шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

İncəsənət və fiziki tərbiyə fakültəsi

İncəsənət və fiziki tərbiyə fakültəsi

 

 1  3  4  leyla 2
 Həsənova Laçın
Dekan
 Fərzəliyeva Türkan
Tyutor
 Həmidova Ləyaqət
Operator
 Hümbətli Leyla
Operator

 

Tarixi

Azərbaycan Dövlət Pedaqoji Universitetində ”Təsviri incəsənət müəllimliyi”  ixtisası 1964–cı ildən,  “Musiqi müəllimliyi”, ”Hərbi rəhbər və bədən tərbiyəsi” ixtisasları isə 1981-ci ildən müxtəlif fakültələrdə tədris olunmuşdur. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi Şuranın 2015-ci il 9 oktyabr tarixli qərarı ilə (3/287 nömrəli, 20.10.2016-cı il tarixli əmr) Musiqi və təsviri incəsənət fakültəsi yaradılmışdır. Elmi Şuranın 2016-cı il 19 fevral tarixli iclasında fakültənin yenidən təşkili məsələsinə baxılmış və  “Fiziki tərbiyə və çağırışaqədər hazırlığın tədrisi metodikası” kafedrasının Misiqi və təsviri incəsənət fakültəsinin tərkibinə verilməsi barədə qərar qəbul edilmişdir.

 2016-cı il 9 mart tarixli 3/87 nömrəli əmr ilə Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsi yaranmış, fələsəfə üzrə fəlsəfə doktoru, dosent Laçın Xalid qızı Həsənova fakültənin dekanı təyin olunmuşdur.

Fakültədə “Musiqi müəllimliyi”, “Təsviri incəsənət müəllimliyi”, “Fiziki tərbiyə və çağırışaqədər hazırlıq” ixtisasları üzrə görkəmli alimlər, pedaqoqlar, musiqişunaslar, rəssamlar, sənətşunaslar, heykəltaraşar,  görkəmli məşqçilər, hərbçilər çalışarlar.  Fakültədə vaxtilə tıdris işi ilə məşğul olanlar arasında Azərbaycanın əməkdar incəsənət hadimi, bəstəkar Faiq Sücəddinov, Adil Bəbirov, professor Sabir Quliyev, dosent Nəcməddin Məlikməmmədov,  texniki elmlər doktoru AMEA-nın həqiqi üzvü, professor Arif Quliyev, xalq rəssamları Nadir Əbdürəhmanov, İbrahim Zeynalov,  Ağəli İbrahimov, Çingiz Fərzəliyev, əməkdar rəssamlar Nüsrət Hacıyev, Həsənağa Məmmədov, Böyük Vətən müharibəsinin veteranı, dosent Eyyub Səfərov, polkovniklər  L.Vorontsov və Y. Tatarenko olmuşdur. Fakültənin 18  məzunu Qrabağ döyüşlərində qəhrəmncasına həlak olmuş, orden və medallarla təltif edilmişlər. Döyüşlərdə mərdliklə vuruşaraq həlak olmuş 2  məzunumuz - Mirələkbər İbrahimov və Mətləb Quliyev Azərbaycanın Milli Qəhramanı adına layiq görülmüşdür.

Hazırda fakültədə qocaman  rəssam-müəllimlər Rauf Səmədov, Hikmət Qəhrəmanov, dosent. Tofiq Məmmədov, həmçinin Universitetimizin məzunları - əməkdar rəssam, dosentlər Rəis Rəsulov, Fərahim Zeynalov, dosent Çingiz Rüstəmov, əməkdar incəsənət xadimi, bəstəkar  Nailə Mirməmmədli, əməkdar idman ustası, professor Rafiq Baxşəliyev, əməkdar məşqci Əli Mehdiyev fəaliyyət göstərirlər.

Fəaliyyət göstərdiyi son ilyarımda fakültə tərəfindən “Dünya tələbələrin gözü ilə”, “Rənglərin sirri”, ”Bizi tanıyın”, “Azərbaycan filmlərinə səyyahət”mövzusunda layihələr üzrə sərgi və müsabiqələr  keçirilmiş, qaliblər Üniversitetin rəhbərliyi tərəfindən mükafatlandırılmışdır. Tələbərimiz arasında Azər Dadaşovun yaradıclığına həsr olunmuş Beynəlxalq müsabiqənin laureatıları da vardır.

Strukturu

Dekanlıq (dekan, dossent L.X.Həsənova )

Bakalavr ixtisasları:

-         050109 Musiqi müəllimliyi

-         Tədris planı:  əyani

-         050117 Təsviri incəsənət  müəllimliyi

-         Tədris planı:  əyani

-         050107 Fiziki tərbiyə və çağırışaqədər hazırlıq müəllimliyi

-        Tədris planı:  əyani

Magistr ixtisasları:

Istiqamət:060108 – Musiqi müəllimliyi

 Ixtisaslaşmas: musiqinin  metodikası və metodologiyası

Istiqamət: 060114 - Təsvitri incəsənət müəllimli

İxtisaslaşlaması - Təsviri incəsənətin fənnin  tədrisi metodikası  və metodologiyası

Istiqamət: 060106 - Fiziki tərbiyə və Çağırışaqədərki hazırlıq müəllimlyi

İxtisaslaşlama: Fiziki tərbiyə və şağırışaqədərki hazıtlıq fəninin tədrisi metodikası və metodologiyası

Statistik göstəricilər

Hazırda fakültədə 865 nəfər təhsil alır

Bakalavr pilləsində 849

Magistr pilləsində 16

Musiqi, təsviri incəsənət , fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsinin elmi-pedaqoji kadrları

-         1 nəfər – Əməkdar incəsənət xadimi

-         2 nəfər – Əməkdar rəssam

-         4 nəfər – Əməkdar məşqçi

-         1nəfər – Əməkdar müəllim

-         2 nəfər - elmlər doktoru, profesor

-         3 nəfər – fəlsəfə doktoru, professor

-         14 nəfər – fəlsəfə doktoru dosent

-         1 nəfər –  dosent

-         3 nəfər – fəlsəfə doktoru, baş müəllim

-         41 nəfər - baş müəllim

-         22 nəfər – müəllim

-         6 nəfər – baş laborant

-         4 nəfər -  laborant

-         2 nəfər – tədris ustası

-         1 nəfər - təlim ustası

Test bankı