шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

“Sosial iş” ixtisası üzrə III tədris ilinin tələbəsi Ramazan Dəmirov diplomla təltif olunub

Mayın 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və coğrafiya fakültəsinin  “Sosial iş” ixtisası üzrə III tədris ilinin Si-310-cu qrup tələbəsi tələbəsi Ramazan Dəmirov mükafata layiq görülüb. Əsasən mədəniyyət və incəsənət sahəsi üzrə baş tutmuş “Caspian Awards" mükafatlandırma mərasimində Ramazan Dəmirov “Avand Production” tərəfindən “İlin ən perespektivli modeli” nominasiyası üzrə diplomla təltif olunub.

"Park İnn" oteldə gerçəkləşən maraqlı qala gecəsi ənənəvi qırmızı xalı mərasimi ilə başlayıb. İncəsənət xadimləri, görkəmli şəxslər, idmançılar, aktyorlar, iş adamları kimi nüfuzlu insanlar gecədə iştirak ediblər. Xalı üzərindən keçən məşhurlar daha sonra təltifetmə mərasimində iştirak ediblər. Layihə rəhbərləri Ayaz Məmmədov və Tural Ələkbərov olan “Caspian Awards” mükafatlandırma mərasiminin keçirilməsində əsas məqsəd müxtəlif peşə sahiblərinə motivasiya vermək və bir yerə toplayaraq geniş ictimaiyyətə təqdim etməkdir.

Mükafatlandırma mərasimində il ərzində fərqlənən, yadda qalan və daha çox izlənilən, mədəni və ictimai fəaliyyəti ilə fərqlənən şəxslər təltif edilib. "Caspian Awards" mükafatlandırma gecəsində millət vəkili Jalə Əliyeva, Xalq artisti, rejissor Vaqif Əsədov, Əməkdar artist Rəşad İlyasov, TREND İnformasiya Agentliyinin jurnalisti Vüqar İmanov, teleaparıcılar Hacı Nuran Hüseynov və Zümrüd Bədəlova, MMA döyüşçüsü Nəriman Abbasov, şou ulduzlardan Günay İbrahimli, Oksana Rəsulova, Niyam Səlami, Dilarə Kazımova, İzzət Bağırov, Qurd və başqa tanınmış şəxslər gecədə iştirak edərək mükafatlarını əldə ediblər. Mükafatlandırma mərasimin aparıcısı Əməkdar artist Elnur Kərimov, informasiya dəstəyi isə Trend.az, Day.az, Milli.az, Azernews.az olub.

Onu da qeyd edək ki, R.Dəmirov bu il aprelin 24-də Gürcüstanda keçirilmiş “Men of the World” yarışmasında “Mister Elegant” adına da layiq görülüb.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi