шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində sərgi

Mayın 13-də Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) fakültə təşkilatının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tələbələrin rəsm əsərlərindən ibarət  sərgi keçirilib. Sərgidə nümayiş olunan rəsm əsərləri  müəllim və tələbələr tərəfindən səsvermə yolu  ilə dəyərləndirilib. Sərgidə fakültənin dekanı, kafedra müdirləri, müəllimlər və tələbələr, THİK üzrə sədr müavini  və üzvlər iştirak ediblər.

I, II və III yerin sahibləri diplomlarla mükafatlandırılıblar. Qeyd edək ki, I yeri  1802-ci qrup tələbəsi  Aygün Heydərova, II yeri 401-ci qrup tələbəsi Günay Abdullayeva qazanıblar.  III yeri isə  106–cı qrup tələbəsi Sevil Eyniyeva   ilə 302-ci qrup tələbəsi  Rəhimə Əlizadə  tutublar.

Qaliblərə diplomları fakültənin dekanı, pedaqogika üzrə elmlər doktoru Şəhla Əliyeva, dekan müavini, dosent Allahyar İmanov və kafedra müdirləri təqdim ediblər.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi