”la təltif olunub.

 Apardığı dərslər:

Məktəbəqər pedaqogikanın müasir problemləri,məktəbəqədər təhsildə müasir pedaqoji texnologiyalar,məktəbəqədər yaşlı uşaqlarda sosial -əxlaq tərbiyə

 

Seçilmiş əsərləri:

1. Məktəbəqədər yaşlı uşaqlarda vətənə məhəbbət hissinin tərbiyə edilməsi.Bakı, "Maarif", 1977

2. Məktəbəqədər yaşlı uşaqların əxlaq tərbiyəsində prinsiplərdən istifadə təcrübəsindən (Metodik göstəriş). Bakı, 1991.

3. Məktəbəqədər yaşlı uşaqların əxlaq tərbiyəsi. Bakı, 2012.

4 . Məktəbəqədər yaşlı uşaqların mənəvi tərbiyəsini şərtləndirən metodlar. BQU “Elmi Əsərlər”Bakı,  2017 №1. 4 s.
5. Məktəbəqədər müəssisələrdə bayram və əyləncələr. BQU,“Elmi Əsərlər”, Bakı, 2017 №2. 4 s.