kadrhazrlgezgifcom-gif-maker_7.webp

ELM VƏ KADR HAZIRLIĞI

Müstəqil Azərbaycanda milli təhsil quruculuğundan danışarkən ümummilli lider Heydər Əliyev demişdir ki, “Dövlət müstəqilliyinin xalqımıza bəxş etdiyi nemətlərdən biri də odur ki, biz artıq təhsil sistemimizi xalqımızın, millətimizin tarixinə, mənəviyyatına, ənənələrinə uyğun qururuq. Doğrudur, bu proses çox mürəkkəb prosesdir. Bu proses qısa müddətdə başa çata bilməyəcəkdir. Bu gün təhsil sahəsində çalışan bütün vətəndaşlara, müəllimlərə, təhsil müəssisələrinin rəhbərlərinə müraciət edərək xahiş edirəm ki, onlar tezliklə təhsil sistemində işlərin müstəqil Azərbaycanın prinsipləri əsasında qurulmasına nail olsunlar”...

Yüksək səviyyədə inkişaf etmiş ölkələrin rəqabətlilik indeksi üzrə üstünlüyü başlıca olaraq təhsilin səviyyəsi ilə müəyyənləşən insan potensialının inkişafı ilə birbaşa bağlıdır. Hazırda ölkəmizin bütün sahələrində olduğu kimi, təhsil sahəsində də sürətli dəyişikliklər baş verir. Azərbaycanın vahid Avropa ali təhsil məkanına inteqrasiyası, bir tərəfdən, tədris-təhsil modellərinin müasir tələblərə uyğunlaşdırılması, digər tərəfdən isə, Azərbaycanın formalaşmış ənənəvi təhsil sisteminin etik-mədəni özünəməxsusluğunun saxlanmasını bir zərurət kimi irəli sürür. Bu məqsədlə təhsil sisteminin bütün sahələrində vəziyyətin təhlili, mühüm faktorların nəzərə alınması qloballaşma proseslərinin intensivləşdiyi şəraitdə Azərbaycanın ali təhsil sisteminin modernləşdirilməsinin əsas təməli oldu.

Təhsil xərclərinin ilbəil artması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsili dövlət siyasətinin əsas prioritetlərindən biri hesab etməsi ilə birbaşa bağlıdır. Prezident bununla bağlı belə deyir: “Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik”.

Son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla apardığı sosial siyasət müəllimlərin sosial vəziyyətinin daim diqqətdə saxlanılaraq daha da yaxşılaşdırılmasına geniş imkanlar açır. Ölkəmizin dinamik və davamlı inkişaf edən iqtisadi potensialı bunu həyata keçirməyə real zəmin yaradır.

Azərbaycanda pedaqogika elminin inkişafını şərtləndirən, onun inkişafını təmin edən əsas amillərdən biri də elmi-pedaqoji kadr hazırlığıdır. Elmi-pedaqoji kadr hazırlığının əsas məqsədi təhsil işçilərinə pedaqogika, didaktika, psixologiya, inklüziv təhsil, bütövlükdə təhsilşünaslıq üzrə yenilikləri çatdırmaqla, təhsilin elmi əsaslar üzrə təşkili və idarə olunmasını təmin etmək, ali məktəblərin professor-müəllim heyətinin peşəkarlıq səviyyəsini yüksəltməkdən ibarətdir. Ali təhsil islahatının yaxın və uzaq perspektivdə həyata keçirilməsi keyfiyyəti elmi-pedaqoji kadrların hazırlanmasından asılıdır. Buna görə də elmi-pedaqoji kadrların hazırlanması üçün lazımi şərait yaradılır, professor-müəllim heyətinin yeniləşməsinə və gəncləşməsinə diqqət yetirilir. Nəticədə təhsil sahəsində çalışan professor-müəllim heyətinin peşəkarlıq səviyyəsi yüksəlir.

 

 

1921-Cİ İLDƏN TƏHSİLİMİZİN KEŞİYİNDƏ...

Müəllimlik şərəfli peşədir.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search