шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

Pedaqoji təhsilin problemləri ETL

 

Tarixi

Azərbaycan hökuməti və dünya Bankının Beynəlxalq İnkişaf Assosasiyası arasında bağlanmış birgə layihəsinin əsas istiqamətlərindən biri olan “Müəllim hazırlığı” alt komponenti çərçivəsində “İbtidai sinif müəllimi hazırlığı üzrə kurikulum”un pilot ali məktəb kimi ADPU-nun Pedaqoji fakültəsində tətbiqi nəzərdə tutulmuşdur. Bu məqsədlə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 17 dekabr 2007-ci il tarixli 1260  nömrəli və ADPU-nun Elmi Şurasının 04 oktyabr 2007-ci il tarixli 4 nömrəli qərarı ilə Pedaqoji fakültənin nəzdində “Pedaqoji təhsilin problemləri” Elmi-tədqiat laboratoriyası yaradılmışdır. Elmi-tədqiqat laboratoriyasına:

  • 04 oktyabr 2007-ci ildən 15 oktyabr 2011-ci ilədək pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi Fərrux Rüstəmov;
  • 15 okytabr 2011-ci ildən 15 oktyabr 2013-cü ilədək pedaqogika üzrə fəlsəfə doktoru, dosent Bəhruz Nəsirov;
  • 15 oktyabr 2013-cü ildən may 2015-ci ilədək  t.e.d., professor, Rusiya Dövlət Təhsil Akademiyasının xarici üzvü, Əməkdar müəllim Abdulla Mehrabov rəhbərlik etmişlər;
  • 05 yanvar 2016-cı ildən  pedaqogika üzrə fəlsəfə doktoru, dosent Novruzova Gülşən Fəxrəddin qızı rəhbərlik edir. 

“Pedaqoji təhsilin problemləri” elmi-tədqiqat laboratoriyasının məqsədi pedaqoji təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir beynəlxalq təcrübə və milli ənənələr əsasında onun məzmununun və strukturunun yeniləşdirilməsi, pedaqoji təhsil sistemində yeni texnologiyaların, innovasiyaların həyata keçirməsi ilə yanaşı, ali pedaqoji təhsillə bağlı aparılan elmi tədqiqatların koordinasiya mərkəzi rolunu da oynaması məqsədəmüvafiq hesab edilmişdir. Laboratoriyada 1 nəfər elmi işçi (Xuraman Nağızadə), 4 nəfər  kiçik elmi işçi (Zülfiyyə Vəliyeva, Turan Zamanova, Sevinc Kərimova,Təkminə Cabbarova), 1 nəfər böyük laborant (vakant)  fəaliyyət göstərir.

Elmi fəaliyyət

"Pedaqoji təhsilin problemləri" laboratoriyasının məqsədi pedaqoji təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir beynəlxalq təcrübə və milli ənənələr əsasında onun məzmununun və sturukturunun yeniləşdirilməsi, pedaqoji təhsil sistemində yeni texnalogiyaların, innovasiyaların tətbiqinin təmin olunmasını həyata həyata keçrməklə yanaşı, ali pedaqoji təhsillə bağlı elmi tədqiqatların koordinasiya mərkəzi rolunu da oynaması nəzərdə tutulmuşdur.

Xarici əlaqələr