шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

Texnologiya və onun tədrisi metodikası kafedrası

Texnologiya və onun tədrisi metodikası kafedrası

 

 

 1Musayeva Səadət dos  2.Məmmədov Xankişi dos  3.Əliyeva Səkinə dos  4.İsmayılov Akif dos  5.Mustafayev Arif dos  6.Qasımov Niyazi dos
Musayeva Səadət
Kafedra müdiri
Dosent 
Məmmədov Xankişi
Dosent 
 Əliyeva Səkinə
Dosent
 İsmayılov Akif
Dosent
Mustafayev Arif
Dosent 
Qasımov Niyazi
Dosent 
     9.Əlirza Əyubov baş m  10.Quliyev Ədalət baş m  11.Həmidova Ofeliya b.m  12Əliyev Qacay baş m
    Əyubov Əlirza
Baş müəllim 
Quliyev Ədalət
Baş müəllim 
Həmidova Ofeliya
Baş müəllim 
 Əliyev Qaçay
Baş müəllim
 13.Teymurova Əsbət baş m  14.Haqverdiyeva Aybəniz m  15.İbrahimova Sevinc m  16.İsayev Qabil m  17.Məmmədova Rəna m  18.Mehdiyeva Təranə m
 Teymurova Əsbət
Baş müəllim
Haqverdiyeva Aybəniz
Müəllim 
 İbrahimova Sevinc
Müəllim
İsayev Qabil
Müəllim 
 Məmmədova Rəna
Müəllim
 Mehdiyeva Təranə
Müəllim
 19.Abdulov Şükür m  20Məmmədov İsrail b.m  21.Hüseynova Sənayə lab m  20 Xəlilova Tükəzban lab m  22.Əhmədova Elmira b.lab 23.Yolçuyeva Təhminə böy l 
 Abdulov Şükür
Müəllim
Məmmədov İsrail
Müəllim 
Hüseynova Sənayə
Laboratoriya müdiri 
Xəlilova Tükəzban
Laboratoriya müdiri 
Əhmədova Elmira
Böyük laborant 
Yolçuyeva Təhminə
Böyük laborant 
     24.Əzizova günel b.l  25.Hümbətova Nigar lab    
    Əzizova Günel
Böyük laborant 
Hümbətova Nigar
Laborant 
   

 

 

 

 

Azərbaycan Dövlət Pedaqoji Universtetinin “Texnologiya və onun tədrisi metodikası” kafedrası “İstehsalatın əsasları” adı ilə 1957-cı ildə Fizika fakültəsinin nəzdində yaradılmışdır. 1971-ci ildə kafedra iki sərbəst kafedraya bölünmüşdür: “Ümumi texniki fənlər” və “Materiallar texnologiyası və onun tədrisi metodikası”. Fakültənin nəzdində 1974-cü ildə yeni kafedra - “Elektroradiotexnika” kafedrası yaradılmışdır. 1986-ci ildən “Ümumi texniki fənlər” və “Materiallar texnologiyası və onun tədrisi metodikası”kafedraları birləşdirilmiş, 1994-cü ildə isə bu kafedra iki yerə bölünərək “İstehsalatın əsasları və “Maşınşünaslıq” kafedraları kimi fəaliyyət göstərmişdir. 2013-cü ildə “Maşınşünaslıq” kafedrası ilə “Elektroradiotexnika” kafedraları birləşərək “Ümumtexniki fənlər” kafedrası yaradıılmış, 2016-cı ildə isə “İstehsalatın əsasları” kafedrası ilə “Ümumtexniki fənlər” kafedrası birləşdirilərək “Texnologiya və onun tədrisi metodikası” kafedrası fəaliyyətə başlamışdır. Müxtəlif illərdə kafedralara prof.K.D.Hüseynov, dos.A.Ə.Məmmədov, dos.Ş.H.Əhmədova, dos.S.İ.Abdullayev, prof.H.İ.Həşimov, dos.Ə.Ağalarov, dos.S.M.Musayeva, dos.N.V.Qasımov, dos.A.İ.İsmayıliov rəhbərlik etmişdir. Hazırda kafedra “Texnologiya və onun tədrisi metodikası” adı altında müstəqil fəaliyyət göstərir və kafedraya dosent S.M.Musayeva rəhbərlik edir.

Strukturu

Kafedranın nəzdində aşağıdakı laboratoriya və emalatxanalar  fəaliyyət göstərir:

  1. Kulinariya
  2. Tikiş texnologiyası
  3. Metalların kəsilməsi, dəzgah və alətlər
  4. Kənd təsərrüfatı texnologiyası və nəqliyyat vasitələri
  5. Konstruksiya materialları texnologiyası
  6. Elektrotexnika, radiotexnika və avtomatikanın əsasları
  7. Maşınşünaslığın əsasları, hidravlika və tətbiqi mexanika
  8. Qrafika, elektron texnologiyalarından istifadənin əsasları və elektrik ölçmələri
  9. Seçmə fənn və texniki yaradıcılıq

Emalatxanalar:

  1. Metal emalı emalatxanası
  2. Ağac emalı emalatxanası

Fənn kabineti:

  1. Metodika kabineti

Kulinariya laboratoriyası

Tədris prosesində aşağıdakı  laboratoriya işləri icra olunur:

  1. Tərəvəzlərin ilkin emalı və yarımfabrukatların hazırlanması. Tərəvəz yeməklərinin hazırlanması texnologiyası
  2. Məhsulların isti emalı üsullarının həyata keçirilməsi
  3. Yarma, paxla və makaron məmulatlarından kökələrin hazırlanması
  4. Yumurta və kəsmikdən  xörəklərin hazırlanması
  5. Kəsmikli kökənin hazırlanması
  6. Ət və ət məhsullarından xörəklərin hazırlanması
  7. Balığın suda və buxarda bişirilməsi
  8. Ev və ov quşlarından yeməklərindən hazırlanması
  9. Soyuq xörəklərin və qəlyanaltıların hazırlanması
  10. Şorbaların hazırlanması
  11. Sousların hazırlanması
  12. Südlü xörəklərin hazırlanması
  13. Buterbrod və qamburqerin hazırlanması
  14. İsti və soyuq içkilərin hazırlanması (çay, qəhvə, kakao)
  15. Xəmir xörəklərinin hazırlanması və süfrəyə verilməsi
  16. Şirin xörəklərin hazırlanması və süfrəyə verilməsi
  17. Biskvit və tortların hazırlanması
  18. Qutab, kətə və pirajkinin hazırlanması və süfrəyə verilməsi
  19. Pəhriz yeməklərinin hazırlanması
  20. Uşaq yeməklərinin hazırlanması
  21. Mürəbbə, cem və kompotların hazırlanması
  22. Tərəvəzlərin konservləşdirilməsi

Tikiş texnologiyası laboratoriyası

Tədris prosesində aşağıdakı  laboratoriya işləri icra olunur:

  1. Tikiş haqqında məlumat.İş yerinin təşkili və təhlükəsizlik texnikası qaydaları
  2. Əl ilə tikərkən lazım olan ləvazimatlar və əl işlərinin yerinə yetirilməsi
  3. Tikiş maşınlarının quruluşu və işə hazırlanması texnikası
  4. Paltarın nəm, isti halda emalı
  5. Önlük və papağın çertyojunun  qurulması
  6. Müxtəlif növ yubkaların çertyojunun qurulması texnologiyası
  7. Gecə köynəyinin çertyojunun qurulması texnologiyası
  8. Xalatın çertyojunun qurulması texnologiyası
  9. Koftanın çertyojunun qurulması texnologiyası
  10. Uzun şalvarın çertyojunun qurulması texnologiyası
  11. Qısa şalvarın çertyojunun qurulması texnologiyası
  12. Paltarın (donun) hazırlanması texnologiyası
  13. Tikiş maşınında emal texnologiyası
  14. Toxuma texnologiyası
  15. Qayış tikmə texnologiyası

Metalların kəsilməsinin əsasları laboratoriyası

Tədris prosesində aşağıdakı  laboratoriya işləri icra olunur:

  1. Alət mikroskopu vasitəsilə yivin addımının təyini
  2. Alət mikroskopu vasitəsilə yivin diametrinin təyini
  3. Şaquli optimetrlə səthin kələkötürlüyünün təyini
  4. Üfüqi optimetrlə səthin kələkötürlüyünün təyini
  5. Tokar kəskilərinin həndəsi parametrlərinin təyini
  6. Spiral burğuların həndəsi parametrlərinin təyini
  7. Slindrik frezlərin həndəsi parametrlərinin təyini
  8. Bölücü başlıqla bölgülərin aparılması
  9. Tokar (TV-4) dəzgahının texniki xarakteristikasının öyrənilməsi
  10. Burğu (HC-12) dəzgahının texniki xarakteristikasının öyrənilməsi
  11. Frez dəzgahının texniki xarakteristikasının öyrənilməsi
  12. İtiləmə dəzgahının texniki xarakteristikasının öyrənilməsi
  13. Proqramla idarə olunan dəzgahının texniki xarakteristikasının öyrənilməsi
  14. Yonmada kəsmə rejimi elementlərinin seçilməsi və hesablanması
  15. Burğulamada kəsmə rejimi elementlərinin seçilməsi və hesablanması
  16. Frezləmədə kəsmə rejimi elementlərinin seçilməsi və hesablanması
  17. Pardaqlamada kəsmə rejimi elementlərinin seçilməsi və hesablanması
  18. Tokar kəskilərinin quruluşu və tətbiq sahələrinin öyrənilməsi
  19. Burğuların quruluşu və tətbiq sahələrinin öyrənilməsi
  20. Frezlərin quruluşu və tətbiq sahələrinin öyrənilməsi
  21. Abraziv materialların quruluşu və tətbiq sahələrinin öyrənilməsi
  22. Yonqarların növləri, yığışması, öyrənilməsi.Yığışma əmsalının təyini  
  23. Kəsmə temperaturunun  təyini üsulları 

Kənd təsərrüfatı texnologiyası və nəqliyyat vasitələri 

                

Tədris prosesində aşağıdakı  laboratoriya işləri icra olunur:

  1. Şum aqraqatının işə hazırlanması və nizamlanması
  2. Kotanların quruluşu və işinin öyrənilməsi
  3. Gübrəsəpən maşınlar
  4. Səpən və basdıran maşınların quruluşunun öyrənilməsi
  5. Dənli taxıl toxumlarının səpin normasının təyini
  6. Kənd təsərrüfatı bitkiləri ziyanvericilərinə, alaq otlarına qarşı mübarizə (çiləyici maşınlar)
  7. Gübrənin tərkibi, hektara verilən gübrə normasının təyini
  8. Traktor otbiçənin quruluşunun öyrənilməsi, işinin nizamlanması
  9. Taxılyığan kombaynların quruluşunun öyrənilməsi və nizamlanması
  10. Qarğıdalı yığan maşınların quruluşunun öyrənilməsi
  11. Pambıqyığan maşınların quruluşunun öyrənilməsi
  12. Yemhazırlayan və yığan maşınların quruluşunun öyrənilməsi
  13. Torpağın hidroskopik nəmliyinin təyini
  14. Traktorun  dartı xarakteristikasının təyini

Konstruksiya materialları texnologiyası laboratoriyası

Tədris prosesində aşağıdakı  laboratoriya işləri icra olunur:

  1. Makroskopik analiz üsulu ilə metal və ərintilərin quruluşunun təyini
  2. Mikroskopik analiz üçün mikroşlifin hazırlanması
  3. MİM- 8 metalloqrafik mikroskopu ilə tanışlıq
  4. Polad kürəciyi batırmaqla bərkliyin təyini
  5. Almaz konusu batırmaqla bərkliyin təyini
  6. Metalların kristallaşma prosesinin tətqiqi
  7. Metalların müqavimətinin temperatur asılılığının təyini
  8. İkili ərintilərin diaqramlarının termiki üsulla qurulması
  9. Çuqunların mikrostruktur analizi
  10. Dəmir-beton ərintilərinin hal diaqramının qurulması və xarakteristikası
  11. Termiki emalın karbonlu poladların strukturasına və xassələrinə təsirinin öyrənilməsi
  12. Karbonlu poladların termiki emalının öyrənilməsi
  13. Poladların böhran nöqtələrinin temperaturunun təyini
  14. Əlvan metallar və ərintilərin mikroanalizi
  15. Ağac materiallarının nəmliyinin təyini
  16. Ağac materiallarının bərkliyinin təyini
  17. Qaynaqlanmış və lehimlənmiş birləşmələrin mikrostrukturunun öyrənilməsi

Elektrotexnika, radiotexnika və avtomatikanın əsasları laboratoriyası

Tədris prosesində aşağıdakı  laboratoriya işləri icra olunur:

  1. K 4822-2 tipli laboratoriya qurğusunun öyrənilməsi
  2. İşlədicilərin ardıcıl birləşdirilməsi və Om qanununa əsasən hər bir işlədicidə gərginlik düşgüsünün yoxlanılması 
  3. İşlədicilərin paralel birləşdirilməsi və Kirxhofun 1 qanununun yoxlanılması
  4. Ampermetr və voltmetrin yoxlanılması
  5. Voltmetrin yoxlanılması
  6. Birfazalı dəyişən cərəyan dövrəsində iş və gücün təyini
  7. Aktiv və induktiv müqavimətli birfazalı dəyişən cərəyan dövrəsinin tətqiqi
  8. Aktiv  və tutum  müqavimətli birfazalı dəyişən cərəyan dövrəsinin tətqiqi
  9. Aktiv, induktiv və tutum müqavimətli ardıcıl birləşmiş dövrənin tətqiqi (gərginliklər rezonansı)
  10. İnduktiv və tutum müqavimətləri paralel birləşdirilmiş dövrənin tətqiqi (cərəyanlar rezonansı)
  11. Üçfazalı dövrədə ulduz  birləşmə
  12. Üçfazalı dövrədə üçbucaq birləşmə
  13. Üçfazalı dəyişən cərəyan dövrələrində gücün ölçülməsi
  14. Ampermetr və voltmetr üsulu ilə müqavimətin təyini
  15. Ardıcıl, paralel və qarışıq birləşdirilmiş akkumulyatorlar dövrəsinin tətqiqi
  16. Birfazalı transfarmatorların sınanması
  17. Gərginlik ölçü transfarmatorunun öyrənilməsi
  18. Cərəyan ölçü transfarmatorunun tətqiqi
  19. Birfazalı  asinxron mühərrikin tətqiqi
  20. Üçfazalı  asinxron mühərrikinin məsafədən idarə edilməsinin öyrənilməsi
  21. Sabit cərəyan maşınlarının öyrənilməsi
  22. İkielektrodlu elektron lampasının tədqiqi
  23. Triodun statik rejiminin  tədqiqi
  24. Triodun dinamik rejiminin  tədqiqi
  25. Pentodun statik rejiminin  tədqiqi
  26. Stablitronun  tədqiqi
  27. Cərəyan stabilizatorunun tədqiqi
  28. Yarımkeçirici diodun tədqiqi
  29. Ümumi emitterli tranzistorun  tədqiqi
  30. LRS-I tipli laboratoriya stendinin öyrənilməsi
  31. CL-5 tipli impuls sinxroskopunun öyrənilməsi
  32. Elektron generatorlarının öyrənilməsi
  33. Paralel rəqs konturunun tətqiqi
  34. Ardıcıl rəqs konturunun tətqiqi
  35. Rabitəli rəqs konturunun tətqiqi
  36. Aşağı və yuxarı tezlik süzgəclərinin tətqiqi
  37. Diod məhdudlaşdırıcılarının tətqiqi
  38. Sadə detektorlu radioqəbuledici
  39. Termoelementin dərəcələnməsi və termoelektrik hərəkət qüvvəsinin təyini
  40. Yarımkeçirici stabilitronun tədqiqi
  41. Varistorun tədqiqi
  42. Körpü ölçü sxemli düzləndiricinin tədqiqi
  43. Sadə parametrik gərginlik stablizatorunun  tədqiqi
  44. İkiyarımperiodlu düzləndiricinin tədqiqi
  45. Potensiometrik vericinin tədqiqi
  46. Tranzistorlu multvibratorun tədqiqi
  47. Müqavimət termometrinin tədqiqi
  48. Alçaq tezlikli tranzistorlu  e.h.q.-nin təyini
  49. Tranzistorda qurulmuş əks əlaqəli gücləndiricinin tədqiqi
  50. Relelərin öyrənilməsi
  51. Tipik siqnalların modelləşdirilməsi
  52. SİMULİNK paketindən istifadə etməklə idarəetmə sisteminin modelləşdirilməsi

Əməyin mühafizəsi və təhlükəsizliyi

  1. Tədris müəssisəsində baş vermiş bədbəxt hadisənin araşdırılması və H-1 aktının tərtib edilməsi
  2. Travmatizmin əsas göstəriciləri
  3. Tədris binasında meteoroloji şəraitin tədqiqi
  4. Tədris və tədris istehsalat binasında işıqlanmanın təyini
  5. Süni işıqlanmanın hesablama üsulları (metodları)
  6. Tədris emalatxanasında elektrik təhlükəsizliyi qaydalarının öyrənilməsi
  7. Elektrik cihazlarının qızdırıcı elementlərinin izolyasiyasının keyfiyyətinin müəyyən edilməsi
  8. Mühafizə torpaqlayıcısının müqavimətinin ölçülməsi
  9. OXP və ON-markalı əl yanğınsöndürənlərin quruluşu və iş prinsiplərinin öyrənilməsi
  10. Yanğın zamanı adamların köçürülməsi planı və ona aid təlimatın verilməsi

Maşınşünaslığın əsasları, hidravlika və tətbiqi mexanika laboratoriyası

Tədris prosesində aşağıdakı  laboratoriya işləri icra olunur:

  1. Açıq,düz və çəpdişli slindrik çarx ötürməsinin hesablanması
  2. Qapalı,düz və çəpdişli slindrik çarx ötürməsinin hesablanması
  3. Düz və çəpdişli konusvari çarx ötürməsinin hesablanması
  4. Dişli çarx ötürməsinin tədqiqi
  5. Qayış ötürməsinin tədqiqi
  6. Valların böhran fırlanma sürətinin təyini
  7. Sürüşmə yastıqlarının  tətqiqi
  8. Diyirlənmə yastıqlarının  tətqiqi
  9. Natural nümunə üzrə dişli çarx reduktorunun öyrənilməsi
  10. Natural nümunə üzrə sonsuz vint reduktorunun öyrənilməsi
  11. Dişli çarx və sonsuz vint reduktorlar açan f.i.ə. təyini
  12. Natural nümunə üzrə sürət variatorlarının öyrənilməsi
  13. Müxtəlif profilliyi olan vint ötürməsi üçün f.i.ə.təyini
  14. Val-oymaq zəmanətli gərilmə ilə olan birləşmələrin tədqiqi
  15. Müşahidələr və oturtmalar sisteminin analitik öyrənilməsi
  16. Bölgülü ölçü alətlərinin verilmiş nümunə əsasında praktik öyrənilməsi
  17. Lingli-optik cihazların praktik öyrənilməsi 
  18. Lingli-mexanik cihazların praktik öyrənilməsi 
  19. Səthin kələ-kötürlülüyünə və dəqiqliyinə nəzarətin öyrənilməsi
  20. İşçi manometrin yoxlanılması
  21. Hidrostatik təzyiqin ölçülməsi
  22. Özlülüyün təyini
  23. Presləmə qüvvəsinin təyini
  24. Mayenin hərəkət rejimlərinin təyini
  25. Reynolds ədədinin böhran qiymətlərinin təyini
  26. Uzununa müqavimət əmsalının təyini
  27. Yerli müqavimət əmsalının təyini
  28. Bernulli tənliyinin təcrübi tədqiqi
  29. Sabit basqıda nazik divarlı kiçik dəlikdən mayenin axması
  30. Venturi sərfölçəninin sərf əmsalının təyini
  31. Kürəkli nasosların əsas xarakteristikalarının hesablanması
  32. Sadə nasos qurğusunun hesablanması
  33. Hidravlik zərbə zamanı təzyiq artımının təyini
  34. Sadə boru kəmərinin hesablanması
  35. Dartılma deformasiyasının tədqiqi
  36. Sıxılma deformasiyasının tədqiqi
  37. Sürüşmə deformasiyasının tədqiqi
  38. Materialların əyilməyə sınanması
  39. Dairəvi en kəsikli brusların burulma deformasiyasının tədqiqi
  40. Əyilmə deformasiyasının tədqiqi
  41. Boyuna əyilmədə böhran qüvvəsinin eksperimental yoxlanması
  42. Mexanizmlərin struktur təhlili və təsnifatı
  43. Yastı mexanizmlərin planlar metodu ilə kinematik tədqiqi
  44. Diaqramlar metodu ilə yastı mexanizmlərin kinematik tədqiqi
  45. Yumruqlu mexanizmlərin kinematik tədqiqi və sintezi
  46. Evovalent dişli çarx ötürməsinin əsas parametrləri və onların ölçməklə təyin edilməsi
  47. Dişli çarx mexanizmləri üçün ötürmə nisbətinin təyin edilməsi
  48. Yuvarlatma metodu ilə  çarxın dişlərinin evolvent profillərinin qurulması
  49. Vint cütünün faydalı iş əmsalının təyin edilməsi
  50. Mexanizmlərin qüvvə təhlili
  51. Fırlanan kütlələrin statik müvazinətləşdirilməsi  
  52. Fırlanan kütlələrin (rotorların) dinamik balanslaşdırılması
  53. Temperatur və təzyiqin ölçülmə üsulları
  54. Divarın istilikkeçirmə əmsalının öyrənilməsi
  55. DYM-nin f.i.ə-nin hesablanması
  56. DYM-nin istilik balans tənliyinin hesablanması
  57. Su buxarı üçün TS-diaqramın qurulması
  58. Yanacağın yanması üçün lazım olan havanın miqdarının hesablanması
  59. Reaktiv mühərriklərin gücünün və dartı qüvvəsinin hesablanması
  60. Yanacağın istiliktörətmə qabiliyyətinin öyrənilməsi
  61. İstilikdəyişdiricilərdə istilik balans tənliyin hesablanması
  62. İstilikdəyişdiricilərdə səthin hesablanması
  63.  İstilik elektrik stansiyalarında texnoloji sxeminin  öyrənilməsi
  64. AES-in maketdə sxeminin öyrənilməsi
  65. Aktiv və reaktiv turbinlərin maketdə sxeminin  öyrənilməsi

Qrafika, Elektron texnologiyalarından istifadənin əsasları və Elektrik ölçmələri laboratoriyası (seçmə fənlər də daxildir)

Tədris prosesində aşağıdakı  laboratoriya işləri icra olunur:

  1. Vakkum fotoelementinin tətqiqi
  2. Fotorezistorun tətqiqi
  3. Fotodiodun tətqiqi
  4. Keçirici materialların elektrik xassələrinin öyrənilməsi
  5. Ferromaqenetiklərin xassələrinin tətqiqi
  6. Bərk dielektriklərin xüsusi elektrik müqavimətlərinin təyini (bilavasitə meyl etmə üsulu, kondensator doldurulma üsulu)
  7. Qaz dielektriklərinin elektrik deşilməsinin tədqiqi
  8. Maye dielektriklərinin fiziki və kimyəvi xassələrinin təyini
  9. UM-12 tipli laboratoriya maketinin öyrənilməsi
  10. 155 seriyalı inteqral məntiqi elementlərinin tətbiqi
  11. UM-13 tipli cəmləyicinin öyrənilməsi
  12. Məntiq elementlərinin parametrlərinin öyrənilməsi
  13. Yarımkeçirici stabilizatorun tədqiqi
  14. Deşifratorun  tədqiqi
  15. Reqistrin tədqiqi
  16. Tranzistorlu  açarların tədqiqi
  17. Elektron sayğacların tədqiqi
  18. K-33 tipli mikrokalkulyatorun tədqiqi
  19. İnventor əməliyyatının öyrənilməsi
  20. Rezistor gərginlik gücləndiricisi sxeminin təhlili
  21. Güc gücləndiricisi gərginlik sxeminin təhlili
  22. Ümumi bazalı gücləndirmə pilləsinin təhlili
  23. Rezonans gücləndiricisinin təhlili
  24. Əməliyyat gücləndirmə sxeminin təhlili
  25. Bir iki yarımperiodlu düzləndirmə sxemlərinin təhlili
  26. Üçfazalı düzləndirmə sxemlərinin təhlili
  27. Parametrik stabilizatorun  sxeminin təhlili
  28. Kompensasiyalı stabilizator sxeminin təhlili
  29. Ümumi emitterli gücləndiricinin sxeminin təhlili
  30. Ümumi kollektorlu gücləndirmə pilləsinin sxeminin təhlili
  31. Gərginlik gücləndiricisinin sxeminin təhlili
  32. Gərginlik çoxaldıcılarınınsxeminin təhlili
  33. Cərəyan gücləndirmə pilləsinin təhlili
  34. İki yarımperiodlu düzləndirmə sxeminin təhlili
  35. Antenanın istiqamətləndirmə əmsalının ölçülməsi
  36. İstiqamətləndirmə əmsalının mütləq üsulla ölçülməsi
  37. İstiqamətləndirmə əmsalının nisbi üsulla ölçülməsi
  38. Dalğaötürən traktı elementlərinin öyrənilməsi
  39. Atteniatorun iş prinsipinin öyrənilməsi
  40. Vibratorlu UQD antennanın tədqiqi
  41. İstiqamətlənmiş dalğaötürən ayrıcılar
  42. Dairəvi Volpert dioqramının öyrənilməsi
  43. İfrat yüksək tezlikli körpü sxeminin təhlili
  44. Düzbucaqlı dalğaötürən üzərində açılmış sinfaz coxyarıqlı antena-qəfəsinin tətqiqi
  45. Antenanın doydurucu xətlə dar zolaqlı
  46. Mikroskop vasitəsilə şüşənin sındırma əmsalının təyini
  47. Mayelərin sındırma əmsalının Abbe refraktometri vasitəsilə təyini
  48. Antenanın doydurucu xətlə dar zolaqlı razılaşmanın tədqiqi
  49. Əqrəbli qalvonometrin sabitliyinin təyini
  50. Güzgülü qalvonometrin kritik müqavimətinin cəhətinin təyini
  51. Maqnitoelektrik sistemli cihazın dərəcələrə bölünməsi
  52. Texniki ampermetrin yoxlanılması
  53. Texniki voltmetrin yoxlanılması
  54. Texniki vattmetrin yoxlanılması
  55. Nümunəvi ampermetrin yoxlanılması
  56. Birqat körpü vasitəsilə müqavimətlərin ölçülməsi
  57. Yerlə birləşmə və izolyasiya müqavimətlərin ölçülməsi
  58. İnduktivlik və tutumun dəyişən cərəyan körpüsün vasitəsilə ölçülməsi
  59. İnduksiya sayğacının yoxlanması və tənzim edilməsi
  60. Yüksək gərginlikli üçfazalı cərəyann dövrəsində gücün ölçülməsi
  61. Rəqəmli ölçü cihazlarının ölçmə hədləri və həssaslıq həddinin təyini
  62. İnformasiya ölçmə sxemlərinin öyrənilməsi
  63. Maqnit seli və induksiya təyini
  64. Vattmetr üsulu ilə histerfis və burulğanlı cərəyanlar itkisinin təyin edilməsi

Oduncaq emalı emalatxanası

Tədris prosesində emalatxanada aşağıdakı işlər icra olunur:

  1. Nəzarət ölçü alətlərinin əsas növlərinin xarakteristikası və onun tədbiqi qaydaları.Texnoloji sənədlər haqqında əsas məlumatların öyrənilməsi
  2. Nişanlama və ölçü alətləri, onların quruluşu, istifadə etmə qaydaları
  3. Nişanlama üçün  ölçü ləvazimatının seçilməsi.Oduncaq pətahın səthləri karandaş və bizdən istifadə edərək onun üzərində düz və əyri xəttin çəkilməsi
  4. Yerinə yetiriləcək işdən asılı olaraq mişar növlərinin seçilməsi.Praktik işlərin aparılması, dülgər dəzgahında bərkidilməsi
  5. Praktik işlərin aparılması (mətbəx taxtası, bucaqlıq, oxlov, pəncərə çərçivəsi)
  6. Emal olan detalların formasından və ölçüsündən asılı olaraq rəndə alətlərinin seçilməsi, bərkidilməsi və iş üçün hazırlanması
  7. Paltar asqısı, gül dibçəyi, taburetkanın hazırlanması texnologiyası
  8. Yerinə yetiriləcək işlərdən asılı olaraq isgənələrin seçilməsi
  9. Quş yuvasının hazırlanması texnologiyasında burğu alətinin seçilməsi, yerləşdirilməsi və bərkidilməsi
  10. Hazır hissələrin qalınlıqlarından asılı olaraq   mismark növlərinin seçilməsi və yapışqan məhlullarının seçilməsi və istifadə qaydası
  11. Hazır olan detalların birləşdiriləcək hissələrinin qalınlıqlarından asılı olaraq zvana birləşməsi
  12. Oduncaq pəstahların müstəvi səthlərinin iki ağızlı rəndə, yeyə və sumbata kağızı ilə təmizlənməsi
  13. Çəkiş dəstəyinin hazırlanması texnologiyası.Bədii oyma və yandırma üsulu ilə müxtəlif bəzək əşyalarının hazırlanması texnologiyası
  14. Oduncağın mexaniki emalı.Tətbiq edilən dəzgahlara qulluq qaydaları və tanışlıq
  15. Oduncaq pəstahların dairəvi mişar dəzgahlarında emalı, yerinə yetiriləcək işdən asılı olaraq kəsmə rejiminin seçilməsi.Təhlükəsizlik texnikası qaydaları
  16. Oduncaq pəstahların rəndə dəzgahında emalı.Praktik işlərin aparılması
  17. Oduncaq pəstahların burğu dəzgahlarında emalı.Praktik işlərin aparılması
  18. Oduncaq pəstahların torka dəzgahlarında emal üsulu.Praktiki işlərin aparılması

Metal emalı emalatxanası

Tədris prosesində  emalatxanada aşağıdakı işlər icra olunur:

  1. Nazik təbəqə metalların nişanlanma tavası üzərində, müxtəlif bucaq altında xətlərin çəkilməsi
  2. Əymə əməliyyatının köməyi ilə məmulatların hazırlanmasında istifadə olunan pəstahların məngənədə və tərtibatların köməyi ilə əyilməsi və düzəldilməsi.Praktik işlərin aparılması
  3. Metalların məngənədə bərkidilməsi.Cızan, bucaqlığın və qıfıl həncamasının hazırlanma texnologiyası
  4. Əl qayçısı, lingli və elektrik qayçısı ilə nazik təbəqə metalın müxtəlif nişan, xətlər boyunca kəsilməsi.Praktik işlərin aparılması
  5. Məngənədə bərkidilmiş təbəqə metalın əl pıçqısı ilə kəsilməsi. Praktik işlərin aparılması
  6. Metalın çapılması vaxtı kəsici və zərbəçi alətlərinin əldə tutulması qaydası və işçinin duruş vəziyyəti.Çapmada praktik işlərin aparılması
  7. Yeyənin əldə tutulması və işçinin duruş qaydası, müstəvi və fasonlu səthlərin yeyənlənməsi
  8. Əllə daxili və xarici yivlərin kəsilməsi.Yivlər haqqında məlumat., boltun kəsilməsi
  9. Məmulatların səthlərinin lehinləmə üçün hazırlanması.Lehimləmə alətlərin yumşaq və bərk lehimlərlə aparmaq üçün hazırlanması
  10. Sürtmə və çatdırma əməliyyatları üçün abraziv ovuntuların seçilməsi və istifadəsi
  11. Torna dəzgahlarının hissələrinin öyrənilməsi.Surətlər qutusunun Surətlər qutusunun dövrlər sayının tənzimlənməsi.Veriş qutusunun hərəkətinin ötürülməsi.Kəskinin bərkidilməsi
  12. Pəstahların üçrumluqlu özümərkəzləyən patronda və arxa aşığın pinolunda bərkidilməsi, oxunun hazırlanması texnologiyası. Praktik işlərin aparılması
  13. Patronda bərkidilmiş pəstahların pilləli valin əl və mexaniki verişdən istifadə etməklə yonulması. Praktik iş.Texnoloji xəritənin tərtibi
  14. Emal növünə müvafiq olaraq pilləli valin yonulmasında kəsici alətlərin seçilməsi.Pəstahların yonulması
  15. Enli ağızlı kəsici ilə konusvarı səthlərin yonulmasında praktik işlərin aparılması
  16. Supportun üst hissəsinin döndərilməsilə konusvari səthlərin yonulması. Praktik işlərin aparılması
  17. Hamaz tipli məmulatların hazırlanmasında burğu alətlərinin arxa aşıq pinolunda yerləşdirilməsi və deşiklərin burğulanması
  18. Torna dəzgahında slindr səthlərin yonulması və kəsilməsi
  19. Məmulatların burğu dəzgahlarında emalı
  20. Metalların frez dəzgahında emalı, frez dəzgahlarının sazlanması.Dəzgahda tədbiq olunan alət və tərtibat
  21.   Dəzgahda elektrik mühərrikinin işə salınması və dayandırılması.Surətlər qutusunun dəstəyilə dövrlər sayını dəyişdirmək
  22. Metalların yonulmasında tamamlama işləri

Statistik göstəricilər

  • 25 nəfər müəllim heyəti,  
    • 10 nəfər dosent,
    • 9 nəfər baş müəllim,
    • 6 nəfər müəllimdən,
  • 14 nəfər tədris köməkçi heyət çalışır.
    • 4 nəfər laboratoriya müdri
    • 7 nəfər böyük laborant
    • 1 nəfər tədris ustası
    • 2 nəfər laborantdan ibarətdir.

Elmi fəaliyyət

Kafedranın elmi tədqiqat işləri üç istiqamətdə aparılır: 1) Təlim-tərbiyə müəssisələri üçün yüksək ixtisaslı pedaqoji kadr hazırlığının elmi metodik əsasları” (problem – texnologiyanın tədrisində müasir təlim metodlarının tətbiqi ilə texnoloji proseslərin araşdırılması); 2) Energetikanın fiziki problemləri (problem - maqnit yarımkeçiricilərinin (şpinel quruluşlu) elektrik və maqnit xassələrinin tətqiqi; Elektrik şəbəkələrinin etibarlılığının artırılması yolları); 3)Energetika və ətraf mühit.

Tədris işi

Tədris olunan fənnlər

Bakalavr pilləsi üzrə:

  1. Ağac məmulatının hazırlanması texnologiyası
  2. Metal məmulatının hazırlanması texnologiyası
  3. Kulinariya praktikumu
  4. Tikiş texnologiyası praktikumu
  5. Texnologiyanın tədrisi metodikası
  6. Materialların kəsilməsi, dəzgah və alətlər
  7. Peşə seçimi və istehsalatın əsasları
  8. Peşə hazırlığı istiqamətləri və texniki yaradıcılıq
  9. Avtomobil
  10. Kənd təsərrüfatı işlərinin texnologiyası
  11.  S.f. Nəqliyyat vasitələrinin istismarı və yol hərəkətinin təşkili
  12.  S.F. Ağac materiallarının xassələri və emal texnologiyası
  13.  S.f. Ümumtəhsil kurikulumunun əsasları
  14.  Elektrotexnika
  15.  Radiotexnika
  16.  Tətbiqi mexanika
  17.  Konstruksiya materialları texnologiyası
  18.  Maşınşünaslığın əsasları
  19.  Əməyin mühafizəsi və təhlükəsizliyi
  20.  Qrafika
  21.  Elektron texnologiyalarından istifadənin əsasları
  22.  Avtomatikanın əsasları
  23.  S/f  Elektron sistemlərində ölçmələr
  24.  S/f  Antena qurğularının texnologiyası
  25. S/f Hidravlika və hidravlik maşınlar

Magistr pilləsi üzrə:

  1. Texnologiya fənninin müasir problemləri
  2. Texnologiya fənninin tarixi və metodologiyası
  3. Ağac materialların mütərəqqi üsullarla emal texnologiyaları
  4. Konstruktor yaradıcılıq fəaliyyətinin əsasları
  5. Müasir istehsalat və peşə təhsili
  6. Metalların kəsilməsinin nəzəri əsasları
  7. Texnoloji təlimin əsasları
  8. Tikiş məmulatlarının konstruksiya edilməsi və modelləşdirilməsi
  9. Qida məmulatlarının hazırlanma texnologiyaları
  10.  S.f. Nəqliyyat vasitələri və yol hərəkətinin təşkilinin tədrisi metodikası
  11.  S.f. Materialların emal texnologiyalarının tədrisi metodikası
  12.  S.f. Məişətdə təmir işləri və məişət elektrik cihazlarının tədrisi metodikası
  13. Elektrotexnika, avtomatika və mikroelektronikanın əsasları
  14. Texniki mexanika
  15. S/f  Təlimdə elektron texnologiyalarından istifadənin əsasları

Kafedrada  2012-2013-cü tədris ilindən 060107-“Texnologiya fənninin tədrisi metodikası və metodologiyası” ixtisaslaşması üzrə magistr hazırlığı həyata keçirilir. İndiyə kimi 11 magistrant magistr dərəcəsi almışdır. 2016-2017-ci tədris ilinin I tədris ilində  4 nəfər, II tədris ilində  2 nəfər magistrant təhsil alır.

Tədris edilən fənlər üzrə tədris proqramları hazırlanmış və Azərbaycan Respublikası Təhsil Nazirliyinin qrifi ilə nəşr edilmişdir. Bütün fənlər mövcud təqvim tematik planlara uyğun olaraq aparılır. Kafedra əməkdaşları tərəfindən tədris vəsaitləri hazırlanmış və tələbələrin istifadəsinə verilmişdir. Kafedranın mərhum əməkdaşları H.İ.Həşimov və dos. Ə.M.Ağalarov "Tərəqqi" medalı (2006) ilə təltif olunmuşlar. Dosent Səfər Əhli oğlu Hüseynov  isə respublikanın əməkdar mühəndisidir.

Xarici əlaqələr