шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

İbtidai təhsil fakültəsi

 

İbtidai təhsil fakültəsi

 

 

 1  2 3   4  5 6
Rüstəmov Fərrux
Dekan 
Həsənova Afət
Dekan Müavini 
Quliyeva Gülnaz
Tyutor 
Əliyeva Ülviyyə
Tyutor 
Əliyeva Günay
Tyutor 
Nəcməddinova Vəfa
Tyutor 
    7 8    
    Paşayeva Natəvan
Tyutor 
Qarayeva Səməngül
Operator
   

 

Pedaqoji Universitetin ən böyük fakültələrindən biri sayılan pedaqoji fakültə  1958-ci ildə İbtidai təhsilin pedaqogika və metodikası adı ilə fəaliyyətə başlamışdır. İlk dekan dos. İsfəndiyar Vəlixanlı  (1958-1969) olmuşdur. Fakültənin təşkilində əsas məqsəd həm Azərbaycanın, həm də Ermənistan və Gürcüstandakı Azərbaycan məktəblərinin ibtidai siniflərini ali təhsilli müəllimlərlə təmin etməkdən ibarət idi. 1958-ci ilin avqust ayında  qəbul imtahanlarını müvəffəqiyyətlə verən 200 nəfər abituriyent pedaqoji fakültənin ilk tələbələri oldular. Pedaqoji fakültənin ilk buraxılışı 1962-ci ildə olmuşdur.

1976-cı ildə fakültənin əyani şöbəsində 350 tələbə təhsil alırdı. 1978-79-cu tədris ilində ibtidai təhsilin pedaqogika və metodikası ixtisasına qəbul planı artırıldı. Bu dövrdə məktəbəqədər tərbiyə müəssisələri üçün ali təhsilli kadrlar hazırlayan məktəbəqədər tərbiyə şöbəsi də pedaqoji fakültənin nəzdində fəaliyyət göstərirdi. 1980-ci ilin əvvəllərində məktəbəqədər tərbiyə şöbəsi fakültədən ayrıldı və müstəqil fəaliyyət göstərməyə başladı. İndi pedaqogika və psixologiya fakültəsinə aid olan yaş və pedaqoji pisixologiya, məktəbəqədər pedaqogika kafedraları uzun müddət pedaqoji fakültənin nəzdində fəaliyyət göstərmişdir. 1990-cı ildəpedaqoji fakültə əyani və qiyabi şöbələrə bölündü. 1991-ci ildə qiyabi şöbə süni olaraq iki yerə bölündü: 4 illik tədris planı ilə təhsil alanlar, 5 illik tədris planı ilə təhsil alanlar. Şöbənin tədris planları fərqli idi. Belə ki, dördillik tədris planı ilə oxuyanlar orta ixtisas məktəblərini bitirənlər idi. Onlar müsabiqə yolu ilə ali məktəbə qəbul olunurdular. Beşillik tədris planı ilə oxuyanlar isə adi qaydada qəbul imtahanları verirdilər. 1998-ci ildə əyani və qiyabi şöbələr yenidən birləşdirildi.

Pedaqoji fakültədə təhsilin yeni texnologiyalar əsasında təşkilində diqqətəlayiq uğurlar qazanılmışdır. 2009-cu ildən ibtidai sinif müəllimi ixtisasında “Təhsilin əsasları” fənni tədris olunur. Bu məqsədlə fakültənin nəzdində “Təhsilin əsasları” adlı ixtisaslaşdırılmış auditoriya yaradılmış, pedaqoji təhsilin problemlərini araşdıran "Pedaqoji təhsilin problemləri" elmi-tədqiqat laboratoriyası təşkil edilmişdir.

Fakültənin məzunları sırasında professorların (Xəlil Fətəliyev, Vidadi Xəlilov, Osman Əfəndiyev, Ərəstun Baxşəliyev, Ağahüseyn Həsənov, Kərim Kərimov, Fərrux Rüstəmov, Rüfət Hüseynzadə, Mircəfər Həsənov, İramin İsayev),  dosentlərin (Məcid İsmixanov, Sabir Orucov,  Miri Həsənov, Edilson Quliyev, Ziyəddin Orucov, Məmmədhənifə Musayev, Zemfira Vəliyeva, Raya Mursaqulova, Zərifə Zeynalova,  Müzəffər İsayev, Yaqut Rzayeva, Allahyar İmanov, Oqtay Abbasov, Şikar Hüseynov, Altay Zeynalov, Aygün Əhmədova, Laçın Həsənova, Nailə Mirməmmədli, Nabat Cəfərova, Şiuriyə Azadəliyeva, Nurəli Çələbiyev,  Tofiq Hüseynov, Tahir Kərimov, İntiqam Xəlilov və b.) , habelə Ağdaş Humanitar kollecinin direktoru Tənzilə Şıxıyevanın, yazıçı-dramaturq Xeyrəddin Qocanın, tanınmış şairlər Ramiz Məmmədzadənin, Ağacəfər Həsənlinin, Vaqif Hümbətovun, Ağacəfər Şəkərlinin, Rüstəm Bağırın, Təyyar Rzanın, Çingiz Dalğının, Xürrəm Qafanlının, polis polkovnikləri Arif Bağırovun, Elman Qasımovun  və başqalarının adlarını görmək fərəh doğurur.

Pedaqoji fakültəyə:

  • dos. İsfəndiyar Vəlixanlı  (1958-1969);
  • prof. Nəmidə Abbasova (1970-1976);
  • dos. Musa Həsənov (1976-1989);
  • prof. Xəlil Fətəliyev  (1990-1998) - Əyani şöbənin dekanı;
  • prof. Qulam Əzimov (1990-1998) – 5 illik tədris planı ilə təhsil alan qiyabi şöbənin dekanı olmuşdur;
  • dos. İramin İsayev (1991-1998) – 4 illik tədris planı ilə təhsil alan qiyabi şöbənin dekanı olmuşdur;
  • prof. Zahid Xəlilov (1998-2005);
  • dos.Zabit Məmmədov (2005-2006) – dekan vəzifəsini əvəz edib;
  • 2007-ci ilin may ayından Pedaqoji fakültəyə pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov rəhbərlik etmişdir.

2015-ci ilin noyabr ayında Musiqi şöbəsi fakültədən ayrılmış, fakültə İbtidai təhsil adı ilə öz fəaliyyətinin davam etdirmişdir. Hazırda fakültəyə Əməkdar Elm Xadimi, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov rəhbərlik edir.

Strukturu

Bakalavr ixtisasları

  1. 05.01.18 - İbtidai sinif müəllimliyi ixtisası
    • Tədris planları: əyani, qiyabi

Magistr ixtisasları

  1. İbtidai sinifdə tədrisin metodikası və metodologiyası ixtisası
    • Tədris planları: əyani
  2. Təhsildə qiymətləndirmə və monitorinq ixtisası
    • Tədris planları: qiyabi

Doktor ixtisasları

  1. 58.04.01 - Ümumi pedaqigika, pedaqigikanın və təhsilin tarixi
  2. 58.01.01 - Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası

Statistik göstəricilər

Fakültəni indiyədək 15 mindən artıq yüksək ixtisaslı mütəxəssis bitirmişdir.

Fakültənin bakalavr pilləsində

İbtidai sinif müəllimliyi ixtisası üzrə :

  • 1287 nəfər əyani şöbə
  • 125 nəfər qiyabi şöbə

Magistr pilləsində

İbtidai sinifdə tədrisin metodikası və metodologiyası

  • 63 nəfər əyani şöbə

Təhsildə qiymətləndirmə və monitorinq

  • 39 nəfər əyani şöbə

Elmi pedaqoji kadrlar

  • 3 elmlər doktoru, professor
  • 18 nəfər fəlsəfə doktoru, dosent
  • 8 nəfər pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllim
  • 2 nəfər pedaqogika üzrə fəlsəfə doktoru, müəllim
  • 7 nəfər baş müəllim
  • 7 nəfər müəllim

Fəxri adları olanlar:

  • Əməkdar Elm Xadimi- 1 nəfər
  • Əməkdar Müəllim – 3 nəfər