шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

Müasir Azərbaycan dili kafedrası

 Müasir Azərbaycan dili  kafedrası

 

 

 

 1 MAHİRE HUSEYNOVA professor kaf m  1 Buludxan Xelilov  3.Professor iBRAHİM bAYRAMOV  4 cEFER cEFEROV professor  5 Mirvari ismayilova professor  6 dos.Sadar Zeynalov
 Hüseynova Mahirə
Kafedra müdiri
Professor
 Buludxan Xəlilov
Professor
Bayramov İbrahim
Professor 
Cəfərov Cəfər
Professor 
İsmayılova Mirvari
Professor 
 Zeynalov Sərdar
Dosent
 7 dosYegane Gehramanova  Könül Səmədova Dos  9.dos Elshad Abishov  10 Sevinc Sadigova dos  11 Minaxanum nazarova baş m  12 baş m Zamir tehmezov
Qəhrəmanova Yeganə
Dosent 
Səmədova Könül
Dosent  
Abışov Elşad
Dosent 
 Sadıqova Sevinc
Dosent
Nəzərova Minaxanım
Baş müəllim 
 Təhməzov Zamir
Baş müəllim

 

 

 

 

 

Müasir Azərbaycan dili kafedrası filologiya elmləri doktoru, professor Həsən Mirzəyevin təşəbbüsü və təklifi ilə 1989-cu ilin iyun ayında universitetin “Azərbaycan dilçiliyi” kafedrasının bazası əsasında yaradılmışdır. Həmin il filologiya elmləri doktoru, professor H.Mirzəyev “Müasir Azərbaycan dili” kafedrasına kafedra müdiri seçilmiş və 2015-ci ilə qədər rəhbərlik etmiş, hal-hazırda isə filologiya üzrə elmlər doktoru, professor Mahirə Hüseynova rəhbərlik edir.

Static göstəricilər(2018)

Əməkdaşların ümumi sayı - 13 nəfər

  • 5 nəfər – filologiya elmləri doktoru, professor
  • 4 nəfər – filologiya üzrə fəlsəfə doktoru, dosent
  • 2 nəfər - filologiya üzrə fəlsəfə doktoru, b/müəl
  • 1 nəfər - filologiya üzrə elmlər doktoru, dosent
  • 1 nəfər - b/laborant

Elmi fəaliyyət

Kafedrada 6 nəfər elmlər doktoru, 5 nəfər dosent, 6 nəfər filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Bu sahədə 400-dən çox məqalə və tezislər çap olunmuşdur. 100-dən çox monoqrafiya və 10-dan çox proqram çap olunmuşdur. Bir sıra beynəlxalq konfranslarda məruzələr etmiş və sertifikatlarla təltif olunmuşdurlar.

Tədris işi

Tədris olunan fənlər

Bakalavr pilləsi üzrə

  1. Müasir Azərbaycan dilinin fonetikasi
    • Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası
  2. Azərbaycan dilinin leksikologiyasi
    • Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası
  3. Müasir Azərbaycan dilinin morfologiyasi
    • Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası
  4. Müasir Azərbaycan dilinin sintaksisi
    • Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası
  5. Türk dillərinin müqayisəsi
    • Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası
  6. Müasir Azərbaycan dili
    • İngilis dili müəllimliyi ixtisası
    • Fransız dili müəllimliyi ixtisası
    • Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası
  7. SF: Azərbaycan dilində fel
    • Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası
  8. SF: Azərbaycan dili və nitq mədəniyyəti
    • İngilis dili müəllimliyi ixtisası
    • Fransız dili müəllimliyi ixtisası
    • Tarix müəllimliyi ixtisası
    • Fiziki tərbiyyə və çağırışaqədər müəllimliyi
    • İnformatika müəllimliyi ixtisası
    • Biologiya müəllimliyi ixtisası
    • Fizika müəllimliyi ixtisası

Kafedranın professor-müəllim heyəti bakalavr pilləsi üzrə Müasir Azərbaycan dili (Fonetika, Leksikologiya, Morfologiya, Sintaksis) fənnindən mühazirələr oxuyur, seminar dərsləri aparırlar. Bakalavr pilləsi ilə yanaşı olaraq kafedrada HSM 040001 Azərbaycan dili istiqaməti üzrə magistr hazırlığı həyata keçirilir. 
Kafedra üzrə tədris planlarında nəzərdə tutulmuş bütün fənlər üzrə tədris proqramları hazırlanmış və Elmi Şurada təsdiq edilmişdir. Bütün fənlər üzrə tədris mövcud təqvim-tematik planlara uyğun olaraq aparılır. Son illər kafedrada tədris olunan fənlərin dərslik və dərs vəsaitləri ilə təmin olunması sahəsində uğurlu addımlar atılmışdır. Belə ki, kafedra əməkdaşları tərəfindən çoxlu sayda tədris vəsaitləri hazırlanmış və tələbələrin istifadəsinə verilmişdir. Bunlara misal olaraq B.Xəlilov “Türkologiyaya giriş” (2013), Müasir Azərbaycan dilinin fonetikası (2007, 2013), Müasir Azərbaycan dilinin morfologiyası I hissə (2003), II hissə (2004, 2007), Müasir Azərbaycan dilinin leksikologiyası (2008), M.A.İsmayılova “Terminşünaslığın əsas məsələləri” (1999), “Terminologiyanın leksik-qarammatik məsələləri” (2007), C.Ə.Cəfərov “Nitq hissələrində keçid prosesləri” (1983), F.Məmmədli “Bədii dilin estetik mənbələri” (1997), K.Səmədova “Qərbi Azərbaycan – indiki Ermənistan etnotoponimlərinin arealları” (2008), Y.Ergin “Kitabi-Dədə Qorqud” dastanında feli təsriflənməyən formaları (2011) dərs vəsaitlərini və.s misal göstərmək olar.

Xarici əlaqələr

Kafedra əməkdaşları əldə etdiyi elmi nəticələr dəfələrlə bir sıra xarici ölkələrdə, o cümlədən Rusiyada, Özbəkistanda, Türkiyədə, İranda və başqa ölkələrdə keçirilən beynəlxalq elmi konfranslarda məruzə edilmiş və elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.

Kafedra pasportu

  • Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin Müasir Azərbaycan dili kafedrasının pasportu