шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

Koordinasion birləşmələr ETL

 

Tarixi

Laboratoriya 1989 – ci ildə Təhsil Nazirliyinin əmri əsasında Analitik və fiziki kimya kafedrasının nəzdində yaradılmışdır. Bu  elmi – tədqiqat laboratoriyası yarandığı dövürdən bu günə qədər analitik kimyanın müasir problemlərindən bəhs edən praktik məsələlərin həlli ilə məşğul olmuşdur.

“Koordinasion birləşmələr ” elmi – tədqiqat laboratoriyasının əsas tədqiqat obyekti ‘‘Tərkibində kukurd və azot olan liqandlarla metalların üçkomponentli kompleksləri və onların müxtəlif obyektlərdə həmin metalların analizində tətbiqi‘‘ olmuşdur.  Laboratoriyada  kukurd və azottərkibli liqandlar sintez olunmuş və bəzi d – keçid elementlərlə (nikelin, dəmirin, müxtəlif oksidləşmə dərəcələrində olan vanadiumun, molibdenin, volframın, misin, kobaltın və titanın ) kompleks əmələgəlmə reaksiyaları fotometrik və ekstraksiyalı- fotometrik tədqiq edilərək  analitik praktikaya tətbiq edilmişdir.

Elmi fəaliyyət

Laboratoriya əməkdaşlarının apardığı tədqiqatların nəticələri çoxsaylı elmi məqalələr şəklıində xarici ölkələr  və respublika elmi mətbuatında çap olunmuşdur. “Koordinasion birləşmələr ” elmi – tədqiqat laboratoriyasının elmi əlaqələri həm xarici ölkə, həm MDB ölkələri, həm də respublika daxili elmi müəssələrini əhatə edir. Laboratoriya əməkdaşlarının 1989 – cu ildən bəri apardığı elmi tədqiqat işlərinin nəticələri 200 - ə qədər elmi məqalə və 20 – yə qədər dərslik və dərs vəsaiti şəkilində çap olunmuşdur