шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində dəyirmi masa

İstifadəçi səsi:  5 / 5

Star ActiveStar ActiveStar ActiveStar ActiveStar Active
 

Noyabrın 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin Məktəbəqədər təhsilin pedaqogikası və metodikası kafedrasında “Elmi-tədqiqat işlərinin yazılması qaydaları” mövzusunda bakalavr və magistrantlarla maarifləndirici xarakterli dəyirmi masa keçirilib. Tədbirdə fakültənin  dekanı, pedaqogika üzrə elmlər doktoru Şəhla Əliyeva, kafedra müdiri, professor Müseyib İlyasov, Korreksiyaedici təlim kafedrasının müdiri, dosent Nailə Hüseynova, kafedranın dosenti Şərafət Baxışova, dosent Pərişan Həsənova, bakalavriat səviyyəsində və magistraturada təhsil alan tələbələr iştirak ediblər.

Tədbiri kafedranın müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Vüsalə Əliyeva açaraq dəyirmi masa haqqında iştirakçıları məlumatlandırıb və çıxış üçün sözü fakültənin dekanı Şəhla Əliyevaya verib. Sonra kafedra müdiri, professor Müseyib İlyasov elmi-tədqiqat işlərinin yazılması üçün istifadə olunan metodlar, forma və mərhələlər haqqında məruzə edib.

         Dəyirmi masada çıxış edən professor-müəllimlər tələbə və magistrantların suallarını da cavablandırıbar. Magistrantlara dissertasiyaların yazılma qaydaları haqqında məlumatlandırıcı vərəqlər paylanılıb.

         Dəyirmi masa tələbələrin fəallığı şəraitində keçib.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi