шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

UNİVERSİTET

Elanlar

“İngilis dilində dinləmə və danışma” kursları

Xarici Dillər Mərkəzi

elan edir

ADPU-nun  I kurs tələbələrinin nəzərinə

01.10.2019-cu il tarixindən

həftənin II və IV günləri

saat 13:30-dan 14:30-a qədər

“İngilis dilində dinləmə və danışma” kursları təşkil olunacaq

 Kurslarda iştirak etmək istəyən I kurs tələbələri qeydiyyatdan keçmək üçün ADPU-nun Sahil koprusunda 233-cü otağa müraciət edə bilərlər.

 

“LOQOPEDİYA” KURSU ÜZRƏ SERTIFIKATLAŞDIRILMIŞ TƏLİIM PROQRAMI

Azərbaycan Dövlət Pedaqoji Universitetində “Loqopediya”  üzrə təlim kursuna start verilir. Hədəf loqopediya sahəsində nəzəri və praktik bilikləri bu sahəyə marağı olan və müxtəlif müəssisələrdə fəaliyyət göstərən mütəxəssislərə öyrətməkdir.

           Bu məqsədlə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Xüsusi təhsil” kafedrasının mütəxəssisləri  tərəfindən tədris olunacaq 60 saatlıq proqramın reallaşdırılması nəzərdə tutulmuşdur.  

             Bu Proqram müəllim bacarıqlarının artırılması layihəsi çərçivəsində ADPU-nun “Davamlı təhsil və innovasiyalar” şöbəsi tərəfindən koordinasiya edilir. Təlimlər 21  oktyabr – 4 noyabr 2019-cu il tarixlərdə ADPU-da (Bakı şəhəri, Həsən Əliyev küçəsi, 104)     keçiriləcəkdir. 

    İştirak üçün maraqlananlar 20 sentyabr-11 oktyabr 2019-cu il tarixilərində  Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanda qeydiyyatdan keçə bilərlər. İştirakçıların seçimi zamanı defektologiya sahəsində çalışan, inklüziv təhsillə maraqlanan və bu sahədə öz təhsilini, səriştələrini artırmaq istəyən şəxslərə üstünlük veriləcəkdir.

Təlim ödənişlidir.

           Əlaqə nömrəsi: (012) 465 29 76

Аzərbаycаn Dövlət Pedaqoji Univеrsitеti bоş оlаn vəzifələri tutmаq üçün müsаbiqə еlаn еdir

Qısa bioqrafik məlumat:

19 yanvar 1976-cı il tarixində Kürdəmir rayonun Sığırlı kəndində anadan olub.

1993-1997-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitununda (hazırkı Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) siyasi elmlər üzrə bakalavr pilləsində təhsil alıb.

1994-ci ildən Azərbaycan Maarifçi Gənclər Təşkilatının sədri və dekabr 2006-cı ildən Beynəlxalq Mətbuat Klubunun Direktoru, 1996-2000-ci illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) komissiya sədri və Məclis sədri, 1999-2000-ci illərdə Azərbaycan Milli QHT Forumunun Ekspert Şurasının üzvü və s., ictimai vəzifələri daşıyıb.

1997-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin Sosial Siyasət Daimi Komissiyasının eksperti işləyib.

1997-1999-cu illərdə Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunda dövlət idarəçiliyi üzrə magistr təhsili alıb, “Azərbaycan Respublikasının neft siyasətinin siyasi, iqtisadi və strateji aspektlərinin analizi” mövzusunda magistr işini müdafiə edib və dövlət idarəçiliyi üzrə magistr adı alıb.

2000-2003-ci illərdə BMT-nin İnkişaf Proqramının “Azərbaycanda Vətəndaş Cəmiyyətinin Gücləndirilməsi” Layihəsində məsul əməkdaş olub.

2003-2007-ci illərdə Ankara Universitetində siyasi elmlər üzrə doktorantura təhsili almış və 20.07.2007-ci il tarixində “Azərbaycan Respublikasında dövlət idarəçiliyində islahatlar” adlı fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib.

2007-2008-ci illərdə “Ölkədə turizmin səmərəli inkişafına kömək etməklə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyinə İnstitusional Yardım” Layihəsində, 2009-2010-cı illərdə “Azərbaycanda turizm sektorunun rəqabətqabiliy¬yətliliyinin yüksəldilməsi” üzrə layihədə ekspert kimi çalışıb.

2007-2011-ci illərdə BMTİP-lə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Turzim İnstitutunda qurduqları Tədqiqat və İnkişaf Mərkəzinin rəhbəri olmuşdur. Rəhbəri olduğu dövrdə bu mərkəz 20-dən çox tədqiqat layihəsini həyata keçirib.

Müxtəlif vaxtlarda Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və Azərbaycan Respublikası Prezidenti yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun eksperti olub.

2005-ci ildən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət Qulluğu və Kadr Siyasəti Kafedrasında müəllim, sonra baş müəllim və hazırda dosent kimi pedaqoji fəaliyyət göstərir.

2011-cı ilin fevral ayının 2-də Azərbaycan Turizm İnstitutununtədris işləri üzrə prorektoru təyin olunub.22 dekabr 2014-ci ildən 20 dekabr 2017-ci ildək Azərbaycan Turizm və Menecment Universitetində tədris işləri üzrə prorektoru vəzifəsini tutub.

23 iyun 2016-11 sentyabr 2017-ci il tarixində Azərbaycan Turizm və Menecment Universitetinin rektoru vəzifəsini icra edib.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 16 iyun 2016-cı il tarixli qərarı ilə dosent elmi adı alıb.

20 dekabr 2017-ci il tarixindən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədris işləri üzrə prorektorudur.

Ailəlidir, iki övladı var.

Elmi dərəcə və elmi adları:

1997-1999-cu illərdə Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunda dövlət idarəçiliyi üzrə magistr təhsili alıb, “Azərbaycan Respublikasının neft siyasətinin siyasi, iqtisadi və strtaeji aspektlərinin analizi” mövzusunda magistr işini müdafiə edib və dövlət idarəçiliyi üzrə magistr adı almışdır. (Ankara ş., Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutu)

2003-2007-ci illərdə Ankara Universitetində siyasi elmlər üzrə doktorluq təhsili almış və 2007-ci ildə “Azərbaycan Respublikasında dövlət idarəçiliyində islahatlar” adlı doktorluq dissertasiyasını müdafiə etmişdir. (Ankara ş., Ankara Universiteti) Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası təkrar attestasiya yolu ilə, 17 iyul 2012-ci il (protokol N:24-k) qərarı ilə siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. İndeks 23.00.01-Siyasətin nəzəriyyəsi, siyasi elmin tarixi və metodologiyası.

28 dekabr 2010-cu il tarixində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət qulluğu və Kadr siyasəti Kafedrasında dosenti seçilmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 16 iyun 2016-cı il tarixli qərarı ilə dosent elmi adı alıb. (Bakı ş.)

Əmək fəaliyyəti:

1995-1997-ci illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitunun (hazırkı Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) Tələbə Elmi Cəmiyyətinin sədri. (ictimai əsaslarla)

1994-2008-ci illərdə Azərbaycan Maarifçi Gənclər Təşkilatının sədri.(içtimai əsaslarla)

1996-2000-ci illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının komissiya sədri və Məclis sədri. (ictimai əsaslarla)

1997-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin Sosial Siyasət Daimi Komissiyasının ekspert.(ictimai əsaslarla)

1999-2000-ci illərdə Azərbaycan Milli QHT Forumunun Ekspert Şurasının üzvü

2000-2003-ci illərdə BMT-nin İnkişaf Proqramının “Azərbaycanda Vətəndaş Cəmiyyətinin Gücləndirilməsi” Layihəsində məsul əməkdaş

2006-2011-cı illərdə Beynəlxalq Mətbuat Klubunun Direktoru.(ictimai əsaslarla)

2007-2008-ci illərdə “Ölkədə turizmin səmərəli inkişafına kömək etməklə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyinə İnstitusional Yardım” Layihəsində ekspert

2009-2010-cı illərdə “Azərbaycanda turizm sektorunun rəqabətqabiliy¬yətliliyinin yüksəldilməsi” üzrə layihəsində ekspert

2007-2011-ci illərdə Azərbaycan Turzim İnstitutunun Tədqiqat və İnkişaf Mərkəzinin müdiri

2005-ci ildən hal-hazıradək Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət qulluğu və Kadr siyasəti Kafedrasında müəllimi, baş müəllimi və dosenti

2 fevral 2011-cı ildən Azərbaycan Turizm İnstitutunun, 22.12.2014-ci il tarixindən Azərbaycan Turizm və Menecment Universitetinin Tədrisin işləri üzrə prorektoru

20 dekabr 2017-ci il tarixindən isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədris işləri üzrə prorektorudur.

Elmi fəaliyyəti:

Elm sahələri: Politologiya və dövlət idarəçiliyi.

Tədqiqat sahəsi: Dövlət qulluğu, kadrsiyasəti, dövlətin turizm siyasəti, ictimaiyyətlə əlaqələr, Azərbaycanda dövlət idarəçiliyi tarixi, Azərbaycanda yerli özünüidarəetmə tarixi, Azərbaycanda vətəndaş cəmiyyəti vədövlət idarəçiliyində dəyişiklik məsələləri.

45-dən çox elmi məqalə və kitabın müəllifidir.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası nəzdində FD 02.101 Dissertasiya Şurasının üzvüdür.

Azərbaycan Turizm və Menecment Universitetinin “Turizm və qonaqpərvərlik tədqiqatları” jurnalının redaksiya heyətinin üzvüdür.

Rəhbərliyi altında həyata keçirilmiş elmi işlər:

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 20-dən və Azərbaycan Turizm və Menecment Universitetindn 10-dan çox magistr dissertasiyasına elmi rəhbərlik edib.

Elmi və digər cəmiyyətlərdə üzvlük:

1999-cu ildən Dövlət İdarəçiliyi Mütəxəssisləri Cəmiyyəti (KAYUD) üzvü.

2003-cü ildənVətəndaş Cəmiyyəti Klubunun üzvü.

2005-ci ildən Azərbaycan Sosial və Siyasi Elmlər Assosiasiyasının üzvü.

2008-ci ildə yaradılmış “Turizmin İnkişafına Kömək” İctimai Birliyinin təsisçisi.

2010-cı ildən SKAL İnternationalın üzvü.

Mükafatlar, təltiflər və aldığı diğər sertifikatlar:

29 noyabr 1990 -Azərbaycan SSR Kürdəmir rayon Sığırlı kənd orta məktəbinin Təltifnaməsi.

7 mart 1999 - ARGTMŞ/AMK/Bİİİ-nun Sertifikatı.

17 sentyabr 1999- Londonun Edvard Dil Məktəbinin Sertifikatı.

Fevral 2000- Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Fəxri Fərmanı.

Fevral 2001- USAİD/AED/ACDİ/VOCA-nın Sertifikatı.

1 fevral 2001- Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Gənclər və İdman Baş İdarəsinin Fəxri Fərmanı.

15 oktaybr 2001- Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Gənclər və İdman Baş İdarəsinin Fəxri Fərmanı.

1 mart 2003- Azərbaycan Milli QHT Formunun Fəxri Fərmanı.

30 yanvar 2004- Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının Respublika Komitəsinin Diplomu.

27 mart 2004- Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Təltifnaməsi.

19 yanvar 2005- BTC Co/BXK-nın Sertifikatı.

2 Fevral 2005- Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyinin Diplomu.

27 İyun 2005- BRİ/USAİD-nin Sertifikatı.

1 Fevral 2006- Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyinin Fəxri Fərmanı.

2010- Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının  ilin müəllimi nominasiyası üzrə Fəxri Fərmanı.

23 sentyabr 2015-ci il tarixində “Fəxri Turizm İşçisi” adını alıb.

 

Seçilmiş elmi əsərlərinin siyahısı :

 

Dövlət və beynəlxalq proqramlarda iştirak :

2000-2003-ci illərdə BMT-nin İnkişaf Proqramının (BMTİP) Azərbaycan Hökuməti ilə birgə həyata keçridikləri  “Azərbaycanda Vətəndaş Cəmiyyətinin Gücləndirilməsi” Layihəsi.

2007-2008-ci illərdə “Ölkədə turizmin səmərəli inkişafına kömək etməklə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyinə İnstitusional Yardım” Layihəsi.

2009-2010-cı illərdə BMTİP ilə İqtisadi İnkişaf Nazirliyinin birgə icra etdikləri “Azərbaycanda turizm sektorunun rəqabətqabiliyyətliliyinin yüksəldilməsi” üzrə layihəsi.

Oktyabr- Dekabr 2007- ATİ və  GTZ-in birgə layihəsi olan “Lənkəran iqtisadi rayonunun turizm potensialının tədqiqi”.

Yanvar-Mart 2008 - IUCN-in Cənubi Qafqaz Proqram Ofisinin layihəsi olan “Azərbaycanın ekoturizm potensialının tədqiqi”.

Mart-Oktyabr 2008- ATİ və  GTZ-in birgə layihəsi olan “Azərbaycanın Qərb  regionun turizm potensialının tədqiqi”.

Fevral-May 2009- ATİ və  Almaniyanın Ekologiya Nazirliyinin birgə layihəsi olan “Altıağacda davamlı turizm inkişafı”.

21.10-20.11.2009- ATİ və GTZ-nin Regional iqtisadi  İnkişaf Proqramının birgə işi olan “Şirvan Milli parkı üçün ekoturizm” Konsepsiyasının hazırlanması layihəsi.

İyul-Avqust 2011 - ATİ və  GİZ/GFA-nin birgə layihəsi olan Samur-Yalama Milli Parkının yaradılması üzrə turizm tədqiqatı.