шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

Azərbaycan və dünya ədəbiyyatı kafedrası

 Azərbaycan və dünya ədəbiyyatı

 

 

 1 2   3 4   5 7
Qasımov Himalay
Kafedra müdiri
Professor
 Novruzov Tərlan
Professor
 Elman Quliyev
Professor
 Cavadov Təyyar
Professor
 Allahmanlı Mahmud
Professor
Umudov Qüdrət
Dosent
 9  10  11 12  13  14
  Ələsgərova Sakibə
Dosent
  Əzimova Təranə
Dosent
 Qasımova Yeganə
Baş müəllim
 Babayeva Məlahət
Baş müəllim
Qəhrəmanova Əntiqə
Baş müəllim
 Nurəliyeva Pərvin
Müəllim
 15  16 17       
Məhərrəmova Şəhanə
Müəllim 
Qəhrəmanova Ulduz
Müəllim
 Səfərova Ətrabə
Laborant
     
           
           

1.    Kafedranın tarixi

      Azərbaycan və dünya ədəbiyyatı kafedrasının tarixi 1921-ci ildən boy göstərməyə başlayıb. “Dil və ədəbiyyat  kafedrası” kimi fəaliyyətə başladığı ilk dövrdə (1921-1924)  görkəmli maarifçi, ədib və pedaqoq A.Şaiq Talıbzadə başçılıq etmişdir. Sonrakı illərdə B.Çobanzadə, Ə.Haqverdiyev, Əli Nazim, M.Fəfili, F.Qasımzadə, M.Məmmədov, P.Əfəndiyev rəhbərlik etmişlər.

  2. Kafedraya rəhbərlik 

2003-cü ildən etibarən filologiya üzrə elmlər doktoru, professor Himalay Ənvər oğlu Qasımov “Azərbaycan və dünya ədəbiyyatı” kafedrasının müdiri təyin edilmiş və bu günə qədər kafedraya rəhbərlik etməkdədir..

3.  Kafedra haqqında ümumi məlumat

Universitetin yaşıdı olan  (1921) Azərbaycan və dünya ədəbiyyatı kafedrası bütün dövrlərdə böyük-böyük uğurlara imza atmışdır. Azərbaycan elminin, ictimai mühitinin ən böyük simaları burada yetişmiş, həyatlarının mühüm bir hissəsini bu universitetlə bağlamışdır. A.Şaiq, Ü.Hacıbəyov, Ə.Haqverdiyev, M.S.Ordubadi, H.Cavid, H.Zeynallı, B.Çobanzadə, V.Xuluflu, Y.V.Çəmənzəminli, Ə.Nazim, M.A.Dadaşzadə, Ə.Sultanlı, H.Araslı, M.H.Təhmasib, Ş.Qurbanov, C.Xəndan, M.Rəfili, F.Qasımzadə, İ.Şıxlı, Ə.Hüseynov, P.Əfəndiyev, M.Məmmədov, X.Məmmədov, M.Həkimov, A.Hacıyev, M.Mustafayev, T.Xalisbəyli, H.Qasımov, Z.Xəlilov və s. onlarla görkəmli alimlər həyatlarını bu kafedra ilə bağlamışlar. Pedaqoji universitetin tarixində, eləcə də Azərbaycan elmi mühitində bu kafedranın xüsusi çəkisi olmuşdur. Təkcə onu demək kifayətdir ki, bu kafedranın əməkdaşı Ə.Sultanlının “Antik ədəbiyyat tarixi” (1957) dərsliyi 60 (altmış) ildi ki, bütünlükdə Azərbaycan mühitində olan universitet auditoriyalarında şəriksiz dərslik kimi istifadə olunmaqdadır. M.Rəfilinin “Ədəbiyyat  nəzəriyyəsinə giriş” (1958) dərsliyi 59 ildir ki, əsaslı mənbədir. Eləcə də Akademik F.Qasımzadənin “XIX əsr Azərbaycan ədəbiyyatı” (1966) dərsliyi əlli ildən çoxdur ki, universitetlərin auditoriyalarındadır. Əməkdar elm xadimi, prof. P.Əfəndiyevin “Azərbaycan şifahi xalq ədəbiyyatı” (1970) dərsliyi qırx səkkiz ildir əvəzsiz dərslik kimi tələbələrin ixtiyarındadır. İ.Şıxlının “XVIII əsr Avropa ədəbiyyatı” (1978) “XIX əsr Avropa ədəbiyyatı” (1979) dərsliyi universitet auditoriyalarının stolüstü kitabıdır. Bu dərsliklər nəinki Azərbaycan auditoriyasında, həm də Azərbaycandan kənarında da universitet auditoriyasında işləkdir. Məsələn, prof. P.Əfəndiyevin “Azərbaycan şifahi xalq ədəbiyyatı” dərsliyindən  Türkiyənin, Kiprin, Türkmənistanın, Özbəkistanın universitetlərində əsaslı mənbə kimi istifadə olunur. Azərbaycan şifahi xalq ədəbiyyatına, XIX əsr Azərbaycan ədəbiyyatına, Antik ədəbiyyata, Ədəbiyyat nəzəriyyəsinə, XIX əsr Avropa ədəbiyyatına aid ilk dərsliklər  bu kafedrada yaranmışdır.

4.    KAFEDRANIN İSTİFADƏ ETDİYİ TƏDRİS MODELİ

Azərbaycan və dünya ədəbiyyatı kafedrası mövcud vəziyyətə qədər magistratura hazırlığında çox böyük uğurlara imza atmışdır. Proqramların, dərs vəsaitlərinin, dərsliklərin yazılmasında gərəkli təcrübə qazanmışdır. Digər universitetlərin aidiyyatı kafedraları Azərbaycan və dünya ədəbiyyatı kafedrasının hazırladığı proqram, dərs vəsaiti və dərsliklərdən yararlanmağa daha çox üstünlük verir və işlərini onun üzərində qururlar. Kafedranın yetişdirdiyi magistrlərin böyük bir hissəsi ayrı-ayrı universitetlərin, tədqiqat institutlarının doktoranturasına qəbul olunmuş və elmi tədqiqatlarını uğurla başa vurmuşlar. Onlar bu gün Azərbaycan və dünya ədəbiyyatı kafedrasına bir məbəd kimi baxırlar. Göründüyü kimi, H.Caviddən, B.Çobanzadədən, İ.Hikmətdən, Y.V.Çəmənzəminlidən, C.Əfəndizadədən, Ə.Nazimdən, M.S.Ordubadidən başlayan bu möhtəşəm ənənə uğurla davam etdirilmişdir. Azərbaycan və dünya ədəbiyyatı kafedrasının ilk  məzunları F.Qasımzadə, M.Arif, M.Əlizadə, H.Əfəndiyev, M.Quluzadə, Ə.Qarabağlı elmin tarixinə öz adlarını şərəflə yazmışlar. Sonrakı mərhələdə bu uğurlar M.C.Paşayev,  M.C.Cəfərov, Ə.Mirəhmədov, Ə.Sultanlı, H.Araslı, M.H.Təhmasib, Ş.Qurbanov, Ə.Ağayev, Ə.Dəmirçizadə və b. tərəfindən davam etdirilmişdir.  Təkcə onu demək kifayətdir ki, 1935-ci ildə institut üzrə planlaşdırılmış 42 elmi tədqiqat mövzusunun əksər hissəsi Azərbaycan və dünya ədəbiyyatı kafedrası ilə bağlı olmuşdur. Belə bir böyük tarixi və güclü potensialı olan kafedranın imkanlarından magistratura hazırlığı üçün yararlanmaq elmimizin, xalqımızın gələcəyi naminə lazımdır.

5.    Müəllim heyətinin tərkibi və ümumi dərs yükü

Azərbaycan və dünya ədəbiyyatı kafedrasının5992 saat dərs yükü var. 16 nəfər müəllim heyəti var. Onlardan 6 nəfər professor, 4 nəfər dosent, 2 nəfər baş müəllim, 4 nəfər isə müəllimdir. 1 nəfər də laborant olaraq fəaliyyət göstərir.

1.Qasımov Himalay Ənvər

Kafedra müdiri

Professor

2.Novruzov Tərlan Cabbar

Professor

3.Quliyev Elman Hilal

Professor

4.Cavadov Təyyar Salam

Professor

5.Allahmanlı Mahmud Qara

Professor

6.Əliyev Ramil Manaf

Professor

9.Umudov Qüdrət Umud

Dosent

8.Rəhimli Təranə Yusif

Dosent

9.Ələsgərova Sakibə İsmayıl

Dosent

10.Əzimova Təranə Məhəmməd

Dosent

11.Qasımova Yeganə Nəriman

Baş müəllil

12.Babayeva Məlahət Ramiz

baş müəllim

13.Qəhrəmanova Əntiqə Aslan

Filolol. üzrə fəlsəfə doktoru,müəllim

14.Nurəliyeva Pərvin Ələmdar

Filolol. üzrə fəlsəfə doktoru,müəllim

15.Qəhrəmanova Ulduz Fərhad

Filolol. üzrə fəlsəfə doktoru,müəllim

16.Məhərrəmova Şahanə Əliyyənnağı

Filolol. üzrə fəlsəfə doktoru, müəllim

Kafedra pasportu

  • Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin Azərbaycan və dünya ədəbiyyatı tarixi kafedrasının pasportu