шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Namazəliyeva Səkinə Tyutor

ADPU-nun Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim  fakültəsinin tyutoru

İş telefonu: (994) 124657591

Təhsili: Bakalavr (2004-2008)

              Magistr   (2008-2010)

              Dissertant (2013-2014-cü tədris ilindən)

E-mailBu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

QISA  BİOQRAFİK  MƏLUMAT

1986-cı il iyul ayının 24-də Füzuli rayonunun Horadiz kəndində  anadan olub. 1993-cü ildə Bakı şəhəri Xətai rayonu 191 saylı orta ümumtəhsil məktəbin birinci sinfinə gedib. 2004-cü ildə Bakı şəhəri Sabunçu rayonu 75 saylı orta məktəbi bitirib. Elə həmin ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqoji fakültəsinə qəbul olub. 2008-ci ildə bakalavr təhsilini başa vurub və magistraturaya qəbul olub. 2010-cu ildə magistr təhsilini başa vurub. 2011-ci ildən ADPU-nun Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim  fakültəsində tyutor vəzifəsində çalışır.

TƏHSİLİ, ELMİ  DƏRƏCƏSİ VƏ ELMİ ADLARI

2008-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqoji fakültəsini bitirib. Həmin ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqoji fakültəsinə "İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisaslaşması üzrə Azərbaycan dili və onun tədrisi metodikası  kafedrasının magistratura pilləsinə daxil olmuşdur. 2010-cu ildə “İbtidai siniflərdə üslubiyyat üzrə işin məzmunu” mövzusunda dissertasiya işi müdafiə edərək magistr dərəcəsi almışdır. 2013-2014-cü tədris ilindən ADPU-nun “Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi” ixtisası üzrə dissertantıdır.

ƏMƏK FƏALİYYƏTİ                        

2004-2008 Azərbaycan  Dövlət Pedaqoji Universiteti, bakalavr

2008-2010 Azərbaycan Dövlət Pedaqoji Universiteti, magistr

2011-ci il martın 7-dən ADPU-nun Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim  fakültəsinin tyutoru

2013-2014-cü tədris ilindən ADPU-nun “Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi” ixtisası üzrə dissertant