шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Riyaziyyat və informatika fakültəsində “Elm günü” ilə bağlı tədbir keçirilib

Martın 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Riyaziyyat və informatika fakültəsində “Elm günü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2018-ci il tarixli Sərəncamına uyğun olaraq  tədbir keçirilib. Tədbirdə Riyaziyyat və informatika fakültəsinin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

[gallery ID=264]

Tədbiri giriş sözü ilə fakültənin dekan müavini, dosent Allahverdi Cəfərov açıb. Tədbirə dəvət olunmuş Azərbaycan Milli Elmlər Akademiyasının Mexanika və Riyaziyyat İnstitutunun professoru Məmməd Bayramoğluna və Bakı Dövlət Universitetinin professoru Hamlet Quliyevə söz verilib. Hər iki alim geniş və məzmunlu çıxış ediblər. Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi