шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

Filologiya fakültəsi

 

 

 

 1 Buludxan Xelilov 6Huseynov Meherrem dos   4 Ramizade Nergiz 5 Velibeyova Ayten   6 Sadettinli Nermin 8 Sultanova Aybeniz jpg
Buludxan Xəlilov
Dekan
Professor
Hüseynov Məhərrəm
Dekan Müavini
Dosent 
Ramizzadə Nərgiz
Tyutor 
Vəlibəyova Aytən
Tyutor
 Sadəddinli Nərmin
Tyutor
Sultanova Aybəniz
Operator 

Tarixi

Ali Pedaqoji İnstitut yarandığı vaxtdan burada fəaliyyət göstərən şöbələrdən biri də tarix-ədəbiyyat olmuşdur. Bu şöbə 1925-1926-cı tədris ilindən tarix və ədəbiyyat şöbələrinə ayrılmışdır. 1933-cü ildən Dil-ədəbiyyat fakültəsi müstəqil fəaliyyətə başlamışdır. Fakültənin əsas kafedrası da dil və ədəbiyyat adlandırılmışdır. Kafedra müdiri vəzifəsini uzun müddət dos. Əli Nazim yerinə yetirmişdir.

1933-1934-cü tədris ilindən tələbə kontingentinin və müəllim heyətinin artması fakültənin genişlənınəsinə səbəb olmuşdur. Dil və ədəbiyyat kafedrasının bazası əsasında üç müstəqil kafedra -«Azərbaycan ədəbiyyatı tarixi», «Dilçilik» və «Umumi ədəbiyyat tarixi» -təşkil edilmişdir.

Fakültə yaranandan ona nüfuzlu alimlər rəhbərlik etmişlər. İlk dekanı prof. B.V.Çobanzadə olmuşdur. APİ-nin 5 illik təhsilə keçməsi ilə əlaqədar (1956) müstəqil Tarix və Dil-ədəbiyyat fakültələri təşkil edilmişdir. Lakin bir neçə il keçməmiş yenidən bu fakültələr birləşdirilmişdir. Dil-ədəbiyyat fakültəsinə dekan vəzifəsinə dos. A.Ə.Hüseynov (1957-1961), birləşəndən sonra isə dos. Ş.Ə.Sadıqov (1961-1964) seçilmişdir. Tarix-fılologiya fakültəsi 1964-1965-ci tədris ilindən yenidən ayrılmış və bundan sonra Filologiya fakültəsinə prof. A.M.Qurbanov (1968-1981), prof. F.Q.Fərhadov (1981-1984), prof. P.Ş.Əfəndiyev (1984-1986), dos. B.H.Muradov (1986-1989), prof. Q.Ş.Kazımov (1989-1997), prof. H.B.Balıyev (1997-2006) rəhbərlik etmişlər. 2006-cı ildən Filologiya fakültəsinin dekanı fılologiya elmləri doktoru, prof. Buludxan Xəlilovdur.

Universitetimizdə ilk dəfə kredit sistemi Filologiya fakültəsində tətbiq olunınuşdur. Fakültədə Cəfər Xəndan auditoriyası, «Gənc dilçilər» və «Gənc ədəbiyyatçılar» adlı iki dərnək fəaliyyət göstərir. «Gənc fıloloq» adlı divar qəzeti müntəzəm olaraq çap olunur.

Fakültədə Tələbə Elmi Cəmiyyəti (sədri, dos. F.Yusifov) müntəzəm olaraq tələbələrin elmə olan marağını artırınaq istiqamətində işlər görür. Hər il tələbələrin elmi fəaliyyəti yekunlaşır və seçilən tələbələr müvafiq yerlər üzrə mükafatlandırılır. Fakültənin tələbələri XIII Respublika fənn olimpiadasında I, II, III yerləri, XIV Respublika fənn olimpiadasında II, III yerləri tutmuş, müxtəlif universitetlərdə keçirilmiş konfranslarda da müvafiq yerlərin qalibləri olmuşlar.

Filologiya fakültəsi Xalqımızın milli sərvətidir. Odur ki, fakültədə xalqımızm mənəviyyatma, mədəniyyətinə, dilinə, ədəbiyyatına xidmət edən alimlərin, şair və yazıçıların yubileyləri (M.F.Axundovun, M.Hüseynin, M.İbrahimovun, R.Rzanın, Ə.Hacızadənin, F.Qocanın, N.Həsənzadənin, Anarın və s.) keçirilir, onlar gənc nəslə tanıtdırılır.
Filologiya fakültəsi şərəfli bir yol keçmiş, həmişə öz məzunları ilə fəxr etmişdir. Vaxtilə bu fakültədə təhsil almış yüzlərcə tələbə öz əməli fəaliyyətləri ilə universitetimizə şərəf gətirınişdir. Xalq şairləri M.Rahim, M.Dilbazi, professorlar C.Xəndan, O.Sarıvəlli, Ə.Ələkbərzadə, M.Cəfər, M.H.Təhmasib, M.C.Paşayev, Şıxəli Qurbanov, xalq yazıçıları Süleyman Rəhimov, İsınayıl Şıxlı, akademik Məmməd Arif Dadaşzadə, şairlər İlyas Tapdıq, Tofiq Bayram, Məmməd Aslan, Məstan Əliyev, Kələntər Kələntərov, yazıçı Sabir Əhmədov və digərləri fakültəmizin şöhrət simvoludurlar.

Filologiya fakültəsinə:

  • prof. A.S.Abdullayev (1939-1941);
  • prof. M.H.Rəfıli (1943-1945);
  • müəllim C.F.Bağırov (1945-1947);
  • dos. İ.R.Əfəndiyev (1947-1952);
  • dos. S.M.Əfəndiyev (1952-1957) rəhbərlik etmişlər.
  • Filologiya fakültəsinə 2006-cı ildən prof. Buludxan Xəlilov rəhbərlik edir.

Strukturu

Bakalavr ixtisasları

  • 050101 - Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə müəllim
    • Tədris planları: əyani, qiyabi
  • 050103 - İngilis dili ixtisası üzrə müəllim
    • Tədris planları: əyani, qiyabi
  • 050103 - Fransız dili ixtisası üzrə müəllim
    • Tədris planları: əyani, qiyabi

Magistr ixtisasları

  • 060101 - Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası

Doktor ixtisasları

  • 5704.01 - Dil nəzəriyyəsi
  • 5706.01 - Azərbaycan dili
  • 5716.01 - Azərbaycan ədəbiyyatı
  • 5717.01 - Türk xalqları ədəbiyyatı
  • 5818.01 - Dünya ədəbiyyatı
  • 5801.01 - Azərbaycan dilinin tədrisi metodikası

Statistik göstəricilər(2012)

  • Fakültəni indiyə qədər 13000 dən çox mütəxəssis bitirınişdir.
  • Fakültənin bakalavr pilləsində 1328 tələbə təhsil alır:
    • 1231 nəfər əyani
    • 97 nəfər isə qiyabi
  • Fakültənin magistr pilləsində 100 magistr təhsil alır:
    • 100 nəfər əyani
    • 0 nəfər qiyabi
  • Elmi-pedaqoji kadrlar:
    • 24 elmlər doktoru, professor
    • 1 fəlsəfə doktoru, professor
    • 46 fəlsəfə doktoru, dosent

Fakültə pasportu

  • Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin pasportu

Test bankı