шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

Fizika fakültəsi

Fizika - riyaziyyat  üzrə fəlsəfə doktoru,

ADPU– nun Fizika və Texnologiya

fakultəsinin dekanı,

Fizikanın tədrisi metodikası

kafedrasının dosenti

Iş telefonu:  (994) 124987584

E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 

Qısa bioqrafik məlumat

 7 mart 1967-ci ildə Qazax rayonunun Xanlıqlar(Musaköy) kəndində anadan olub.1984-cü ildə Xanlıqlar (Musaköy) kənd orta məktəbini əla qiymətlərlə bitirib.Evlidir. Bir oğlu, bir qızı var.

Təhsili, elmi dərəcəsi və elmi adları

Ali təhsillidir. 1992-ci ildə Bakı Dövlət Universitetinin “Fizika” fakültəsini bitirmiş və Bakı Dövlət Universitetinin rektorluğunun təqdimatı əsasında Təhsil Nazirliyinin təyinat bölgüsündə gənc mütəxəssis kimi Fizika fakültəsinin Ümumi fizika  kafedrasında saxlanılmışdır. 1997-ci ildə «KI və NaCl molekullarinin çətinəriyən metallarin (Ir, Re) üzərində səthi ionlaşmasi» mövzusunda namizədlik dissertasiyasını Bakı Dövlət Universitetində müdafiə edərək 01.04.07- Bərk cisim fizikası ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi adını almışdır. 2014-cü ildən Bakı Dövlət Universitetində 2211.01- bərk cisim fizikası ixtisası üzrə elmlər doktoru hazırlığının dissertantura yolu ilə doktorantıdır.

Əmək fəaliyyəti

  • ·1992-ci ildə təyinatla BDU-nun “Ümumi fizika və fizikanın tədrisi metodikası” kafedrasının baş laborantı vəzifəsinə təyin olunmuşdur.
  • ·1995-ci ildə BDU-nun “Ümumi fizika və fizikanın tədrisi metodikası“ kafedrasının aspirantı
  • ·1998-ci ildən həmin kafedrada saathesabı yolu ilə müəllimi
  • · 2003-cü ildən 0,5 ştat müəllim
  • · 2013-cü ildən tam ştat müəllim
  • · 2012-cü ildən-2016-cı ilədək Azərbaycan Turizm və Menecment Universiteinin “Təbiət elmləri və informasiya texnologiyaları” kafedrasının baş müəllimi, dosent əvəzi.
  • · 2016-cı il 4 noyabrda ADPU “Fizika və texnologiya” fakültəsinin dekanı təyin edilmişdir.
  • · 2017-cı ildən ADPU-nun “Fizikanın tədrisi metodikası” kafedrasının dosenti
  • · 16 oktyabr 2017-ci ildən ADPU “Fizika və texnologiya” fakültəsinin dekanı seçilmişdir.

Tədris etdiyi fənlər

 

Bakalavr:

  • · Ümumi fizika kursu
  • · Məktəb fizika kursunda məsələ həlli
  • · Ümumtəhsil kurikulumunun əsasları
  • · Məktəb fizika kursunun elmi əsasları
  • · Məktəb fizika eksperimenti

Magistr:

  • · Fizikanın tədrisi metodikasının tarixi və metodologiyası
  • · Optik holoqrafiya
  • · Bərk cisim lazerləri

Elmi yaradıcılığı

  • ·73 elmi məqalənin, 4 kitabın, 1 metodiki vəsaitin, 3 proqramın müəllifidir

Kadr hazırlığı  sahəsində fəaliyyəti

 6 magistrin elmi rəhbəri olmuşdur.

 Tədqiqat sahəsi:

Qrafit monotəbəqəsi ilə örtülmüş bəzi keçid və nadir metalların səthinə yad atomların adsorbsiyası zamanı səth –həcm sərhəddində baş verən fiziki-kimyəvi proseslərin tədqiqi

Elmi yeniliyi:

İlk dəfə olaraq, İr-C passiv səthinə palladium (Pd) atomlarını çökdürərək metal təbəqəsi və ya subtəbəqəsi yaratmaqla molekulların dissosiasiyasını təmiz səthdə olan dissosiasiyaya qədər artırılmasını, molekulların dissosiasiyasının səthin çıxış işindən deyil, səthin valent rabitələrinin aktiv və passiv olmasından asılılığını müəyyən etmişdir. Kalium atomlarının iridiuma, karbon atomlarının isə reniuma diffuziyası nəticəsində nümunələrin elektrik, optik və emissiya parametrlərinin dəyişdiyini göstərmişdir.

 Sertifikatlar

  • ·Azərbaycan Respublikası Təhsil Nazirliyi  və “Mədəd-Azərbaycan” təşkilatının birgə kecirdiyi “Ümumtəhsil kurikulumunun əsasları” treninqinin  1-ci dərəcəli setrtifikatı
  • · Paris Sorbonne Universitity, Abu-Dhabi “Communication Management and İnternationalization of Campus”. Sertificate.

Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı

 

  • · 2006. 24thEuropean  conference on surface science, ECOSS 24, Paris.
  • · 2007. VII Международная научная конференция «Химия твёрдого тела и современные микро- и наносистемы». Россия, Кисловодск, 17 -22cент.
  • · 2007. Kонференция Наноразмерные системы. НАНСИС 2007, 21-23 ноября 2007. Киев, Украина.
  • · 2008. 25th European Conference on Surface Science .ECOSS 25. Liverpool, July 27- August 2.
  • · 2010. Fizikanin  aktual  problemleri IV Respublika  Elmi Konfransı.Bakı .20 noyabr

 

Seçilmiş əsərləri

  • · Coadsorbtion of palladium atoms and Kİ molecules on a monolayer of carbon on Ir(111). European  conference on surface science, ECOSS  №24, Paris, 2006, p.131
  • ·Диффузия атомов na в Ir при облучении Ir-C потоком атомов Na.VII Международная научная конференция «Химия твёрдого тела и современные микро- и наносистемы». Россия, Кисловодск, 17 -22cент.2007г.  стр.95-96.
  • ·Исследование адсорбции и десорбции атомов самария на поверхности чистого  иридия Ir и с покрытием графита İr-C   VII Международная научная конференция «Химия твёрдого тела и современные микро- и наносистемы». Россия, Кисловодск, 17 -22cент.2007г.  стр.101-104
  • ·Адсорбция и начальные стадии конденсации самария на иридии, покрытом монослоем  графита.Украина, Киев конференция Наноразмерные системы. НАНСИС 2007, 21-23 ноября 2007.С4-23.
  • ·Diffusion of samarium in iridium from falling stream of atoms of samarium on iridium covered with monolayer of graphite.25th European Conference on Surface Science (ECOSS 25) Liverpool, July 27- August
  • ·Desorption of diffused samarium from iridium with monolayer of qraphite.Prosedinq abstrakts of ECOSS-26 .We-DIF-P-047 -2009.
  • ·Changes of electrical, optical and emission features of iridium covered with graphite tape at intensive diffusion of potassium atoms.http://gesj.internet-academy. org. ge/ru/ list_ artic_ru.php?b_sec=phys&issue=2009-06, p.84-86, 2009
  • ·Исследование адсорбции и десорбции атомов самария на поверхности иридия.Роcсия.  Микроэлектроника, 2009, т.38,№2,с.143-147
  • ·Адсорбция и десорбция атомов самария на поверхности иридия и иридия, покрытого монослоем графита. Журнал “Физика металлов и металловедениe”. Екатeринбург, 2009, том 109, вып.1, с.58-62
  • ·Samarium-atom adsorption and desorption on iridium. Russian Microelectronics 2009, Т. 38. № 2. С. 130-133.
  • ·Эмисионные параметры поверхности поликристаллического рения. Материалы международной научной конференции, посвященной 90-летию Бакинского Государственного Университета.2009,с.45.
  • ·The determination of the optimal degree of covering of Ba atoms on grapheme on Mo(100) 2010, 28th Europan Conference on Surface Scıence.Poster:car-02.
  • ·Диффузия самария  в иридий из падающего потока атомов самария на иридий, покрытый монослоем графита.Физика металлов и металловедение, 2010, том 109, № 4, с. 396-399
  • ·Эффект электрического переключения проводимости с памятью в структуре Ag-GeS: Nd-Ag.2017. Прикладная физика, 90-94
  • ·The structural and vibrational properties of Ni-doped chalcopyrite CuFeS2. 2018. Journal of Ovonic Research. Vol 14 (2), 165-169
  • ·Rb1−xCsxNO3 (x = 0.025, 0.05, 0.1) монокристаллы и их исследование методом высокотемпературной рентгенографии 2018.Физика и техника полупроводников 52 (6), 565-568. 2017
  • ·Недиссипативные токи в квантовой плёнке во внешнем магнитном поле. 2018. Металлофизика и новейшие технологии.c.147-154
  • · Electronic structure and density of states in hexagonal BaMnO3. 2018. Modern Physics Letters B, 32 (15)

Kitablar:

  • ·Ümumtəhsil kurikulumunun əsasları (mühazirələr toplusu), Dərs vəsaiti, Bakı. 2017.
  • ·Mayelər fizikasının əsasları. Dərs vəsaiti.Bakı. 2017
  • · Elektronika və mikroprosessor sistemləri. Dərs vəsaiti. Bakı, 2018
  • · Məktəb fizika eksperimenti. Dərs vəsaiti. Bakı, 2018