шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Məktəbəqədər təhsil fakültəsində Fakültə Elmi Şurasının iclası keçirilib

Sentyabrın 6-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU)  Məktəbəqədər təhsil fakültəsində Fakültə Elmi Şurasının genişləndirilmiş iclası keçirilib. İclasda 19 nəfər Şura üzvü və fakültənin professor-müəllim heyəti iştirak edib.

İclası giriş sözü ilə açan Məktəbəqədər təhsil fakültəsinin dekanı, Fakültə Elmi Şurasının sədri pedaqogika üzrə elmlər doktoru Şəhla Əliyeva müəllimləri yeni tədris ili münasibətilə təbrik etib, uğurlar arzulayıb. Eyni zamanda müsabiqə yolu ilə beşillik müddətə seçilən  müəllimləri də təbrik edib.

İclasın gündəliyində olan birinci məsələ 2018-2019-cu tədris ilinin yekunu və 2019-2020-ci tədris ilinə hazırlığın vəziyyəti, qarşıda duran vəzifələr haqqında  Ş.Əliyeva geniş məruzə edib. Geniş müzakirə aparılıb. Ətraflı təhlil olub. Müzakirələrdə professor Müseyib İlyasov, dosent Lamiyə Qurbanova, dosent Tamilla Ağayeva , professor Elmar Hüseynov və başqaları fəal iştirak ediblər.

Elmi Şuranın iclasında adları dəyişilmiş fakültə və kafedraların Əsasnamələri, fakültənin iş planı, fakültə Elmi Şurasının iş planı təsdiq edilib.  

Dosent Allahyar İmanov çıxış edərək dekan müavini olaraq yeni tədris ilinə hazırlıqda öhdəsində olan vəzifələri layiqincə icra etdiyini qeyd edib. Elmi Şuranın iclasında  Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının müdiri, professor Müseyib İlyasov, Ümumi psixologiya kafedrasının müdiri, professor Ramiz Əliyev, Xüsusi təhsil kafedrasının müdiri, dosent Nailə Hüseynova əməkdaşları yeni tədris ilinin başlanması münasibətilə təbrik ediblər və iclasda müzakirə olunan məsələlərə öz münasibətlərini bildiriblər. Yeni tədris ilinə yüksək əhvali-ruhiyyə ilə başladıqlarını bildiriblər.

Sonda cari məsələlər müzakirə olunaraq qərarlar qəbul edilib.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi