шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

Nadir torpaq metalları materialları fizikası ETL

Tarixi

Azərbaycana bu sahədə olan tədqiqat işlərini ilk dəfə prof.M.İ.Murquzov gətirmiş və bu baza əsasında Laboratoriya tətbiq xarakterli tədqiqat işlərini tənzimləmək, professor-müəllim heyəti, doktorantları, magistrləri və tələbələri elmi işə fəal cəlb etmək məqsədi ilə Elektrik və optika kafedrasının bazasında 1989-cu ildə yaradılmışdır. Laboratoriyanın əsas elmi istiqaməti NTM-nın iştirakı ilə AIVBVI –qrup yarımkeçirici birləşmə və onların bərk məhlullarının alınması, kinetik xassələrinin və elektron quruluşunun "Elektron konfiqurasiyası modeli" əsasında elmi izahını verməklə bərabər praktik əhəmiyyət kəsb edən tərkibləri müəyyən etmək, tətbiqini tövsiyə etməkdir.

Elmi fəaliyyət

Laboratoriyada nadir torpaq metallarının iştirakı ilə yeni materialların alınması, onların fiziki–kimyəvi xassələrinin formalaşmasının elektron təbiəti problem mövzusu üzrə elmi-tədqiqat işi aparılır. Aparılan elmi-tədqiqat işlərinin nəticəsində 120-dən çox yeni yarımkecirici material alınmış və onların kompleks fiziki-kimyəvi xassələri öyrənilmişdir. Bu sahə ilə bağlı 5 monoqrafiya və 100-dən çox məqalə yaxın və uzaq xaricdə nəşr olunmuş və beynəlxalq konfranslarda məruzə edilmişdir.

Xarici əlaqələr