шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

Yeni bioloji aktiv birləşmələr ETL

 

Tarixi

Yeni bioloji aktiv birləşmələr” Elmi-tədqiqat laboratoriyası 02.10.1989-cu il tarixindən fəaliyyətə başlamışdır.ETL yarandığı zamandan 2004-cü ilə kimi elmi rəhbər vəzifəsini prof. R.Q.Ələkbərov, ETL-in  müdiri vəzifəsini isə dos. V.S.Həsənov  yerinə yetirmişdir. Prof. R.Q.Ələkbərov 200-dən artıq elmi əsərin -10 dərs vəsaiti, 6 patent, 35 müəlliflik şəhadətnaməsı,12 fənn proqramı və s.  müəllifi olmuşdur. 2004-cü ildən 2011-ci ilin dekabr ayına kimi dos. V.S.Həsənov ETL-ə elmi rəhbərlik və müdir vəzifəsini ictimai əsaslarla yerinə yetirmişdir.Hal-hazırda ETL-in müdiri vəzifəsini  k.ü.f.d. R.S.Məmmədova icra edir. ETL-də 1 böyük elmi işçi İ.A.Cəfərov, 1 kiçik elmi işçi P.Ş.Ələsgərova, 2 baş laborant S.K.Rəhimova və L.F.Zeynalova,  laborant S.R.Məmmədova  fəaliyyət göstərir. ETL-də elmi-pedaqoji fəaliyyət göstərmiş bir sıra əməkdaşlar isə digər sahələrdə uğurla çalışmaqdadırlar. Məs., ETL-in sabiq əməkdaşlarından dos.V.S.Həsənov fakultənin dekanıdır. N.Ə.Şirinova  AİU-nun dosentıdir və s.

Qeyd etmək lazımdır ki, 2009-cu ildə   Ulu Öndər H.Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr edilmiş “Kimya və ekologiyanın aktual problemləri” mövzusunda Respublika Elmi konfransının təşkili ETL-in fəaliyyət dövründəki parlaq səhifələrdən biridir.Universitet və fakültə rəhbərliyinin dəstəyi ilə təşkil edilən konfransda ETL-in və “Üzvi kimya və kimya texnologiyası” kafedrasının əməkdaşları Universitetlərin və AMEA-nın uyğun sahələrdə ixtisaslaşan İnsititutlarının müvafiq kafedra və ETL-lərinin əməkdaşları ilə birlikdə ölkəmizdə və dünyada kimya və ekologiya sahə­sində mövcud olan bir sıra problemlərin araşdırılaraq təhlil edilməsinə nail oldular. Konfransın təşkilində ETL-in əməkdaşlarından k.ü.f.d R.S.Məmmədova təşkilatçı, b.e.i.İ.A.Cəfərov dərc edilən konfans materialının redaktoru, S.K.Rəhimova isə ən yaxın köməkçi kimi intensiv və uğurlu fəaliyyət göstərdilər. Təşkil edilən konfrans ETL-in Respublikanın elmi arenasın­da özünəməxsus rolunun olduğunu aşkarladı. Bu istiqamət 23-24 aprel 2013-cü il tarixli, Ümummilli lider Heydər Əliyevin 90 illik Yubileyinə həsr olunmuş “Ekoloji problemlər və ekoloji təhsil” mövzusunda Respublika Elmi konfransının təşkilində ETL-in əməkdaşlarının yaxından iştirakı ilə daha da inkişaf etdirildi.K.ü.f.d R.S.Məmmədova təşkilat komitəsinin üzvü və bölmə rəhbəri kimi fəaliyyət göstərdi.

ETL-in əməkdaşları eyni zamanda elm və təhsil sahəsi ilə əlaqəli Beynəlxalq və Respublika səviyyəli müxtəlif treninqlərdə uğurlu iştiraklarına görə  sertifikatlar əldə etmişlər.