шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Riyaziyyat və onun ibtidai kursunun tədrisi metodikası kafedrası

Riyaziyyat və onun ibtidai kursunun tədrisi metodikası kafedrası

 

 

 Tağıyeva Samirə  2. şükürov Rasim dos  3.Balaşov Qulaməli dos    5.Kazımov Zahir dos  6 Alıyev fəxrəddin dos
 Tağıyeva Samirə
Kafedra müdiri
Dosent
Şükürov Rasim
Dosent 
 Balaşov Qulaməli
Dosent
Cəbrayılov Bəyməmməd
Dosent 
Kazımov Zahir
Dosent 
 Alıyev Fəxrəddin
Dosent
 7.Əsədov Mübariz dos   9Alıyev Rafiq b.m   10 nəbiyev oqtay b.m    12.xaspoladova gülnarə b.m
 Əsədov Mübariz
Dosent
Aşurov Mehdixan
Baş müəllim
 Alıyev Rafiq
Baş müəllim 
 Nəbiyev Oqtay
Baş müəllim
Hacızadə Natiq
Baş müəllim 
 Xaspoladova Gülnarə
Baş müəllim
  13.Abıyeva Gülnar b.m  14.Məmmədov Zaman m   16.Əhmədova Arzu lab  15.Quliyeva Tahirə lab  
  Abıyeva Gülnar
Baş müəllim 
 Məmmədov Zaman
Müəllim
Əhmədova Arzu
Laborant 
Quliyeva Tahirə
Laborant 
 

 

 

 

 

Kafedra 1966-cı ildə “Elementar riyaziyyat və riyaziyyatın tədrisi metodikası” kafedrasının bazası əsasında yaradılmışdır. Bu kafedranın ilk üzvləri dos.Nüsrət Sadıxov, baş müəllim Abdulla Təmrazlı, baş müəllim Nəriman Kazımov, baş müəllim Seyidağa Həmidov və başqaları olmuşdur. Kafedraya 1966-1993-cü illərdə prof. Nüsrət Sadıxov rəhbərlik etmişdir.

1994-2017 – ci  illərdə kafedranın müdiri vəzifəsində  prof. Seyidağa Həmidov işləmişdir. 2017-ci ldə dos. S.C.Tağıyeva  həmin kafedranın müdiri vəzifəsinə  seçilmişdir.

Kafedranın üzvləri tədris fəaliyyəti ilə yanaşı, tələbələrin elmi-pedaqoji ədəbiyyatla təmin edilməsində də fəal iştirak edirlər. Ayrı-ayrı vaxtlarda prof.N.Sadıxov, prof. S.Həmidov, dos. N.Kazımov, dos. Q.Qasımov, dos. S.Süleymanov, dos. A.Əliyev, dos. Q. Balaşov, dos.S.Tağıyeva, dos. B.Cəbrayılov, dos. Z.Kazımov, dos. M.Əsədov və b. dərs vəsaitləri, metodik işləri hazırlayaraq  müəllim və tələbələrin istifadəsinə vermişlər. Kafedra həm Azərbaycanın, həm də Rusiyanın ali pedaqoji məktəbləri ilə elmi əlaqələr saxlayır, təcrübə mübadiləsi aparır. Kafedrada riyaziyyat və onun ibtidai kursunun tədrisi metodikası ilə bağlı xeyli pedaqogika üzrə fəlsəfə  doktoru elmi dərəcəsi ilə  bağlı dissertasiya  işi hazırlanmış və müdafiəyə təqdim olunmuşdur. Hal-hazırda kafedranın 1 nəfər dissertantı riyaziyyatın ibtidai kursunun problemləri ilə bağlı elmi axtarış aparır.

Kafedranın 14 nəfər professor – müəllim heyəti var:

  • 7 nəfər fəlsəfə doktoru, dosent
  • 2 nəfər pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllim
  • 4 nəfər baş müəllim
  • 1 nəfər müəllim
  • 1 nəfər böyük laborant, 2 nəfər laborantdan ibarətdir.

Elmi fəaliyyət

  Kafedranın əməkdaşları dos. M.X.Əsədov, dos. N.R.Abbasov (əvəzçi), A.Ə.Məcidova (əvəzçi) riyaziyyatın tədrisi metodikasından elmlər doktorluğu üzrə dissertanturanı  bitirmişlər.

Kafedranın üzvləri tədris işləri ilə paralel elmi fəaliyyətlərini də davam etdirir. Onlar respublika  və xarici ölkələrdə keçirilən konfranslarda, eyni  zamanda  təhsil islahatı ilə əlaqədar elmi-metodik tədbirlərdə fəal iştirak edirlər.

Kafedra əməkdaşlarının elmi tədqiqatlarını iki istiqamətə ayırmaq olar.

  1. Riyaziyyatın nəzəri kursundan aparılan elmi-tədqiqatlar.
  2. Riyaziyyatın tədrisi metodikasına aid tədqiqatlar.

Birinci qrupa - kafedranın dosentləri M.X.Əsədovun və F.Q.Alıyevin tədqiqatlarını aid etmək olar. Həmin tədqiqatlar ali riyaziyyatın mücərrəd məsələlərinə həsr olunmuşdur. Kafedrada M. Əsədovun  elmi fəaliyyətləri riyaziyyat tədris məsələləri ilə əlaqədardır. M. Əsədovun elmlər doktoru proqramı üzrə üzrə dissertasiya işi  orta məktəbdə məsələ həlli təlimi problemlərinə həsr olunmuşdur.

İkinci qrupa – dos. S.C.Tağıyevanı, dos.R.Y.Şükürovu, dos. B.S.Cəbrayılovu, dos. Z.F.Kazımovu, pedaqogika üzrə fəlsəfə doktoru, baş  müəllim  R.B.Alıyevi, pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllim M.M.Aşurovu,  baş müəllim G.Y.Xaspoladovanı, baş müəllim  G.A.Abıyevanı, baş  müəllim O.Q.Nəbiyevi, baş  müəllim  N.D.Hacızadəni, əməkdar müəllim Z.Z.Məmmədovu aid etmək olar.

Riyaziyyatın tədrisi metodikasının tədqiq olunan problemlərini 3 istiqamətə ayırmaq olar.

  1. İbtidai siniflərdə riyaziyyatın tədrisi problemləri
  2. Orta məktəbdə riyaziyyatın tədrisi problemləri:
  • Dos.S.Tağıyevanın fəlsəfə doktoru proqramı üzrə dissertasiya mövzusu VII-XI siniflərdə riyaziyyat dərslərində şagirdlərin alqoritmik mədəniyyətinin inkişaf etdirilməsinə həsr edilmişdir.
  • Dos. B.Cəbrayılovun fəlsəfə doktoru proqramı üzrə dissertasiya mövzusu orta məktəbdə riyaziyyat təlimində evristik metodların tətbiqi məsələlərinə həsr olunmuşdur.
  • pedaqogika üzrəfələsəfə doktoru M.Aşurovun tədqiqatı orta məktəbdə riyaziyyatdan tətbiq məsələləri təliminə həsr olunmuşdur.
  1. Ali məktəbdə riyaziyyat təlimi problemləri:
  • Dos. Z.F.Kazımovun tədqiqatı – informasiya texnologiyaları şəraitində ali pedaqoji məktəb tələbələrinin (pedaqoji fakültə üzrə) idrak fəallığının gücləndirilməsi probleminə həsr olunmuşdur.

         Tədris işi

         Kafedrada aşağıdakı fənlər tədris olunur:

        

                          Fənnin adı

Tədris olunduğu təhsil səviyyəsi

Tədris olunduğu ixtisas

Qeyd

Azərbaycanda ibtidai riyazi təhsilin inkişaf mərhələləri

magistratura

İbtidai sinif müəllimliyi

Seçmə fənn

Əsas həndəsi anlayışlar və təkliflər

bakalavr

İbtidai sinif müəllimliyi

Seçmə fənn

Ədəd anlayışının formalaşdırılması və inkişafı

bakalavr

İbtidai sinif müəllimliyi

Seçmə fənn

Məsələ həlli təliminin metodiki problemləri

magistratura

İbtidai sinif müəllimliyi

 

Müqayisə nəzəriyyəsi elementləri və onların tətbiqi

magistratura

İbtidai sinif müəllimliyi

Seçmə fənn

Riyaziyyatın ibtidai kursunun nəzəri əsaslarının mühüm problemləri

magistratura

İbtidai sinif müəllimliyi

 

Riyaziyyatın tədrisi  metodikasının aktual problemləri

magistratura

İbtidai sinif müəllimliyi

 

Riyaziyyatın ibtidai kursunun nəzəri əsasları-I

bakalavr

İbtidai sinif müəllimliyi

 

Riyaziyyatın ibtidai kursunun nəzəri əsasları-II

bakalavr

İbtidai sinif müəllimliyi

 

Riyaziyyatın ibtidai kursunun nəzəri əsasları-III

bakalavr

İbtidai sinif müəllimliyi

 

Riyaziyyat təlimində inkişafetdirici çalışmalardan istifadə yolları (I-IV siniflər)

bakalavr

İbtidai sinif müəllimliyi

Seçmə fənn

Riyaziyyatın ibtidai kursunun tədrisi metodikası - I

bakalavr

İbtidai sinif müəllimliyi

 

Riyaziyyatın ibtidai kursunun tədrisi metodikası - II

bakalavr

İbtidai sinif müəllimliyi

 

Riyaziyyat

bakalavr

Təhsildə sosial-psixoloji xidmət

 

Riyaziyyat və onun xüsusi məktəblərdə tədrisi metodikası

bakalavr

Korreksiyaedici təlim

 

Riyazi anlayışların formalaşdırılması yolları (I-IV siniflər)

bakalavr

İbtidai sinif müəllimliyi

Seçmə fənn

Sadə riyazi təsəvvürlərin formalaşdırılmasının aktual problemləri

magistratura

Məktəbəqədər təlim və tərbiyə

 

Sadə riyazi təsəvvürlərin formalaşması metodikası

bakalavr

Məktəbəqədər təlim və tərbiyə

 

Sadə riyazi təsəvvürlərin formalaşması kursunun nəzəri əsasları

bakalavr

Məktəbəqədər təlim və tərbiyə

 

Kafedranın professor – müəllim heyyəti təhsilin bakalavriat və magistratura səviyyələrində mühazirə və seminar məşğələləri aparır.

Tədris işində mühüm meyar tələbələrin gələcək ibtidai sinif müəllimi kimi yüksək səviyyədə hazırlanması ilə müəyyən edilir. Kafedrada riyaziyyat və riyaziyyatın tədrisi metodikası kursları üzrə tədris materiallarının məzmunu yeniləşdirilmişdir. Son illərdə prof.S.S.Həmidovun “Riyaziyyatın tədrisi metodikası” (2012), dos.B.S.Cəbrayılovun “Riyaziyyatın ibtidai kursunun nəzəri əsasları” (2011), S.C.Tağıyevanın “Həndəsi fiqurlar və onların xassələri” (2012), Həndəsə (2017), Riyaziyyat təlimində inkişafetdirici çalışmalardan istifadə yolları (2017), dos.Z.F.Kazımovun “Riyaziyyatdan məsələlər” (həlli ilə) (2012), “Riyaziyyatdan standart olmayan çalışmalar” (2013), Riyaziyyat təlimində inkişafetdirici çalışmalardan istifadə yolları (2017), dos.F.Q.Alıyevin “Riyaziyyat” (2013), Q.Q,Balaşovun “Riyaziyyatın ibtidai kursunun nəzəri əsasları” (2010) və s. adlı dərslik və dərs vəsaitləri çap olunmuşdur.

Kurrikuluma uyğun olaraq, kafedrada tədris olunan fənlərin yeni proqramları və sillabusları hazırlanmışdır. Müəlliflər: dos.S.C Tağıyeva, dos.Z.F.Kazımov, dos.Q.Q.Balaşov, dos.M.X.Əsədov, dos.B.S.Cəbrayılov, b/m.fəl.doktoru M.M.Aşurov, b/m.fəl.doktoru R.B.Alıyev, dos.F.Q.Alıyev.

Xarici əlaqələr

Kafedranın respublikamızda fəaliyyət göstərən universitet və institutlarının müvafiq kafedraları ilə sıx əlaqəsi var.