шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

Azərbaycan dilçiliyi kafedrası

 Azərbaycan dilçiliyi kafedrası

 

 1 Nizami Xudiyev kaf m.prof  2. Mustafayeva Qızqayıtdos  3Yusifov Yusif dos  4 Nebi Eskerov dos  5İsrafilov Vaqif dos  6dos Hecer huseynova
Xudiyev Nizami
Kafedra müdiri
Professor 
 Mustafayeva Qızqayıt
Dosent
Yusifov Yusif
Dosent 
Əskərov Nəbi
Dosent 
 İsrafilov Vaqif
Dosent
Hüseynova Həcər
Dosent 
   7 b.mTerane Nagiyeva  7 b.m İrade Kerimova 8 b.m Xatire Aliyeva     
  Kərimova İradə
Baş müəllim  
Nağıyeva Təranə
Baş müəllim 
Əliyeva Xatirə
Baş müəllim 
   
           

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dilçiliyi kafedrası. 1943-cü ildə təşkil olunmuşdur. 1943-cü ildən 1979-cu ilə qədər Azərbaycan dilçiliyi kafedrasının müdiri prof.Ə.Dəmirçizadə, 1979-cu ildən 2009-cu ilə kimi prof.A.Qurbanov, 2010-cu ildən kafedraya prof.Nizami Manaf oğlu Xudiyev müdir təyin edilmiş və hal-hazıra kimi rəhbərlik edir.

Static göstəricilər(2016)

  • 2 nəfər professor
  • 1 nəfər filologiya üzrə elmlər doktoru, dosent
  • 5 nəfər filologiya üzrə fəlsəfə doktoru, dosent
  • 3 nəfər baş müəllim
  • 1 nəfər baş laborant

Elmi fəaliyyət

Azərbaycan dilçiliyi kafedrasının elmi işlərinin istiqaməti əsasən Ümumi dilçilik, Azərbaycan dilinin tarixi, Azərbaycan ədəbi dili tarixi, Azərbaycan dialektologiyası, Azərbaycan dilinin üslubiyyati, Azərbaycan onomalogiyasının əsasları, Dilçiliyə giriş, Nitq mədəniyyəti, Bədii mətnin linqvistik təhlili və s. ibarətdir.
Kafedranın elmi-tədqiqat problemi əsasən “Azərbaycan dilçiliyinin bütün sahəsinə dair dərin elmi-tədqiqat aparılması”dır.

  • ümumi dilçiliyin tədrisi probblemləri;
  • azərbaycan ədəbi dili tarixinin tədrisi problemləri:
  • üslubiyyatın tədrisi problemləri:
  • onomastika, leksikologiya və qrammatika problemləri:
  • Azərbaycan dialektologiyası problemləri

Kafedra üzvləri AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu, Bakı Dövlət Universitetinin Ümumi dilçilik, Slavyan Universiteti, Xarici Dillər Universiteti, Müəllimlər İnstitutu və başqaları ilə əməkdaşlıq edir. Kafedra üzvləri respublika və beynəlxalq konfranslarda maraqlı məruzələrlə çıxış edirlər. Son bir ildə kafedra əməkdaşlarının 5 monoqrafiyası, 4 dərs vəsaiti, 30-dan çox məqaləsi çap olunmuşdur.

Tədris işi

Tədris olunan fənlər

Bakalavr pilləsi üzrə

  1. Ümumi dilçilik (əsas kurs)
    • Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
  2. Azərbaycan dilinin tarixi
    • Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
  3. Azərbaycan dialektologiyası
    • Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
  4. Dilçiliyə giriş
    • Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
  5. Azərbaycan dilindən praktikum
    • Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
  6. SF: Azərbaycan ədəbi dili tarixi
    • Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
  7. SF: Azərbaycan dilinin üslubiyyatı
    • Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
  8. SF: Azərbaycan onomalogiyasının əsasları
    • Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
  9. SF: Nitq mədəniyyəti
    • Azərbaycan dili və ədəbiyyatı müəllimliyi

Kafedranın professor-müəllim heyəti bakalavr pilləsi üzrə filologiya fakültəsində yüksək səviyyədə mühazirələr oxuyur, laboratoriya və məşğələ dərsləri aparırlar.Bakalavr pilləsi ilə yanaşı olaraq kafedrada HSM- 040007 Dilşünaslıq (Ümumi dilçilik) istiqaməti üzrə magistr hazirlığı həyata keçirilir.

Kafedra üzrə tədris planlarında nəzərdə tutulmuş bütün fənlər üzrə tədris proqramları hazırlanmış və Elmi Şurada təsdiq edilmişdir. Bütün fənlər üzrə tədris mövcud təqvim-tematik planlara uyğun olaraq aparılır. Son illər kafedrada tədris olunan fənlərin dərslik və dərs vəsaitləri ilə təmin olunması sahəsində uğurlu addımlar atılmışdır. Belə ki, kafedra əməkdaşları tərəfindən xeyli tədris vəsaitləri hazırlanmış və tələbələrin istifadəsinə verilmişdir:

  • N.Xudiyev. Seçilmiş əsərləri. 2 cilddə, I-II cildlər, Bakı, 2012.
  • N.Əsgərov. Azərbaycan çay adlarının tarixi-linqvistik təhlili. Bakı, 2013.
  • M.Hüseynov. Janr, Zaman və Ədəbi qəhrəman. Bakı, 2012.

Xarici əlaqələr

Kafedra əməkdaşlarının əldə etdiyi elmi nəticələr dəfələrlə Türkiyədə və başqa xarici ölkələrdə keçirilən beynəlxalq elmi konfranslarda və simpoziumlarda məruzə edilmiş və elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.

Kafedra pasportu

  • Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının pasportu