шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

Fizikanın tədrisi metodikası kafedrası

Fizikanın tədrisi metodikası kafedrası

 

 

 

 Cəlilova Sevinc Kaf müdiri1  Daşdəmirov Arzu lizadə Şükür professor2  liyev Natiq dosent3  Vahidov Tacəddin dosent4  Padarov Xəlil dosent5 
Cəlilova Sevinc
Kafedra müdiri 
Daşdəmirov Arzu
Dosent
Əlizadə Şükür
Professor 
 Əliyev Natiq
Dosent
Vahidov Tacəddin
Dosent 
Padarov Xəlil
Dosent 
liyeva Dilbər dosent6  Kərimov Əfqan dosent7   liyev Ağaxəlil baş müəllim8 Musayeva Gülşən baş müəl9  Haciyev Tofiq baş müəl10  Vəlibəyova Gülbəniz lab müdiri11 
Əliyeva Dilbər
Dosent 
Kərimov Əfqan
Dosent 
Əliyev Ağaxəlil
Baş müəllim 
 Musayeva Gülşən 
Baş müəllim
Hacıyev Tofiq
Baş müəllim 
Vəlibəyova Gülbəniz
Laboratoriya müdiri 
Məmmədova Lalə baş lab12           
Məmmədova Lalə
Böyük laborant 
         
           

 

 

 

Tarixi

     Fizikanın tədrisi metodikası bir elm kimi Azərbaycanda XX əsrin iyirminci illərində təşəkkül tapmağa başlamışdır. Bu elmin yaranması və inkişafında Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Dövlət Universiteti və Təhsil Problemlər İnstitutu böyük rol oynamışdır. Həmin illərdən görkəmli alimlər R.Məlikov, B.Mirzəyev, A.Abbaszadə, M.Abdullayev, Y.Dorfman, E.Lopuxin və başqaları fizikanın ali və orta məktəblərdə tədrisi metodikasına dair əvvəlcə rus dilində, otuzuncu illərdən isə Azərbaycan dilində dərslik, dərs vəsaiti, metodik tövsiyyələr, elmi - metodik məqalələr yazıb nəşr etdirdilər. ADPU-nun Fizika fakultəsinin Fizikanın tədrisi metodikası kafedrası 1946-cı ildə yaradılmış və Fizika - riyaziyyat fakultəsinin nəzdində "Fizika və riyaziyyatın tədrisi metodikası" adı ilə fəaliyyətə başlamışdır. 1955 - ci ildə fizikanın tədrisi metodikası müstəqil fəaliyyətə başlayır. Həmin dövrlərdə kafedrada iki tədris və iki təlimin texniki vasitələri laboratoriyaları yaradılır. Kafedraya ilk müdiri professor A.A.Abbaszadə olmuşdur. 1960-1975-ci illər ərzində dos.B.A.Şərifzadə, dos. T.Q.Xasməmmədov rəhbərlik etmişdir. 1975-2003 - cü illərdə kafedraya profesor S.İmanov rəhbərlik etmişdir. Bu dövrdə Ş.Əlizadə doktorluq, İ.İsmayılov, K.Həsənov, X.Padarov, R.Abdurazaqov, N.Məsimov, D.Əliyeva, Ə.Kərimov, Ş.Əhmədov, S.Cəlilova isə namizədlik dissertasiyaları müdafiə etmişlər. 2003 – 2017 – ci illərdə kafedraya dosent R.R.Abdurazaqov  rəhbərlik etmişdir.   Fizikanın tədrisi metodikası kafedrasına 2017 - ci ildən Cəlilova Sevinc Xazay qızı  rəhbərlik edir.

Strukturu

Kafedranın nəzdində aşağıdakı laboratoriyalar fəaliyyət göstərir:

 

 

Məktəb fizika eksperimenti laboratoriyası

Bu laboratoriyada nümayiş təcrübələri və məktəblərdə keçirilən frontal laboratoriya işləri icra olunur

Fizikanın tədrisində Yeni İnformasiyalar texnologiyası laboratoriyası

Bu laboratoriyada tələbələr fizika tədrisində fəal interaktiv təlim texnologiyasınının tətbiqində Yeni İnformasiyalar texnologiyası vasitələrindən istifadə etmək metodikasına yiyələnir

Static göstəricilər

  • Professor-müəllim heyəti:
    • 2 nəfər professor, elmlər doktoru
    • 1 nəfər dosent, elmlər doktoru
    • 7 nəfər dosent
    • 1 nəfər fizika üz.fəls.dok., baş müəllim
    • 2 nəfər baş müəllim
  • Tədris köməkçi heyəti:
    • 2 nəfər laboratoriya müdiri
    • 2 nəfər böyük laborant

Elmi fəaliyyət

Fizikanın tədrtisi metodikası “Ali və orta ümumtəhsil məktəblərində fizika kursunun quruluşu, məzmunu və tədrisi metodikasının təkmilləşdirilməsi” problemi üzrə “Fizikanın tədrisi metodikası və metodologiyası” istiqamətində uzun illərdiki elmi araşdırma aparır. Həmin araşdırmalar aşağıdakı mövzuları əhatə edir:

  1. Ümum orta təhsil məktəblərində fizikadan şagirdlərin praktik layihələr sisteminin müəyyənləşdirilməsi
  2. Fizika - 8 dərsliyinin elmi - metodik təhlili
  3. Ümumtəhsil məktəblərində fizikanın tədrisində “Fundamental fiziki təcrübələr və onların nümayişinin kompüter modeləri”
  4. Ümum orta təhsil məktəblərində fizika tədrisində şagirdlərin fəallaşdırılması
  5. Tam orta məktəbin fizika kursunda Saxlanma qanunları və onların tədrisi metodikası
  6.  Ümumtəhsil məktəblərində fizika tədrisində şagirdlərin ekoloji problemlər və onların həlli yolları ilə tanış edilməsi
  7.  Fizika kursunun tədrisində riyaziyyatdan istifadənin rolu

 

 Tədris olunan fənlər

Bakalavr pilləsi üzrə

  1. Fizikanın tədrisi metodikası
  2. Məktəb fizika kursunda məsələ həlli
  3. Məktəb fizika kursunun elmi əsasları
  4. SF: Fizikanın Tədrisdə Yeni İnformasiyalar texnologiyası
  1. 5. SF: Ümumitəhsil kurikulumun əsasları

Magistratura pilləsi üzrə

  1. Fizika təliminin müasir problemləri və texnologiyaları
  2. Fizikanın tədrisi metodikasının tarixi və metodologiyası
  3. Məktəb fizika kursunda fundamental fiziki nəzəriyyələrin tədrisi metodikası
  4. Fizikanın tədrisində ölçmə, dəyərləndirmə və qiymətləndirmə
  5. FTM – in elmi araşdırma texnologiyaları
  6. Məktəb fizika eksperimentinin müasir sistemi
  7. Fundamental fiziki anlayışların forşalaşdırılması
  8. Müxtəlif təhsil müəsisələrində fizikanın tədrisi metodikası
  9. SF:Fizikadan qeyri – standart məsələlərin həlli metodikası
  10. SF:Ali məktəblərdə fizikanın tədrisinin müasir texnologiyaları

Kafedra üzrə tədris planlarında nəzərdə tutulmuş bütün fənlər üzrə tədris proqramları hazırlanmış və Elmi şurada təsdiq edilmişdir. Bütün fənlər üzrə tədris mövcud təqvim-tematik planlara uyğun olaraq aparılır. Son illər kafedrada tədris olunan fənlərin dərslik və dərs vəsaitləri ilə təmin olunması sahəsində uğurlu addımlar atmışdır. Belə ki, kafedra əməkdaşları tərəfindən çoxlu sayda tədris vəsaitləri hazırlanmış və tələbələrin istifadəsinə verilmişdir.

 

Xarici əlaqələr

Uzun illər ərzində kafedranın əməkdaşları  keçmiş Sovetlər ittifaqının bir çox respublikalarının elmi mərkəzləri ilə əlqə saxlamışdırlar, elmi tədqiqat işləri aparmışdırlar. O cümlədən Türkiyə ilə sıx elmi əmədaşlıq əlaqələri qurmuşlar.

Kafedra pasportu