шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

SABAH qruplarının tələbələrinin Müəllimlik üzrə Bilik Yarışı başa çatıb

Yanvarın 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) daxil olmuş müvafiq məktuba əsasən SABAH qruplarının tələbələrinin Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyinə həsr olunan Müəllimlik üzrə Bilik Yarışının (MBY) I mərhələsi fevralın 27-də keçirilib. Həmin yarışda qeydiyyatdan keçən 431 nəfər tələbədən 387 nəfər tələbə MBY-nin I mərhələsində iştirak edib. Məlumat üçün bildirək ki, MBY-nin I mərhələsində BDU-nun 265 nəfərə tələbəsi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 90 nəfər tələbəsi, Azərbaycan Dillər Universitetinin (ADU) 19 nəfər tələbəsi, Bakı Slavyan Universitetinin (BSU) 6 nəfər tələbəsi, Azərbaycan Texniki Universitetinin (AzTU) 7 nəfər tələbəsi iştirak edib. 97 nəfər  tələbə I mərhələdən uğurla keçib. BDU-nun 46 nəfər tələbəsi, ADPU-nun 46 nəfər tələbəsi, ADU-nun 4 nəfər tələbəsi, BSU-nun 1 nəfər tələbəsi II mərhələyə keçid hüququ qazanıb.  

Martın 13-də  ADPU-da MBY-nin II və final mərhələsi təşkil olunub. II mərhələdə 92 nəfər tələbə iştirak edib. 14 nəfər tələbə finalda iştirak etmək hüququ qazanıb. Onlardan 8 nəfəri BDU-nun, 6 nəfəri isə ADPU-nun tələbəsidir.

Həmin gün MBY-nin final mərhələsi yazılı şəkildə keçirilib və qaliblər müəyyən edilib. I yerə BDU-nun “Psixologiya” ixtisasının II tədris ili tələbəsi Mərziyyə Əzməmmədova, II yerə ADPU-nun “İbtidai sinif müəllimliyi” ixtisasının III tədris ili tələbəsi Çərkəz Kərimova, III yerə BDU-nun “Kimya müəllimliyi” ixtisasının II tədris ili tələbəsi Flora Bayramova layiq görülüblər.

Qeyd edək ki, qaliblərə BDU-da keçiriləcək mükafatlandırma mərasimində hədiyyə və sertifikatlar təqdim ediləcək.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi