шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

Elm və İnnovasiyalar şöbəsi

Elm və İnnovasiyalar şöbəsi

Əsasnamə

  1. 1. Ümumi müddəalar

1.1. "Elm və innovasiya" şöbəsi ADPU-da elmi-tədqiqat işlərinin planlaşdırılmasını, yerinə yetirilməsini və nəticələrinin istehsalatda və tədris prosesində tətbiq olunması haqqında hesabatların tərtib olunmasını, elmi və elmi-pedaqoji kadrların attestasiyasını, müzakirədən keçirilməsini, müasir elmi-innovativ metodların tədqiqat prosesində və təhsil sistemində tətbiqini təşkil edən struktur bölməsidir.

1.2. Şöbənin ştat cədvəli onun qarşısında qoyulan vəzifələrin xarakteri, məzmunu və həcmindən asılı olaraq hər təqvim ili üçün Elmi işlər üzrə prorektorun təqdimatı əsasında rektor tərəfindən təsdiq edilir.

1.3. Şöbənin fəaliyyəti dekanlıqlar, kafedralar, tədris hissəsi və beynəlxalq əlaqələr şöbəsi, elmi-tədqiqat mərkəzi və laboratoriyaları, ixtisaslaşdırılmış şuralar, elmi katiblik, kadrlar, nəşriyyat şöbəsi, kitabxana ilə bağlıdır və şöbə ilə sadalanan bölmələrin qarşılıqlı münasibətləri onların əsasnamələri, ADPU-nun Nizamnaməsi, rektorun əmr və sərəncamları və bu əsasnamə ilə tənzimlənir.

  1. 2. Şöbənin vəzifələri

2.1. Şöbənin əsas vəzifələri aşağıdakılardır:

- tədqiqatların prioritet elmi-innovativ  istiqamətlərini formalaşdırmaq üçün kafedra və laboratoriyalardan nəzəri və praktiki əhəmiyyət kəsb edən, aktual mövzuları özündə əks etdirən birillik, beşillik planlara mühüm elmi-tədqiqat və innovasiya  işlərinin daxil edilməsi üzrə təkliflərin toplanması, və Elmi Şurada müzakirəyə hazırlanması;

- respublikanın və xarici ölkələrin təhsil, elm və innovasiya mərkəzləri ilə birgə elmi-tədqiqat və innovasiya  işlərinin aparılması proqramlarında, qrant və layihələrində iştirak etmək üçün təkliflərin toplanması və müzakirəyə çıxarılması;

- qrantlar, layihələr, proqramlar, dövlət vəsaitləri, təsərrüfat hesablı müqavilələr əsasında maliyyə vəsaiti cəlb edərək universitetdə elmin maddi-texniki bazasının formalaşdırılması və inkişaf etdirilməsi;

- ADPU əməkdaşlarının beynəlxalq səviyyəli jurnallarda məqalələrinin çapı ilə bağlı informasiya verilməsi;

- Azərbaycan Dövləti və Beynəlxalq təşkilatlar tərəfindən elan olunan elmin inkişafı ilə bağlı keçirilən elmi-innovativ konfrans, seminar, simpozium, treyninqlərdə və bu kimi digər tədbirlərdə ADPU əməkdaşlarının iştirakı məqsədilə bu barədə onların mütəmadi məlumatlandırması və məsləhət verilməsi;

- başa çatmış elmi-tədqiqat və innovasiya işlərini ümumiləşdirərək «pedaqoji, təbiət, texniki, ictimai və humanitar elmlər sahəsində əldə edilmiş mühüm nəticələr» haqqında illik məcmuələrin hazırlanması;

- yerinə yetirilmiş elmi-tədqiqat və innovasiya işləri haqqında ADPU-nun illik hesabatlarının hazırlanması;

- təhsil, elm və innovasiya mərkəzləri ilə qarşılıqlı əməkdaşlıq haqqında sazişlərin bağlanmasına hazırlıq işlərinin yerinə yetirilməsi, bağlanmış sazişlər çərçivəsində ADPU-nun öz üzərinə götürdüyü öhdəliklərin müvafiq struktur bölmələri tərəfindən vaxtında yerinə yetirilməsinə nəzarət edilməsi;

- elmi-tədqiqat və innovasiya işlərinin mühüm nəticələrindən istehsalatda və tədris prosesində istifadə edilməsi üzrə müvafiq təkliflərin hazırlanması və yayılması;

- yeni cihaz və texnologiyanın işlənməsi və istehsalatda tətbiq olunması haqqında sifarişçi təşkilatlardan daxil olan təkliflərin toplanması və təsərrüfat müqavilələrin bağlanması üçün müvafiq hazırlıq işlərinin yerinə yetirilməsi;

- yerinə yetirilmiş elmi-tədqiqat və innovasiya işlərinin dövlət qeydiyyatına alınmasının və başa çatdırılmış elmi-tədqiqat və innovasiya işləri haqqında hesabatların müvafiq qaydada hazırlanmasının təşkili:

- professor-müəllim heyyətinin, mühəndis-texniki personalın, elmi dərəcələrin iddiaçılarının, maqistrantların və tələbələrin ADPU-dan kənarda keçirilməsi planlaşdırılan elmi forumlar haqqında məlumatlarla tanış olmasının və əməkdaşların bu forumlarda iştirak etməsinin təşkil edilməsi;

- ADPU-nun tələbələrinin və maqistrantlarının elmi fəaliyyətə cəlb edilməsinin və doktorantların və gənc tədqiqatçıların elmi fəaliyyətinin gücləndirilməsinə yönəldilən tədbirlərin hazırlanıb həyata keçirilməsinin təşkil edilməsi;

- ADPU -nun elmi və innovasiya nailiyyətlərinin təbliğinin təşkili (elmi simpozium,  seminar, konfranslar, elmi nəşrlər, sərgi və s.);

- ADPU-da keçirilən konfransların materiallarının və aktual mövzulara həsr olunmuş elmi topluların nəşrə hazırlanmasının və yayılmasının təşkil edilməsi;

- ADPU-da müxtəlif istiqamətlər üzrə mütəxəssis hazırlığının keyfiyyətinin yüksəldilməsində xüsusi əhəmiyyəti olan və öz aktuallığı ilə seçilən elmi-texniki və innovativ  problemlərin həllinə həsr olunmuş ənənəvi tələbə və maqistrant, elmi dərəcələrin iddiaçılarının və mütəxəssislərin tədbirlərinin təşkil edilməsi;

- ADPU əməkdaşlarının innovasiya materialları və texnologiyalarının və ideyaların patentləşdirilməsi üzrə müvafiq müəlliflik hüququnu təsdiq edən rəsmi sənədlərin alınması işlərinin təşkil edilməsi;

- elmi və mühəndis-texniki işçilərin müvafiq qaydada attestasiyasının keçirilməsi işlərinin təşkil edilməsi;

- şöbənin strukturunun təkmilləşdirilməsi, elmi-tədqiqat laboratoriyalarının elmi istiqamətlərinin və adının dəyişdirilməsi, ekspedisiyaların təşkili, yeni elmi-tədqiqat laboratoriyalarının yaradılması və ləğv edilməsi haqqında təkliflərin toplanması və Elmi Şuranın müzakirəsinə hazırlanması;

- açıq mətbuatda çap etdirilməsi nəzərdə tutulan elmi-tədqiqat materiallarının qeydə alınması və patentləşdirilməsi predmeti baxımından ekspertizadan keçirilməsinin təşkili;

- innovasiya və ixtiraların patentləşdirilməsi ilə əlaqədar müəlliflərə məsləhətlərin, metodiki göstərişlərin verilməsi, lazım olan hüquqi sənədlərin və innovasiya  materiallarının müəlliflərlə birlikdə hazırlanması və patent ekspertizası mərkəzinə təqdim olunması;

- innovasiya və ixtiralar üzrə müəlliflik hüququnun üçüncü tərəfə verilməsi ilə əlaqədar lisenziya müqavilələrinin hazırlanması;

- tələbə elmi cəmiyyəti Şurası ilə birlikdə tələbələrin olimpiadalara və digər yarışlara hazırlanması;

- elmi-tədqiqat laboratoriyalarında ADPU-nun daxili intizam qaydalarına riayət olunmasına nəzarətin təşkil edilməsi.

3.Şöbənin fəaliyyətinin təşkili

3.1. Şöbənin fəaliyyətinə bilavasitə rəhbərlik Elmi işlər üzrə prorektor tərəfindən həyata keçirilir.

3.2. Şöbənin fəaliyyəti Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik aktlarına, Nazirlər Kabinetinin qərarları ilə təsdiq edilmiş əsasnamələrə, Təhsil Nazirliyinin müvafiq əmr və sərəncamlarına, ADPU-nun Nizamnaməsinə, Elmi Şuranın qərarlarına, rektorun əmr və sərəncamlarına və bu əsasnaməyə uyğun təşkil edilir..

Əsasnamə – 5 səhifədən  və 3 bölmədən ibarətdir.