шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Ədəbiyyatın tədrisi texnologiyası

 Ədəbiyyat və onun tədrisi metodikası

 

1.Nazilə Abdullazadə pedaqogika üzrə fəlsəfə doktoru dosent 2.Zahid Xəlil filologiya üzrə elmlər doktoru professor  3.Nigar Qasımzadə filologiya üzrə fəlsəfə doktoru dosent 4.Yaqub Babayev filologiya üzrə elmlər doktoru professor   5.Cəmilə Məhərrəmova filologiya üzrə fəlsəfə doktoru dosent 6.Fəxrəddin Yusifov pedaqogika üzrə fəlsəfə doktoru dosent 
Abdullazadə Nazilə
Kafedra müdiri
Dosent
Zahid Xəlil
Professor
Nigar Qasımzadə
Dosent 
Babayev Yaqub
Professor
 Məhərrəmova Cəmilə
Dosent
Yusifov Fəxrəddin
Dosent
 7.Vaqif Əliyev filologiya üzrə fəlsəfə doktoru dosent  8.Şöhrət Məmmədova filologiya üzrə fəlsəfə doktoru dosent  solt m  10.Bilal Həsənli pedaqogika üzrə fəlsəfə doktoru dosent  11.Şəlalə Mahmudova filologiya üzrə fəlsəfə doktoru dosent 12.Füzuli Əsgərli filologiya üzrə fəlsəfə doktoru dosent 
Əliyev Vaqif
Dosent
Nəsirova Şöhrət
Dosent 
 Əliyev Soltan
Dosent
Həsənli Bilal
Dosent
Mahmudova Şəlalə
Dosent
Əskərli Fizuli
Dosent
 13.Aygün Əhmədova filologiya üzrə fəlsəfə doktoru dosent  16. Tenzile aliyeva baş m  15.Simuzər Əliyeva filologiya üzrə fəlsəfə doktoru müəllim 16.Pərixanım Hüseynova filologiya üztə fəlsəfə doktoru dosent   17.Xoşbəxt Əliyeva filologiya üzrə fəlsəfə doktoru müəllim 19.Nazir Məmmədov müəllim 
Əhmədova Aygün
Dosent
Əliyeva Tənzilə
Baş Müəllim 
Əliyeva Simuzər
Müəllim 
Hüseynova Pərixanım
Müəllim
Əliyeva Xoşbəxt
Müəllim 
Məmmədov Nazir
Müəllim 
 gwlay          
Bağırova Gülay
Laborant
         

 

 

   Kafedranın tarixi

    Kafedra 1973-cü ildə yaranmışdır. Yarandığı ilk gündən 2 fənnin tədrisi ilə məşğuldur:

  • Ədəbiyyatın tədrisi metodikası
  • Uşaq ədəbiyyatı

 “Ədəbiyyatın tədrisi metodikası” fənni institutun  təşkilinin ilk illərindən tədris olunur. Bir müddət bu fənni prof. Mikayıl Rəfili, akademik Feyzulla Qasımzadə tədris etmiş, həmin sahənin mütəxəssisləri yetişdikdən sonra 1973-cü  ildə müstəqil kafedra təşkil olunmuşdur. Kafedranın yaradıcısı və ilk müdiri görkəmli folklorşunas alim  prof. Fərhad Fərhadov olmuşdur.

Kafedra müstəqil şəkildə fəaliyyətə başlayan gündən həm ədəbiyyat metodikası, həm də uşaq ədəbiyyatı fənlərini əhatə etmişdir. O, 1994-1998-ci illərdə “Ədəbiyyatın tədrisi metodikası” və “Uşaq ədəbiyyatı” adları ilə iki müstəqil kafedra kimi fəaliyyət göstərmişdir. “Ədəbiyyatın tədrisi metodikası” kafedrasına  prof. Aydın Hacıyev, “Uşaq ədəbiyyatı” kafedrasına isə prof. Zahid Xəlil rəhbərlik etmişdir. 1998-ci ildən hər iki kafedra “Ədəbiyyat və onun tədrisi metodikası” kafedrası adı altında birləşdirilmişdir. Hazırda kafedraya  pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nazilə Abdullazadə rəhbərlik edir

 kaf şek

 

 

Kafedra haqqında statistik göstəricilər  (2019)

  • 19 nəfər professor-müəllim heyəti:
  • 2 nəfər professor
  • 13 nəfər dosent
  • 1 nəfər baş müəllim
  • 3 nəfər müəllim
  • 1 nəfər lobarant

 

Tədris olunan fənlər:

Magistratura pilləsi üzrə:

Azərbaycan dili və ədəbiyyatın tədrisi metodikası və metodologiyası ixtisası üzrə:

  • AMMEF (Fənlərarası əlaqənin problemləri)
  • Azərbaycan ədəbiyyatı tarixi
  • Azərbaycan ədəbiyyatının tədrisi tarixi
  • Azərbaycan ədəbiyyatının tədrisi metodikası
  • Ədəbi əsərlərin öyrədilməsində fəal interaktiv təlimin rolu - seçmə fənn
  • Ədəbi əsərlərin təhlili - seçmə fənn
  • Ədəbiyyatın tədrisi metodikası
  • Ədəbiyyatın tədrisi metodikasının müasir problemləri
  • Ədəbiyyatın tədrisi metodikasının tarixi və metodologiyası
  • Klassik ədəbiyyatın tədrisi yolları - Seçmə fənn

Bakalavr pilləsi üzrə:

1.Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə:

  • İfadəli oxudan praktium
  • Ədəbiyyatın tədrisi metodikası

2.İbtidai sinif müəllimliyi ixtisası üzrə:

  • Uşaq ədəbiyyatı

3.Məktəbəqədər təlim və tərbiyə ixtisası üzrə:

  • Uşaq ədəbiyyatı

4.Korreksiyaedici təlim ixtisası üzrə:

  • Uşaq ədəbiyyatı

 

Xarici əlaqələr

Uzun illər ərzində kafedra əməkdaşları Rusiya, İran, Türkiyə, və başqa ölkələrin universitetləri və elmi-tədqiqat institutları ilə əlaqə saxlamış, birgə elmi-tədqiqat işləri aparmışlar.

  • Kafedranın dosenti Fəxrəddin Yusifov Pedaqoji Təcrübə rəhbəri,  dosent Bilal Həsənli fakültə Elmi-Metodik Şuranın sədridir.

Kafedra əməkdaşları  bir sıra xarici ölkələrdə, o cümlədən Rusiya, Qazaxıstan, Türkiyə, Makedonya, Şimali Kipr və başqa xarici ölkələrdə keçirilən beynəlxalq elmi konfraslarda və simpoziumlarda məruzələrlə çıxış etmişdir.

2017-ci ildə Qazaxıstanda keçirilən  “Türksoyun Beynəlxalq Simpoziumu”nda prof. Zahid Xəlilov Türksoyun “Haldun Taner”-100 medalı ilə təltif olunmuşdur.

  • prof. Zahid Xəlilov Moskvada YUNESKO-nun xətti ilə keçirilən “Təhsilin problemləri” beynəlxalq simpoziumunda iştirak etmişdir.
  • dos. Abdullazadə Nazilə Hacet­tepe Universitetində V Beynəl­xalq konfrans  “Müəllim hazırlama siyasəti və problemlər”  mövzusunda
  • dos. Abdullazadə Nazilə “8 Uluslararası Kültür Kör­pü­leri Oluşturma Konfe­ran­sı: Dil Ögretimi, Dilbilim, Edebiyat, tercüme ve Gaze­teçiik Alanlarınıın Egitime Uyarlanması”, 28-29 nisan 2016, Bişkek, Kırğızıstan
  • dos. Abdullazadə Nazilə “XX əsr Azərbaycan şairi Əliağa Vahidin  yaradıcılığında ənənə və novatorluq” mövzusunda məruzə. III Beynəlxalq Türk Dün­ya­sı Araştırmaları Simpoziu­mu, 25-27 may 2016, Niğde Universiteti
  • dos. Abdullazadə Nazilə Uluslararası Multidispliner Akademik Çalışmalar Sempozyumu, 2-4 şubat 2018, Kemer
  • dos. Abdullazadə Nazilə “Azerbaycan edebiyatının beyazsaçlı şairi Zahid Halilin sanat dünyası” mövzusunda məruzə. V Uluslararası Çocuk ve Genclik Edebiyatı Sempozyumu, 19-20 ekim 2018, İstanbul
  • dos. Abdullazadə Nazilə Ögrençi kimliginin şekillen­mesinde okulun rolu”. Uluslararası Multidispliner Akaademik Çalışmalar Sempozyumu, 2-4 şubat 2018, Kemer
  • dos. Abdullazadə Nazilə “Azerbaycan çocuk oyunları halkın milli-manevi mirası gibi”. II Uluslararası sosyal Bilimler Kongresi 23-25 mart 2018, Kudus
  • dos. Abdullazadə Nazilə “Kağızmanlı Hıfzının “Turnalar” şiirinin Azerbaycan edebiya­­tında turnalar motifi ile karşılaştırılması”. Uluslararası Kağızmanlı Hıfzı Sempozyumu 8-9 nisan 2018, Kağızman
  • dos. Abdullazadə Nazilə “Azerbaycan edebiyatının beyazsaçlı şairi Zahid Halilin sanat dünyası”. V Uluslararası Çocuk ve Genclik Edebiyatı Sempozyumu, 19-20 ekim 2018, İstanbul
  • dos. Abdullazadə Nazilə “Namik Kemal ve Aliaga Vahitin yaratıcılıklarınta hürriyet motifinin karşılaştırılması” “Identities, Cutiral Heritage and Tourism  as important Elements of the Contemporary Everyday life and Global Processes Figures” 7th İnternational Conference “Ohrid-Vodiçi, 2019, Makedonia
  • dos. Abdullazadə Nazilə “Təhsildə beynəlxalq təcrübə” Şimali Kipr Respublikası
  1. Kafedraya rəhbərlik

2005-2018-ci illərdə kafedraya filologiya elmləri doktoru, professor Zahid Xəlilov rəhbərlik etmişdir.  O, elmi-pedaqoji və ictimai ədəbi fəaliyyəti ilə seçilən tanınmış alimlərimizdən və görkəmli uşaq yazıçılarımızdan biridir. Professor Zahid Xəlilov Respublikanın ali məktəbləri üçün uşaq ədəbiyyatı proqramlarının, dərsliklərinin yazılmasında, kurikulumların, yeni tədris standartlarının hazırlanmasında fəal iştirak etmiş, hazırda Təhsil Nazirliyinin yaratdığı xüsusi komissiyaya rəhbərlik edir, “Orta məktəb dərsliklərinin qiymətləndirmə Şurası”nın üzvüdür.

13 fevral 2019-cu il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorunun əmri ilə filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Nazilə Abdullazadə müsabiqə yolu ilə “Ədəbiyyat və onun tədrisi metodikası” kafedrasının müdiri seçilmişdir. O, müasir təlim metodlarınınn tətbiqi, təhsilin idarə edilməsi, təşkili və digər mövzularda keçirilmiş konfranslarda iştirak edərək 60 beynəlxalq, 21 respublika səviyyəli sertifikat almışdır. 6 dərs və metodiki vəsaitin, 16 publisistik, 42 elmi məqalənin müəllifidir. 

 

Elmi yenilikləri

İlk dəfə olaraq  XX əsr Azərbaycan şairi Əlağa Vahidin qafiyə lüğətini işləyib hazırlamışdır.

İctimai əsaslarla apardığı vəzifələr

 

  1. Azərbaycan Respublikası Təhsil nazirliyi Milli Kurikulum Layihəsi işçi qrupunun üzvü
  2. Azərbaycan Respublikası Təhsil nazirliyi Qiymətləndirmə və Monitorinq Komissiyasının üzvü
  3. Azərbaycan Respublikası Təhsil nazirliyi Respublika Fənn Olimpiadası Azərbaycan dili və ədəbiyyatı fənni üzrə komissiyanın üzvü
  4. Azərbaycan Respublikası Təhsil nazirliyi Ali məktəblərin Akkreditasiyası və Nostrifkasiyası Komissiyasının eksperti
  5. ADPU “Xəbərlər” elmi-metodik jurnalı “Humanitar, ictimai  və pedaqoji-psixoloji elmlər” və “Riyaziyyat və təbiət fənləri” seriyalarının məsul katibi  məsul katibi

Mükafatlar

 

  1. I dərəcəli diplom - Azərbaycan Respublikası Təhsil Nazirliyi, 2003.
  2. Fəxri Fərman – Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı şəhər Təhsil İdarəsi, 2007.
  3. Fəxri Fərman – Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, 2009. Respublikası Təhsil Nazirliyinin fəxri fərman və mükafatları.
  4. Fəxri Fərman - Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyası, 2009.

 

Tədqiqat sahəsi

 

  • XX əsr Azərbaycan şairi Əlağa Vahidin sənətkarlığı məsələlərinin tədqiqi
  • Təhsil islahatları, Kurikulum layihəsi və müəllim hazırlığı
  • Müasir təlim metodlarının tətbiqi, təhsilin idarə olunması