шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

Dədə Qorqud ETL

 

Tarixi

Dədə Qorqud” elmi-tədqiqat mərkəzi (laboratoriya­sı) ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə məhz “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyi ərəfəsində ya­radılmışdır. 1997-ci il 20 aprel tarixli Prezident fərmanından sonra respublikanın hər yerində olduğu kimi, universitetimizdə də yubileyə hazırlıq işləri başlanmış və ali təhsil ocaqları ara­sında ilk irimiqyaslı elmi konfrans məhz ADPU-da təşkil olun­muşdur. Bütün fakultələrdə “Dədə Qorqud” dərsləri keçilmiş, elmi məcmuələr, toplular çap edilmişdir. Görülən tədbirlərin ən mühümü isə 2000-ci ilin dekabr ayında “Dədə Qorqud elmi-tədqiqat mərkəzi”nin (laboratoriyası) yaradılması olmuşdur. İctimai elmlər sahəsi üzrə uzun illər fəaliyyət göstərən üç problem laboratoriyasının bazası əsasında təşkil edilən “Dədə Qorqud elmi-tədqiqat mərkəzi”nin ilk rəhbəri prof. Buludxan Xəlilov olmuşdur.

2011-ci ilin oktyabrından mərkəzə prof. Ramazan Qafarlı rəhbərlik edir.

Elmi fəaliyyət

“Dədə Qorqud elmi-tədqiqat mərkəzi”ndə dünya mədəniyyətinin şah əsərlərindən sayılan “Kitabi-Dədə Qor­qud” eposu, qədim türk yazılı abidələri və folkloru bir neçə istiqamətdə hərtərəfli araşdırılır.  
Mərkəz müvafiq olaraq üç bölməyə ayrılır. “Onamastika, di­alektologiya, etimalogiya” bölməsinə uzun illər AMEA-nın müxbir üzvi, prof. A.Qurbanov rəhbərlik etmişdir. Hazırda bölmədə dörd elmi işçi (A.Əliyeva, B.Məmmədov, M.Seyidov, Ə.Cəfərov) və iki böyük laborant (G.Balayeva, M.Əliyeva) çalışırlar. 1990- cı ildə R.Qafarlının rəhbərliyi ilə yaradılmış “Folklorşünaslıq” problem laboratoriyasının bazası əsasında 1997-ci ildə “Folklor, etnoqrafiya, mifologiya” bölməsi təşkil edildi. Bölməyə əvvəl prof. M.Həkimov, sonra isə prof. P.Əfəndiyev rəhbərlik et­mişdir. Bölmədə iki böyük elmi işçi (P.Hüseynova, X.Əliyeva), iki kiçik elmi işçi (A.Əliyev, Ş.Allahverdiyeva), bir böyük laborant (Ü.İsmayılova) işləyir. Pedaqogika, psixologiya, fəlsəfə” bölməsinə son illərədək prof. F.Rüstəmov rəhbərlik etmişdir. Bölmədə bir baş elmi işçi (Oqtay Pza), üç kiçik elmi işçi (T.Əsgərova, M.Sərdarova, S.Məmmədova), beş böyük labo­rant (S.Muradova, N.İsmayılova, N.Qurbanova, G.Mehdizadə) fəaliyyət göstərirlər. Son iki ildə bölmə əməkdaşları “Dədə Qorqud” dastanında tərbiyə məsələlərini araşdırırlar. 
Mərkəzin əməkdaşları ümumilikdə 400 ç/v həcmində elmi-tədqiqat işi yazmış, 40 adda kitab, kitabça, metodik göstəriş, məqalə və tezis çap etdirmişdir. 
“Dədə Qorqud” elmi-tədqiqat mərkəzinin təşəbbüsü ilə 2001-ci ildə I Türkoloji qurultayın 75 illik yubileyi Respublika səviyyəsində keçirilmişdir. Mərkəzin əməkdaşları beynəlxalq elmi konfranslarda məruzələr oxumuş, onların məqalələri respublika­mızda və xarici ölkələrdəki elmi dərgilərdə dərc olunmuşdur.

2000-ci ildən başlayaraq universitetdə “Dədə Qorqud” məcmuəsi nəşrə başlamış və bu günədək 28 bu­raxılışı işıq üzü görmüşdür. 2012-ci ildən kollektiv dərginin adını dəyişmək məcburiyyətində qaldı. Ona görə ki, AMEA-nın Folklor İnstitu­tunda fəaliyyət göstərən “Dədə Qorqud” şöbəsinin nəşr etdirdi­yi toplu da “Dədə Qorqud” adlanırdı. Yeni dərginin adı isə “Dədə Qorqud araşdırmaları” olmuşdur. 2012-ci ildən bu adda iki kitab çap olunmuş və üçüncüsü isə çapdadır