шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

Müvəqqəti yaşama icazəsi almaq üçün tələb olunan sənədlər

Nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş ərizə-anket;

 Xarici pasport (pasportun etibarlılıq müddəti verilməsi nəzərdə tutulan müvəqqəti yaşama icazəsinin müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır);

  Xarici pasportun surəti (2 ədəd);

  Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama hüququ verən sənədin surəti (2 ədəd);

 Beynəlxalq Tibb Mərkəzi (International Medical Centre) (Bakı şəhəri, Nərimanov rayonu, A.Molla Cümə küç.11”B”) və ya Respublika Diaqnostika Mərkəzi (Bakı şəhəri, Tbilisi prospekti 3166) tərəfindən verilən tibbi arayışlar (ümumi sağlamlıq, QIÇS, Hepatit B,C viruslarının olmamasına dair);

  2 ədəd 3x4 ölçüdə foto şəkil;

 əcnəbi tələbələr müvəqqəti yaşayış üçün mənzilə qeydiyyata alınarkən ev sahibinin razılıq ərizəsi, ev sahibinin şəxsiyyət vəsiqəsinin surəti, mənzilin qeydiyyat sənədinin surəti (hər üç sənəd notarial qaydada təsdiq olunmalıdır);

  ADPU-da təhsil alan əcnəbi tələbələrin ailə üzvləri (ər və ya arvad) yuxarıda qeyd olunan sənədlərlə yanaşı, nikah şəhadətnaməsinin tərcümə olunmuş variantının notarial qaydada təsdiqini təqdim etməlidir.

 dövlət rüsumunun ödənilməsi barədə sənəd.

Qeyd: Dövlət rüsumunun ödənilməsi barədə sənəd Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə təqdim edildiyi zaman verilir.