шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

İnglis dili və onun tədrisi metodikası kafedrası

 İngilis dili və onun tədrisi metodikası kafedrası

 

 

 1  2    3   4
Sadıqova Nailə
Kafedra müdiri
Dosent
 İsayeva Faidə
Dosent
   Hacıyeva Ülviyyə
Dosent
   İsgəndərova Səbinə
Baş müəllim
 5    6  7  8 9 
 Abdullayeva Gülhəyat
Baş müəllim
    Yusubova Maral
Baş müəllim
İsmayılova Nüşabə
Baş müəllim
Qasımova Mirvari
Baş müəllim
 Babayeva Samirə
Baş müəllim
 10  11  12  13 14  15 
 Xəlilova Sevda
Müəllim
 Şamxalova Günel
Müəllim
İbrahimova Aytən
Müəllim
Səmədova Jalə
Müəllim
 Ələkbərova Hicran
Baş laborant
  Əzizli Kəmalə
Laborant
           
         

Azərbaycan Dövlət pedaqoji Universitetinin Xarici dillər kafedrası – ingilis, fransız və alman dilləri üzrə olmaqla üç şöbədən ibarət təşkil edilmiş, 1951-ci ildən müstəqil fəaliyyət göstərir. 1987-ci ildən isə kafedraya filologiya elmləri doktoru, professor Balaxan Qaraxan oğlu Hüseynov rəhbərlik etmişdir.

2008-ci ildə filologiya fakültəsi nəzdində ingilis və fransız şöbəsinə tələbə qəbulu ilə bağlı dərs yükünün xeyli artması, ştatda olan müəllimlərin sayının 50 nəfərə çatması kafedranın iki yerə bölünməsi məsələsini qoydu. Bu problemi nəzərə alan Universitet rəhbərliyi kafedranı iki yerə – Xarici dillər kafedrası və İngilis dili və onun tədrisi mütodikası kafedrasına böldü. İngilis dili və onun tədrisi metodikası kafedrasına müdiri Filologiya elmləri doktoru, professor Balaxan Qaraxan oğlu Hüseynov təyin olundu.

Kafedranın inkişafında prof. B. Hüseynov, .dos. Əlizadə Nailə Mustaf q, dos. İsayeva Faida Davud q, b/m. Əliyeva Zemfira Mirzə q, b/m. Sadıqova Dilarə Tağı q, b/m. Qasımova Mirvari Məmməd q, b/m. Ağayeva Maral Ağalar q, b/m. Hacıyeva Ülviyyə Davud q. m. İsmayılova Aytən Ədahib q və başqalarının səmərəli xidmətləri olmuşdur.

Static göstəricilər(2016)

  • 32 nəfər professor-müəllim heyəti
    • 1 nəfər elmlər doktoru, professor
    • 2 nəfər filologiya üzrə elmlər doktoru
    • 5 nəfər fəlsəfə doktoru, dosent
    • 6 nəfər fəlsəfə doktoru
    • 6 nəfər baş müəllim
    • 7 nəfər müəllim
    • 3 nəfər böyük laborant
    • 2 nəfər laborantdan ibarətdir.

Elmi fəaliyyət

Yeni yaradılmış kafedra sırf ingilis dili ixtisası fənlərini tədris etməyə başladı, ingilis dilinin keyfiyyətli tədrisi üçün ilk növbədə hazirlıqlı, ingilis dilinin bütün aspektlərini yaxşı bilən mütəxəssislər yetişdirmək məsələsi qarşıya bir vəzifə kimi qoyuldu. Bununla əlaqədar ingilis dilini mükəmməl bilən kadrların seçilməsi və kafedra müəllimlərinin bilik səviyyəsini artırmaq üçün müxtəlif yeni metodika ilə məşğul olan intensiv kurslara göndərir, yeni dərslik və dərs vəsaitlərindən, audio- videodan istifadə etməyə cəhd göstərmişdir. Müəllimlərimiz Respublika daxilində ingilis dilinin intensiv öyrədilməsi ilə bağlı keçirilən işlər beynəlxalq, istərsə də yerli konfranslarda fəal iştirak etmiş, Respublika Ali məktəblərində - BDU, ADU, Slanyan Universiteti, Qafqaz Universiteti, Sumqayit Universitetində ingilis dili ilə bağlı təşkil olunmuş konfranslarda tezis və məruzələrlə çıxış etmişlər. 
Kafedra müdiri prof. B.Hüseynov 2008-ci ildə Türkiyənin İzmir şəhərində Egey Universitetində ETEN-nin (Beynəlxalq İngilis dili müəllimlərin Assosasiası) konfransında Azərbaycan Dövlət Pedaqojı Universiteti orada təhsil, tələbələr, professor-müəllim heyyətinin tədris və elmi fəaliyyəti haqqinda geniş mühazirə ilə çıxış etmişdir. Çıxış konfrans iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanmış və Universitetimiz ETEN-ə üzv seçilmişdir. Kafedra əməkdaşları Ingilis dili şöbəsi bakalavr pilləsini qurtaran tələbələrimizin xeyli hissəsi ADU-nun magistraturasına qəbul olmuşlar. 
Kafedrada aşağıdakı dərslik və dərs vəsaitləri çap edilmişdir.

  • prof. B. Hüseynov, Dos. F.İsayeva, b/m D. Sadıqova “English” (dərslik, magistratura üçün 2008)
  • prof. B. Hüseynov, b/m. M.Ağayev “Manual for Reading and Writing” (dərslik II, III kurslar 2010)
  • b/m Ü.Hacıyeva “Guide to English Stylistics” 2010 (dərslik)
  • b/m Ü.Haciyeva “800 tests on Stylistics” 2010 (test)
  • dos. F.İsayeva “Azərbaycan və İngilis dillərində sifət” (dərs vəsaiti)
  • b/m. G.Abdullayeva “Aşağı orta oxu üçün aktiv vərdişlər kursu” (Proqram)
  • b/m. G.Abdullayeva “Active skills for low-intermediate Reading” (dərslik, I kurs üçün)
  • b/m. G.Abdullayeva “Active skills for intermediate Reading” (dərslik, II kurs üçün)
  • b/m. G.Abdullayeva “Active skills for high -intermediate Reading” (dərslik, III kurs üçün)
  • Dos. F. İsayeva “Mətbuat dili fənni” (proqram)
  • m. N.İsmayılova “İngilis dilinin kommunikativ qrammatikası” (proqram)

Bu müddət ərzində 1 nəfər dosent, 3 nəfər fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

Tədris işi

Bakalavr pilləsi üzrə

  1. Xarici dildə oxu və nitq
    • İngilis dili müəllimliyi ixtisası
  2. Xarici dilin qrammatikası
    • İngilis dili müəllimliyi ixtisası
  3. Xarici dilin fonetikası
    • İngilis dili müəllimliyi ixtisası
  4. Yazı və oxu vasitəsilə müsahibə
    • İngilis dili müəllimliyi ixtisası
  5. Danıüıq modelləri vasitəsi ilə ingilis dili
    • İngilis dili müəllimliyi ixtisası
  6. Müasir ingilis dili
    • İngilis dili müəllimliyi ixtisası
  7. İxtisas dilinin leksikologiyası
    • İngilis dili müəllimliyi ixtisası
  8. İxtisas dilinin metodikası
    • İngilis dili müəllimliyi ixtisası
  9. Ölkəşunaslıq
    • İngilis dili müəllimliyi ixtisası
  10. Tərcümə
    • İngilis dili müəllimliyi ixtisası
  11. Mətbuat dili
    • İngilis dili müəllimliyi ixtisası
  12. İxtisas dilinin üslubiyyatı
    • İngilis dili müəllimliyi ixtisası
  13. İxtisas dilinin ölkə ədəbiyyatı
    • İngilis dili müəllimliyi ixtisası
  14. Xüsasi sahələr üzrə ingilis dili
    • İngilis dili müəllimliyi ixtisası

Magistratura pilləsi üzrə

  1. Sintaksis
    • İngilis dili müəllimliyi ixtisası
  2. Muqayisəli tətbiqi dil
    • İngilis dili müəllimliyi ixtisası
  3. Üslubiyyat
    • İngilis dili müəllimliyi ixtisası
  4. İngilis dilində hazırlığın müasir problemləri
    • İngilis dili müəllimliyi ixtisası
  5. İntensiv İngilis dili
    • İngilis dili müəllimliyi ixtisası
  6. AMMEF fənnlərarası əlaqənin problemləri
    • İngilis dili müəllimliyi ixtisası
  7. Dilçiliyin tarixi və metodologiyası
    • İngilis dili müəllimliyi ixtisası
  8. Müasir ingilis dilində danışıq modellərinin geniş istifadə metodikası
    • İngilis dili müəllimliyi ixtisası
  9. İngilis dilində hazırlığın tarixi və metadologiyası
    • İngilis dili müəllimliyi ixtisası
  10. Fonologiya
    • İngilis dili müəllimliyi ixtisası
  11. İngilis dilində planlaşdırma və qiymətləndirmə metodikası
    • İngilis dili müəllimliyi ixtisası
  12. İngilis dilinin tədrisi metodikası
    • İngilis dili müəllimliyi ixtisası
  13. Tərcümə metodikası
    • İngilis dili müəllimliyi ixtisası
  14. Qrammatik məfhumların mənimsədilməsi yolları
    • İngilis dili müəllimliyi ixtisası
  15. Semosiologiya
    • İngilis dili müəllimliyi ixtisası
  16. İngilis dili morfologiyası ilə sintaksisin əlaqəli tədrisinin elmi metodik əsasları
    • İngilis dili müəllimliyi ixtisası
  17. Dilçiliyin müasir problemləri
    • İngilis dili müəllimliyi ixtisası
  18. Morfologiya
    • İngilis dili müəllimliyi ixtisası
  19. Xarici və ana dillərin tipologiyası
    • İngilis dili müəllimliyi ixtisası
  20. Diskursun tədqiqi
    • İngilis dili müəllimliyi ixtisası
  21. Ədəbi dil tarixi
    • İngilis dili müəllimliyi ixtisası
  22. SF: Dil və cəmiyyət
    • İngilis dili müəllimliyi ixtisası

Kafedranın professor-müəllim heyəti bakalavr pilləsində Aşağı orta oxu və nitq, Kommunikativ qrammatika, Eşitmə və tələffüz, Orta oxu və nitq, Seçmə fənn (Nowadays English),(Xüsusi sahələr üzrə ingilis dili), (Mətbuat dili), (Tərcümə) Ixtisas dilinin Leksikologiyası ,Ibtidai sinfin ingilis dilində tədrisi metodikası, Yüksək oxu və nitq, İxtisas dilinin tədrisi metodikası, Nitq praktikası, Praktik qrammatika, Ölkəşünaslıq, Dil tarixi, Üslubiyyat, Ölkə ədəbiyyatı fənnlərini tədris edirlər

Magistr pilləsində Semasiologiya , AMMEF, Fonologiya, Ədəbi dil tarixi, Xarici və ana dillərin tipologiyası, Dilçiliyin tarixi və metadologiyası, Dilçiliyin muasir problemləri, Morfologiya, Sintaksis, Müqayisəli tətbiqi dilçilik, Seçmə fənn (Diskursun tədqiqi), Seçmə fənn (Ingili dilindən Azərbaycan dilinə tərcümə problemləri) fənnlərini tədris edirlər.

Kafedra üzrə tədris planlarında nəzərdə tutulmuş əksəriyyət fənlər üzrə tədris proqramları hazırlanmış və Elmi Şurada təsdiq edilmişdir. Bütün fənlər üzrə tədris mövcud silabuslara uyğun aparılır. Son illər kafedrada tədris olunan fənlərin dərslik və dərs vəsaitləri ilə təmin olunması sahəsində uğurlu addımlar atılmışdır. Belə ki, kafedra əməkdaşları tərəfindən çoxlu sayda tədris vəsaitləri hazırlanmış və tələbələrin istifadəsinə verilmişdir. Bunlara misal olaraq Prof. B. Hüseynov, Dos. F.İsayeva, b/m D. Sadıqova English (dərslik magistratura üçün 2008), prof. B. Hüseynov, b/m. M.Ağayev Manual for Reading and Writing dərslik II – III kurslar 2010, b/m Ü.Hacıyeva Guide to English Stylistics 2010 (dərslik),b/m Ü.Haciyeva 800 tests on Stylistics 2010 (test), dos. F.İsayeva Azərbaycan və İngilis dillərində sifət (dərs vəsaiti), b/m. G.Abdullayeva Active skills for low-intermediate Reading (dərslik I kurs üçün), b/m. G.Abdullayeva Active skills for intermediate Reading (dərslik II kurs üçün),cb/m. G.Abdullayeva Active skills for high -intermediate Reading (dərslik III kurs üçün) dərslik və metodik vəsaitləri misal göstərmək olar.

Xarici əlaqələr

Kafedramız yarandığı il kafedra müdiri prof. B. Hüseynov Türkiyənin İzmir şəhərində Egey Universitetində ( 2008- ci il) keçirilən ETEN- in (Beynəlxalq İngilis dili müəllimlərinin Assosiyasiyası) konfransında Azərbaycan Dövlət Pedaqoji Universiteti, orada təhsil alan tələbələr, professor-müəllim heyyətinin tədris və elmi fəaliyyəti haqqında geniş mühazirə ilə çıxış etmişdir. Çıxış konfrans iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanmış və universitetimiz Respublikada ilk ETEN-ə seçilmiş Universitet olmuşdur.

Kafedra pasportu

  • Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin İngilis dili və onu tədrisi metodikası kafedrasının pasportu