шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

Biologiya və onun tədrisi metodikası kafedrası

Biologiya və onun tədrisi metodikası kafedrası

 

 1Yusifova Anaxanım dos kaf.m  2Ağayev Bəhlul prof  3Hüseynov Əli prof  4Əhmədov Yusif prof  5sultanov Rauf prof  6.Əliyeva Flora dos
 Yusifova Anaxanım
Kafedra müdiri
Dosent
 Ağayev Bəhlul
Professor
 Hüseynov Əli
Professor
 Əhmədov Yusif
Professor
 Sultanov Rauf
Professor
 Əliyeva Flora
Dosent
 7Məmmədova Kəmalə dos  8Cəbrayılzadə Sabiyə dos  9Mehdiyeva Elionora dos  10Hacıyeva Həqiqət dos  11Abdullayeva Təranə dos  12Namazov Alı Dosent
 Məmmədova Kəmalə
Dosent
 Cəbrayılzadə Sabiyə
Dosent
 Mehdiyeva Elionora
Dosent
 Hacıyeva Həqiqət
Dosent
 Abdullayeva Təranə
Dosent
 Namazov Alı
Dosent
 13Məhərrəmov Əliyannağı dos  14İsmayılov Qaçay dos  15Hacıyeva Gülşən dos  16ələkbərova sevinc dos  17Məmmədov Yavər dos  18Həsənova Amaliya dos
 Məhərrəmov Əliyənnağı
Dosent
 İsmayılov Qaçay
Dosent
 Hacıyeva Gülşən
Dosent
 Ələkbərova Sevinc
Dosent
 Məmmədov Yavər
Dosent
Həsənova Amaliya
Dosent
 20Namazov İsmayıl dos  22Kərimov Fərman dos  19Əfəndiyeva Kəmalə b.m  24Səfərova Elnurə b.m 26Kazımov İmran b.m  30İsmayılova Zərifə b.m 
Namazov İsmayıl
Dosent  
 Kərimov Fərman
Dosent
 Əfəndiyeva Kəmalə
Baş müəllim
 Səfərova Elnurə
Baş müəllim
Kazımov İmran
Baş müəllim
 İsmayılova Zərifə
Baş müəllim
29İsmayılova Gültəkin b.m  33Əliyeva Nazimə b.m  27İbrahimova Xoşqədəm m   28mahmudova könül m   34Məmmədova İradə m 
İsmayılova Gültəkin
Baş müəllim
Əliyeva Nazimə
Baş müəllim 
  İbrahimova Xoşqədəm
Müəllim 
 Mahmudova Könül
Müəllim
  Məmmədova İradə
Müəllim 
 23Qafarova Pərvin m  36Mehdiyeva Sevinc m  37əsədova Bəsti m 38Abdullayeva Şəhla m  39Məmmədova Zöhrə m  40Məlikova Zəminə m
   Qafarova Pərvin
Müəllim
 Mehdiyeva Sevinc
Müəllim
 Əsədova Bəsti
Müəllim
 Abdullayeva Şəhla
Müəllim
Məmmədova Zöhrə
Müəllim
 Məlikova Zəminə
Müəllim
41Novruzova Gülər m ebnem 42Muradova Sevda muzey dir 43Həsənova Nərminə lab müd 44Abbasova Xəyalə lab müd  45Manafova Sevinc b.l 
 Novruzova Gülər
Müəllim
   Muradova Sevda
Muzey direktoru
 Həsənova Nərminə
Laboratoriya müdiri
 Abbasova Xəyalə
Laboratoriya müdiri
 Manafova Sevinc
Böyük laborant
  46Əlibəyli Nərmin b.l  47Rüstəmova Aliyə b.lab   48Balaxanova Qumru b.l    
   Əlibəyli Nərmin
Böyük laborant
 Rüstəmova Aliyə
Böyük laborant
 Balaxanova Qumru
Böyük laborant 
   
           

 

 

 

Tarixi

Botanika kafedrası 1930-1931-ci tədris ilində yaradılmışdır. Kafedra yaradıldığı ilk dövrdən prof. A.A.Qrossheym, prof. B.Şutov, dos. S.X.Osmanzadə, dos. M.Ağamirov, V.M.Hacıyev, Y.M.İsayev kimi yüksək ixtisaslı kadrlarla komplektləşdirilmişdir. Əməkdar elm xadimi, prof. H.M.Qədirov 1964-cü ildən Botanika kafedrasının dossenti, sonralar professoru, 1950-ci ildən 1984-cü ilə qədər fasiləsiz olaraq həmin kafedranın müdiri işləmişdir. Kafedraya 1984-cü ildən 2011-ci ilə qədər prof Y.K.Əhmədov rəhbərlik edib.

Həmin dövdən bu günə qədər kaferaya dossent A.Ə. Yusifova rəhbərlik edir.

Strukturu

Kafedranın nəzdində aşağıdakı laboratoriyalar fəaliyyət göstərir:

  • Bitki fiziologiyası
  • Mikrobiologiya

Bitki fiziologiyası

Tədris prosesində aşağıdakı laboratoriya işləri icra olunur:

  1. Dispers sistemlər və onların hazırlanması.
  2. Koaqulyasiya hadisəsi.
  3. Kolloid maddələrin təmiz suda şişməsi.
  4. Süni Traube hüceyrəsinin alınması.
  5. Plazmoliz və deplazmoliz.
  6. Protoplazmanın K+, Ca+2 ionları üçün keçiriciliyi. Qapaqlı plazmıloz.
  7. Hüceyrənin turqor təyini.
  8. Hüceyrə şirəsi osmos təzyiqinin təyini.
  9. Canlı və cansız protplazmanın hüeceyrə şirəsi üçün keçiriciliyi.
  10. Bitki hüceyrəsinin sorucu qüvvəsinin təyini.
  11. Cücərən toxumlarda maddələrin çevrilməsi.
  12. Səmənidən amlizanın alınması.
  13. Bitki zülalının alınması.
  14. Yağların əsas xüsusiyyətləri.
  15. Transpirasiya intensivliyinin çəki üsulu ilə təyini.
  16. Ağızcıqların  vəziyyətinin açıqlıq dərəcəsinin yarpağın alt və üst tərəfində təyini
  17. Piqmentlərin spirt məhlullarının alınması və ayrılması.
  18. bitki külünün mikrokimyəvi analizi.
  19. İonların  antoqonizmi
  20. Tənəffüs zamanı cücərən toxumlarda  CO2 və istiliyin ayrılması.
  21. İşıqda nişastanın alınması
  22. Spirt qıcqırması
  23. Kökün boy zonasının  nişanqoyma üsulu ilə təyini.

Mikrobiologiya

Tədris prosesində aşağıdakı laboratoriya işləri icra olunur:

  1. Mikrobiologiya laboratoriyda işləmə qaydaları.
  2. Mikroorqanizmlərdən preparatların hazırlanma texnikası.
  3. Bakteriya hüceyrələrinin morfologiyasının öyrənilməsi.
  4. Eukariotların tətbiqi.
  5. Bakteriya kapsulası qamçısının boyanması.
  6. Bakteriya sporunun boyanması.
  7. Bakteriya hüceyrəsinin ehtiyat maddələri.
  8. Bakteriyaların qram üsulu ilə boyanması.
  9. Qidalı mühitlərin hazırlanması.
  10. Heterotrof mikroorqanizmlərin becərilməsi üçün lazım olan mühitlər.
  11. Sterilizasiya.
  12. Mikroorqanizmlərin becərilməsində rütubət və işığın rolu.
  13. Təmiz kulturanın alınması.
  14. Havanın, suyun və torpağın mikroflorasının təyini.
  15. Antibiotik fəallığının təyin edilməsi üsulu.

Statistik göstəricilər

  • 11 nəfər Professor müəllim heyəti
    • 1 nəfər fəlsəfə elmləri doktoru, professor
    • 6 nəfər dossent 
    • 3 nəfər baş müəllim
    • 1 nəfər müəllim
  • 6 nəfər tədris köməkçi heyəti çalışır
    • 1 nəfər laboratoriya müdiri
    • 4 nəfər böyük laborant
    • 1 nəfər laborantdan ibarətdir.

Elmi fəaliyyət

H.M.Qədirov akademik A.A.Qrossheym kimi dünya şöhrətli alimlərlə birliktə dəfələrlə Botanika üzrə ekspedisiyalarda iştirak etməklə, respublikamızın Böyük Qafqaz, Kiçik Qafqaz, Talış, Kür-Araz ovalığı və s. ərazilərinin zəngin florasını öyrənmiş, xalq təsərrüffatının müxtəlif  sahələri üçün yerli fondların yaradılmasında  gərgin əmək sərf etmişdir. Kafedrada 7 namizədlik dissertasiyası müdafiə edilmişdir. Kafedra əməkdaşları tərəfindən 40-dan artıq dərslik və dərs vəsaiti H.Qədirov və Q.Əliyevin “Bitki cografiyası”, Ə.İsayev və T.Əliyevin “Bitki coğrafiyasından laborator məşğələləri”, Ə.Salamzadə, Q.Əliyev və Y.Ağayevanın “İbtidai bitkilər sistematikasından laborator məşğələləri”, Y.Əhmədovun “Bitki fiziologiyasından praktikum”, “Mikrobiologiyanın əsasları ilə Bitki fiziologiyasından laborator məşğələləri”, M.Atakişiyev və T.Əliyevin “Kənd təsərrüfatının əsaslarından laborator məşğələləri”, T.Əliyev və F.Əliyevanın “Sitologiyadan praktikum”, M.Atakişiyev, T.Əliyev və Y.Əhmədovun “Bitkilərin davamlılığının fiziologiyası”, S.Cəbrayılzadənin “Mikologiya” və s. yazılmışdır. Prof. Y.K.Əhmədov  Sankt-Peterburq şəhərində Bitki fiziologiyası fənninin tədrisi problemlərinə həsr edilmiş elmi konfransda, Moskva şəhərində keçirilmiş “Yeni qeyri-ənənəvi bitkilər və onlardan istifadə prespektivləri” adlı IV Beynəlxalq simpoziumda, “Bitkilərin böyümə və inkişafının tənzimləyiciləri” adlı beşinci və altıncı konfranslarda, Ukraynanın Kiyev şəhərində “Fotosintez və onun məhsulları adlı Beynəlxalq konfransda Türkiyənin Malatya şəhərində keçirilən XVI Beynəlxalq Bioloji konqresdə məruzələrlə çıxış etmişdir.

Aparılmış elmi tədqiqat işlərinin nəticəsi öz əksini elmi əsərlərdə tapmışdır. Bu da 420-yə yaxın məqalə və tezisdən ibarətdir. Eyni zamanda yeni tədris planlarının tələblərinə uyğun olaraq həm bakalavr həm də magistr pilləsində tədris olunan Botanika fənnləri üzrə metodiki göstəriş və proqramlar hazirlanmışdır.

Tədris işi

Tədris olunan fənlər:                                                   

Bakalavr pilləsi üzrə

  1. Botanika
    • Biologiya müəllimliyi ixtisası
  2. Sitologiya
    • Biologiya müəllimliyi ixtisası
  3. Mikrobiologiya virusologiyanın əsasları ilə
    • Biologiya müəllimliyi ixtisası
  4. Torpaqşünaslıq
    • Biologiya müəllimliyi ixtisası
  5. Kənd təsərrüfatının əsasları
    • Biologiya müəllimliyi ixtisası
  6. Bitki coğrafiyası
    • Biologiya müəllimliyi ixtisası
  7. Bitki fiziologiyası
    • Biologiya müəllimliyi ixtisası
  8. Mikologiya
    • Biologiya müəllimliyi ixtisası                                                                 

Magistratura pilləsi üzrə

  1. Aqrofitosenologiya
  2. Dekorativ bağçılıq
  3. Bitki fiziologiyası
  4. Mədəni bitkilərin mənşəyi
  5. Fitopatologiya           
  6. Böyük ixtisas təcrübəsi
  7. Embriologiya
  8. Mikologiya
  9. SF: Anatomiya morfologiya
  10. SF: İbtidai bitkilər
  11. SF: Ali bitkilər
  12. SF: AMMEA

Kafedranın  professor müəllim heyəti bakalavr pilləsi üzrə botanika-1, botanika-2, sitologiya, mikrobiologiya, torpaqşünaslıq, kənd təsərrüfatinin əsasları bitki coğrafiyası , bitki fiziologiyası fənnləri üzrə  yüksək səviyyədə mühazirələr oxuyur, laboratoriya və seminar dərsləri aparırı.

Bakalavr pilləsi ilə yanaşı olaraq kafedrada müxtəlif ixtisas fənləri üzrə magistrantlarada dərslər tələb olan səviyyədə  keçirilir.

Kafedra üzrə tədris planına uyğun olaraq nəzərdə tutulmuş bütün fənlər üzrə tədris proqramları yenidən hazırlanmış və elmi şurada təsdiq olunmuşdur.Bütün fənnlər üzrə tədris mövcud  təqvim –tematik plana uyğun olaraq aparılır.Son ollər kafedrada tədris olunan  fənnlərin dərslik və dərs vəsaitləri ilə  təmin olunması sahəsində uğurlu işlər aparılmışdır.   Dos. A.Ə.Yusifovanın “Bitki fiziologiyasından praktiki məşğələlər”, F.Ə.Kərimov və prof. Y.K.Əhmədovun “Bitkilərin davamlılığının fiziologiyası”, S.Cəbrayılzadənin “Mikologiya” və s. dərs vəsaitləri çapdan çıxmışdır.

Xarici əlaqələr

Hazırda kafedra Rusiya EA Botanika və Bitki fiziologiyası İnstitutları, AMEA Botanika, Mikrobiologiya, Genetika və Seleksiya insitutları, həmçinin Humboltd adına Berlin Universiteti ilə (prof.Y.K.Əhmədov həmin Universitetdə kadrların ixtisas artırma kursundan keçmişdir) elmi əməkdaşlıq edir. Kafedra əməkdaşları beynəlxalq, Respublika və ümumuniversitet konfranslarında elmi məruzələrlə çıxışlar edirlər.